Adnan Menderes
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Adnan Menderes
1899-cu ildə Türkiyənin Aydın şəhərində doğulub. Atası İzmirli Katibzade İbrahim Əthəm Bəy, anası Aydınlı Hacı Əlipaşazadələr’dən Tövfiqə Xanım’dır.Ana ve atasını kiçik yaşlarında itirmiş, nənəsi tərəfindən himayə altına alınmışdır. Təhsil həyatına İzmir İttihad ve Tərəqqi Məktəbi’ndə başlayan Ədnan Menderes, Qızılçulu Amerikan Kolleci’ndə oxuyarkən missionerlərlə başına dərd açdığı üçün, müxtəlif yerlərə müraciət etmişdi. Müraciət etdiyi yerlərdən birinin başında Cəlal Bayar dururdu. Bayar’la belə tanış oldu.
Ankara Hüquq Fakültəsi’ni bitirən Ədnan Menderes, Birinci Dünya Müharibəsi vaxtı "yedeksubay" olaraq əsgərliyini çəkdi. Aydın’da bəzi dostları ilə birlikdə "Ayyıldız Çetesi"ni qurdu. Sonra Söke’də Piyada Alay Yavəri olaraq müharibəyə yollandı. Müharibədən sonra İstiqlal Ordeni aldı.
Əli Fəthi Oxyar tərəfindən 1930-cu ildə qurulan lakin qısa müddətdən sonra bağlanan Sərbəst Firqə’nin Aydın Təşkilatı'nı yaradaraq başçısı oldu. Bu partiya bağlanan zaman CHP’yə daxil oldu və 1931-ci ildə bu partiyanın adından Aydın Millət vəkili seçildi.
1945-ci ilə qədər TBMM’də "komisyon raportörlüğü" edən Ədnan Menderes, o il Saracoğlu Hökuməti’nin gətirdiyi "Torpaq Qanunu Tasarısı"nı şiddətlə rədd edərək, komissiyadan istefa verdi. Partiyada etdikləri muxalifətçilik üzündən, Rəfiq Koraltan ve Fuad Köprülü ilə birlikdə CHP Nizam-İntizam Qurumu tərəfindən 12 İyun 1945-ci ildə xaric edildilər.
Cəlal Bayar da həm partiyadan həm də millət vəkilliyindən istefa verdi. Bu hərəkətlər 7 Yanvar 1946-cı ildə Demokrat Partiyasının qurulmasına səbəb oldu. 1946-cı il seçimlərində Demokrat Partiyasından Kütahya Millət vəkili olaraq məclisə qatıldı. Cəlal Bayar’dan sonra ikinci adam vəziyyətinə gəldi.
14 may 1950 seçimlərində DP səslərin 53,5’ini alaraq iqtidar oldu. 10 illik DP iqtidarının tək başçısı oldu ve o dövrə damğasını vurdu. İqtidarı dövründə 5 hökumət qurdu. Bu 10 illik zaman içində Türkiyə’nin daxili ve xarici siyasətində böyük inkişaf oldu. Sənayeləşmə və şəhərsalma həmləsi başladı, kəndə maşın gətirildi, rabitə, enerji, təhsil, sağlıq, sığorta ve bankçılıq yenidən başladı. Türkiyə inkişaf qavramı ilə tanış oldu.
27 May 1960-cı ildə edilən silahlı həmlə ilə iqtidardan endirildi. Yassıada’da həbs edildi. Milli Birlik Komitəsi tərəfindən qurulan Yüksək Ədalət Divanı’nın qərarına əsasən edama məhkum edildi. Yassıada'da dusdaq olduğu vaxtlarda müxtəlif işgəncələrə məruz qaldığı söylenilir.
Kim kimdir.gen.TR