Aşıq Ələsgər
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Aşıq Ələsgər, (1826 - 1923 7 Mart) məhşur Azərbaycan aşığıdır, və aşıq poeziyasının ən görkəmli nümayəndələrindən biridir.
Aşıq Ələsgər 1826 cı ildə qədim Azərbaycan torpağı olan Göyçə mahalının Ağkilsə kəndində ( Hazırki Ermənistan respublikasında) anadan olmuşdur. Bir sıra görkəmli aşıqların ustadı olmuş ,özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Demək olar ki aşıq yaradıcılığının bütün sahələrinə baş vurmuş və Azərbaycan ədəbiyyatında boyük iz buraxmışdir.
Dodaqdəyməz , Müxəmməs , Qıfılbənd , Təcnis , Cığalı təcniz , Gəraylı , Divani və saire kimi şer növləri aşıq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə özünö biruzə verməkdədir. Görkəmli Azərbaycan xalq şairi Səməd Vurğun öz çıxışında demişdir : "Hansı mövzuya əl atıram , hansı daşı qaldıram altında Dədə Ələsgərdən bir nişanə görürəm".
Dövrünün ən savadlı şəxslərindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı İslamı da dərindən bilən birisi kimi ad qoymuş və bu sahəyə öz yaradıcılığında geniş yer vermişdir.
Ələsgər xümsünən zəkatın verə
Əməlin mələklər yaza dəftərə ,
Hər yanı istəsə, baxanda görə ,
Təriqətlə bu sevdalı gərəkdir
- Deyən Dədə Ələsgər öləcəyi günü belə bir gün öncədən öz yaxınlarına xəbər vermişdir.
Yaradıcılığında nəsihətamiz şerlərə geniş yer verən aşıq Ələsgər əhali tərəfindən sevib sevilmiş, ve el ağsaqqalına çevrilmişdir.
Bu dünyada üç şey başa bəladı ,
Yaman oğul , yaman arvad , yaman at.
İstəyirsən qurtarasan əlindən:
Birin boşla, birin boşa,birin sat.
Yuxaridakı misralar aşıq Ələsgərin həqiqətən bir ağsaqqal, el diliylə desək həqiqi bir Dədə olmasının bir sübutudur .
[redaktə / تحریر] Əsərləri
- Şerlər, dastan-rəvayətlər, xatirələr–B.: Çinar-Çap, 2003.- 492 s.
- Gözüm bir alagöz xanıma düşdü: Say-seçmə şerlər.-B.: Yazıçı, 1993.-135 s.
- Hikmət dünyası.- B.: Ağrıdağ, 1987.- 40 s.
[redaktə / تحریر] Mənbə
- Əlibəyzadə E. Aşıq Ələsgər.- B.: Elm, 1971.- 28 s.
- [AMK]
- Ş.V.Qasımova. Aşıq Ələsgər şeirinin üslubi xüsusiyyətləri. Bakı, 2005, 186 səh.