Şəmsəddin Eldəgəz
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Səlcuq sultanı Mahmudun vəziri Sümeyrəm bir alverçidən 40 qul almışdı. O zamankı qaydaya görə, 39 qulun pulunu verib, 40-cısını pulsuz götürürdü. Bir necə ildən sonra, yəni 1122-ci ildə vəzir Həmədanda sui-qəsdçilərin əli ilə öldürüldü. Onun bütün var-dövləti sultan Mahmudun ixtiyarına keçdi. Həmin 40-cı qul da sultanın qulları arasına qatıldı. Amma bu qul diribaşlığı və ağlı ilə yoldaşlarından seçilirdi. Bir müddət sonra onu sultan mətbəxinin başcısı təyin etdilər. Bu vəzifədə o, saray xidmətlərinin, hətta sultanın özünün də nəzərini cəlb etdi.
İş elə gətirdi ki, 1132-ci ildə sultan Mahmud da vəfat etdi. Onun yerinə gələn Sultan II Toğrul bacarıqlı qulu şəxsi məmlükləri sırasına keçirtdi. O dövrdə sultanlaröz məmlüklərinə torpaq payı ayırır, onalrı vilayət hakimləri dərəcəsinə qədər yüksəldərək özlərinə arxa edirdilər. Keçmiş qul sürətlə vəzifə pillələri ilə irəliləməyə başladı. O, sultanın həyat yoldaşı və yaxın məsləhətçisi Möminə xatunun da hörmətini qazandı. Tezliklə əmir rütbəsini aldı və sultanın oğlu Arsalnın tərbiyəçisi (atabəyi) təyin edildi.
Bu qul - Şəmsəddin Eldəgəz idi. Və cəmi 10-15 il əvvəl heç kim təsəvvür edə bilməzdi ki, Şəmsəddin Elədəgəz böyük bir dövlətin - Azərbaycan Atabəyləri Dövlətinin və bu dövləti idarə edən Eldəgəzlər sülaləsinin banisi olacaq. 1135-ci ildə Sultan II Toğrul da öldü. Hakkimiyyət başına keçən Sultan Məsud, Şəmsəddin Eldəgəzi II Toğrulun dul qadını Möminə xatun ilə evləndirdi. Arranı (Şimali Azərbaycanı) da ona iqta verdi.
Atabəy Şəmsəddin Eldəgəz sultan xidmətindən çıxıb Bərdəyə gəldi. Tezliklə o, Arranın bütün nüfuzlu əmirlərini öz tərəfinə çəkdi və onların arasınada çəkişmələrə son qoydu. Şəmsəddin düz 1160-cı ilə qədər sultan sarayına və sultanlıq daxilindəki toqquşmalara məhəl qoymadan Azərbaycanda öz mövqeyini möhkəmlətməklə məşğul oldu. 1160-ci ildə isə Məsuddan sonra hakimiyyətə gəlmiş Sultan Suleyman taxtdan salınıb öldürüldü. Qəsdçilər nüfuzlu Səlcuq əmirləri idi. Onlar Şəmsəddin Eldəgəzə məktub yazıb xahiş etdilər ki, öz oğulluğu vətaxt-tacın varisi Arsalan şahı Həmədana gətirsin.
Arsalan sultan taxtına əyləşdi. Atabəy Şəmsəddin bu vaxtdan başlayaraq Səlcuq dövlətinin əsl hakimininə çevrildi. O, yaxın adamlarını yüksək vəzifələrə təyin etdirdi. Nüfuzlu əmirləri öz tərəfinə çəkdi. Şəmsəddinin böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın baş keşikçisi, kiçik oğlu Qızıl Arslan isə sultan ordularının baş komandanı oldu. Atabəy Şəmsəddinin oğlanları həm də sultan Arslanın ana tərəfdən qardaşları idi.
Yeni sultanın yəni Arslanın hakimiyyətindən bir sira əmirlər razı deyildilər. Səbəbi də o idi ki, Səlcuq taxtının Arslandan başqa da varisiləri vardı və onlar özləri bu taxta yiyələnmək istəyirdilər. Artıq Səlcuq dövlətinin əsas simasına çevrilən Şəmsəddin həmin varisiləri müdafiə edən ənirlərin birləşməsinə imkan verməyib onları bir-bir məğlub edir. Bu əmirlərdən ən inadkarı Rey hakimi əmir Inanc idi. Şəmsəddin onu da məğlub edib qızını oğlu Cahan Pəhləvana aldı.
7-8 il ərzində Atabəy Şəmsəddin Gilan, Mazandaran, İsfahan, Rey, Xuzistan, Xilat, ərzan ər Rum, Marağa hakimlərinin, Mosul, Kirman, Fars atabəylərinin bütün müqavilələriniqırıb onları sultan hakimiyyətinə tabe olmağa məcbur etdi. Tarixçi əl-Hüseyn yazırdı: "Atabəy Eldəgəz əsl hökmdar idi, əmrləri o verir, torpaqları paylayır, dövlət xəzinəsinə nəzarət edirdi. Sultan Arslan şah ibn Toğrulun isə ancaq adı hökmdar idi."
Şəmsəddin Eldəgəz nüfuzu və çevik siyasəti hesabına mərkəzi hakimiyyəti xeyli möhkəmləndirdi. O dövrdə Səlcuq dövlətinin iki əsas rəqibi vardı. Bunlardan biri Gürcüstan çarlığı, o birisi isə Xərəzmşah dövləti idi. Sultan Arslan şah taxta əyləşəndən, yəni faktiki olaraq Atabəy Şəmsəddin hakimiyyəti ələ aldıqdan sonra 1160-cı ildən 1175-ci ilə qədər Gürcüstanla Səlcuq dövləti arasında dörd böyük döyüş oldu və döyüşlərin hamısı Atabəyin qələbəsi ilə nəticələnib. Maraqlı burasıdır ki, bütün hallarda müharibənin səbəbkarı gürcülər olmuşlar. Onlar müxtəlif vaxtlarda elan etmədən hücuma keçmiş, xeyli talanlar və qırğınlar törətsələrdə, axırda açıq döyüşdə məğlub olmuşlar.
Elə buradaca qeyd etmək yerinə düşərdi ki, Atabəy Eldəgəz xristian ermənilərə əsl himayəçilik etmildir. Bunu erməni mənbələrinin özləri də təstiq etdilər. Və bu bir faktırdır ki, həmişə müsəlman dövlətlərin himayəsində yaşayan ermənilərə yaxşı münasibat göstərilmişdir&ş bu gün isə ermənilər bunun tamam əksini söyləyirlər.
Səlcuq dövlətinin ikinci rəqibi olan Xərəzmşah dövləti Atabəy Eldəgəzlə daha ehtiyatlı davranırdı. Onun vaxtında bu dövlətlər arasında cəmi bir böyük döyüş olub. 1169-cu ildə səlcuqlara vergi verməkdən imtina edən Rey hakimi Inanc Xərəzmşah Il-Arslanla danışığa girib Reyi onun torpaqlarına qatmaq istədi. Il-Arslan Reyə qoşun göndərdi. Lakin Atabəy bu qoşunları əzdi və Inancı öldürtdü. Bu həmin Inanc idi ki, qızını Şəmsəddin Eldəgəzin oğlu Məhəmməd Cahan Pəhləvana vermişdi.
Dediyimiz kimi, Atabəy Şəmsəddin Ekdəgəz hətta sultanın özünü də kölgədə qoymuşdu. Onun adı sultanın adı ilə bərabər kəsilmiş pullarda həkk olunurdu. Bəs necə olmuşdu ki, sultanla atbəy arasında heç bir ziddiyyət yaranmamışdı? Bu məsələdə Atabəy Şəmsəddinin arvadı, Sultan Arslanın anası Möminə xatunun hədsiz rolu var idi. O, həmişə sultana atabəyin sərbəstliyindən sıxılmamağı aşılamışdı. "Atabəy Eldəgəz nə edirsə, sənin dövlətinin mmöhkəmlənməsi, sənin hakimiyyətinin daha da bərkiməsi üçün edir", - deyə sultana dedi-qodulara fikir verməməyi məsləhət görmüşdü.
1175-ci ilin noyabr ayında Böyük Atabəy Eldəgəz, bundan cəmi bir ay sonra isə Sultan Arslan vəfat etdi. Atabəy Eldəgəz ömrü boyu sultan hakimiyyətinin mərkəzləşməsinə və güclənməsinə xidmət etməklə yanaşı, Azərbaycanın cənub və şimal torpaqlarını birləşdirə bilmiş, qüdrətli bir dövlət yaratmışdı. Onun vəfatından sonra oğlanlarının davam etdirdiyi Eldəgəzlər sülaləsi 1225-ci ilə, yəni monqol yürüşlərinə qədər hakimiyyətdə oldu.
Bəli, yüz ilə yaxın olan Azərbaycan Atabəylar dövlətinin əsasını qoymuş Şəmsəddin Eldəgəz, Sultan Mahmudun vəzirinin pulsuz aldığı 40-cı qul idi. Dünya tarixi üçün nadir hesab ediləcək belə hadisələr türk dünyasında yeganə hal deyil. Sultan Mahmudun Qəznəvinin atası Səbuktəkinin də taleyi belə olmuşdu. Nəhayət, Roma və Misir bazarlarında satılan türk-qıpçaqlar da Misir məmlüklər dövlətini həmin qabiliyyət nəticəsində yaratmışdılar.
Qədim bir atalar sözündə deyilir: "Çətini türk ata minincədi".
[redaktə / تحریر] Mənbə
"Turan" nəşriyyatının "Sənin baban kim olub" adlı kitabından alınıb. Müəlliflər: Rafiq İsmayılov və Mikayıl Heydərov. Mətni hazırlayan İradə Zeynalova (Qafarova).