Şənol Günəş
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
Şenol Güneş, köhnə futbolçu ve məşqçi. 1 İyun 1952'de Trabzonda doğdu. Evli ve iki çocuk babasıdır.
Mündəricat |
[redaktə / تحریر] Karyerası
[redaktə / تحریر] Futbolçuluq karyerası
Şenol Güneş futbol karyerasına "Erdoğdu Gençlik" komandasında başlayıb. Bundan sonra Trabzonspor komandasının həvəskar komandasına keçərək, buradan da "Sebat Gençlik" komandasına transfer olundu və peşəkar futbolçuluq həyatına başlayıb. 1972-cu ildə "Trabzonspor" komandasına transfer edildi. 15 ilə yaxın "Trabzonspor"da [qapıçılıq]] edib. "Trabzonspor"un heyətində 1975-1984 arasında altı dəfə çempion olub, eyni zamanda milli yığma komandasında 31 dəfə (beş dəfə kapitan qismində) iştirak edib.Türk idmanının tarixində birinci liqada ən çox qol buraxmama rekordu ona məxsusdur.
[redaktə / تحریر] Məşqçilik karyerası
[redaktə / تحریر] Futbol klublarındakı karyerası
Sonradan "Trabzonspor" komandasının məşqçisi vəzifəsinə təyin olunub, Corc Likens kibi məşqçilərin köməkçisi vəzifəsini tutmağa müvəffəq olub. 1987-1988 "Trabzonspor", 1988-1991 "Boluspor", 1991-1992 "İstanbulspor", 1992-1996 yenidən "Trabzonspor", 1996-1997 "Antalyaspor", 1997-1998 sezonunda isə "Sakaryaspor" komandalarını hazırlaşdırıb. "Trabzonspor" 2005-ci ilin yanvar ayında Şenol Güneş ilə üç il yarımlıq bir müqavilə imzalayaraq onu yenidən komandanın məşqçisi vəzifəsinə qaytardı. Daha sonra o, bu postdan istefa edib.
Məşqçilik karyerası zamanı 1 Türkiyə kuboku, 1 Baş nazir kuboku, 1 Prezident kuboku əldə edib.
[redaktə / تحریر] Milli yığmadakı karyerası
16 avqust 2000-ci ildə Türkiyə milli yığma komandasının rəhbərliyinə təyin olunub və milli komandanın 48 illik fasilədən sonra FİFA Dünya Kuboku uğrunda mübarizəyə qatılmasında böyük rol oynayıb.