Ürək...Ürək... (1976)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Ssenari Müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu Rejissor : Eldar Quliyev
Quruluşçu Operator : Arif Nərimanbəyov
Quruluşçu Rəssam : Mais Ağabəyov
Bəstəkar : Polad Bülbüloğlu
Mahnıların Mətni : Fikrət Qoca (Az. var.), Y. Ryaşentsev (Rus var.)
Səs Operatoru : Kamal Seyidov
Montaj edən : Tahirə Babayeva
Rejissor : Fikrət Əliyev, A. İsmayılov
Operator : Ələsgər Ələkbərov
Rejissor Assistenti : X. Şirinov, E. Rəsulova
Operator Assistenti : S. Kaşiyev, Y. Manuçarov
Rəssam Assistenti : A. Stepanova, P. Məlikov
Qrim Rəssamı : N. Matveyeva
İşıq Ustası : M. Rəhmanov
Ansamblın Rəhbəri : Teymur Mirzəyev
Redaktor : Nadejda İsmayılova
Filmin Direktoru : Rimma Abdullayeva
Filmin Direktor Müavini : Nadir Əliyev
ROLLARDA :
Həsənağa Turabov-Murad
Lyubov Virolaynen-Lena
Yevgeni Kindinov-Ramiz
Valentina Aslanova-Solmaz
Hamlet Qurbanov-Məmmədov
Fazil Salayev-Çilingər
Almaz Əsgərova-Lalə
Elxan Qasımov-Qədeş
E. Əzimov
FİLMİ SƏSLƏNDİRƏNLƏR :
Əminə Yusifqızı-Lena (Lyubov Virolaynen)
Şahmar Ələkbərov-Ramiz (Yevgeni Kindinov)
Amaliya Pənahova-Lalə (Almaz Əsgərova)
Əliabbas Qədirov-Qədeş (Elxan Qasımov)
Ofeliya Sənani-Solmaz (Valentina Aslanova)
Həsən Əbluc-Məmmədov (Hamlet Qurbanov)
JANR :
Psixoloji Kinopovest
Dram
DİL :
Azəricə
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
Azərbaycanfilm
RƏNG :
Rəngli
VAXT :
89,58 dəq.
FİLM ÇƏKİLƏN YERLƏR :
Bakı
MƏZMUN :
Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur.
Əsərin qəhrəmanı Muradın mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin həyat yoldaşı, sirk ustası Lenaya vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir.
Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır
ƏLAVƏLƏR :
- Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
TEXNİKİ MƏLUMATLAR :
9 hissə
2451 metr
genişekranlı