Şindan qalası
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Şindan qalası, Astara və Nəmin yolununda Şindan ya Çindan dağının başında yerləşibdir və Azərbaycanın Nəmin şəhərinin böyük tarixi əsərlərindəndir ki tarixi İslamdan qabağa qayıdır.
Qalanın hündürlüyü 1850 metr dir, daş və sarucdan düzəlişibdir. Heyran gədigi və Astara Nəmin yolundan rahatca görünür. qərb tərəfində qədimi qəbirlik vardı. Bu qəbirlərin bir dəstəsi Gör qəbiri di və bir dəstəsində qıç tərəf qərbə və baş tərəf şərqə basdırılıbdır ki şah İsmail dövrünün Qara Qoyunlularındandır.
[redaktə / تحریر] Qalada Tarixi Hadisələr
Şindan qalasında mühüm hadisələrindən biri Şah Abbas zamanında ,Talış Həmzə xan, Astaranın hökmdarının qiyamıdır. O zaman Zülfəqar xan Qarmanlı, Ərdəbilin hökmdarı bu qalanı mühasirə də saxlamış və Həmzə xan dəniz yolu ilə Şirvana qaçmışdır.
Mehranlı İsa xan və Musa xanın döyüşləri və Mir Mustafa xan i talış ibni Mir Cəmaləddinin (Qara xan) Ağa Məhəmməd şah Qacar zamanında bu qalaya sığınagı bu qalada olubdur. Mehranlı İsa xan və Musa xanın qəbiri bu qaladadır.
Deyilir ki bir zamanda Babək də bu qalada olmuşdur.