Artur Rasizadə
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Artur Rasizadə (Artur Rasizade), Azərbaycan Respublikasının Baş Nazirı.
Artur Tahir oğlu Rasizadə 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İxtisasca mühəndis mexanikdir. İş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Azərbaycan Neft Maşınqayırması ETİ «AzİNMAŞ»-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir. 1973-1975-ci illərdə «Azneftsənayemaş» birliyində baş mühəndis, 1975-1977-ci illərdə «İttifaqneftmaş» ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə «AzİNMAŞ» Neft maşınqayırması ETİ-nin direktoru, 1978-1981-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992-1994-ci illərdə İqtisadi Islahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə «DEKA-B» şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsində olmuşdur. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, 1996-1998-ci illərdə Baş nazir, 1998-ci ildə Baş nazirin səlahiyyətlərini icra edən, 1998-2003-cü illərdə Baş nazir, 2003-cü ildə Baş nazirin birinci müavini vəzifələrində işləmişdir. 2003-cü ilin noyabr ayından Azərbaycan Respublikasının Baş naziridir. A.Rasi-zadə «Şərəf nişanı» ordeni ilə təltif olunmuş, neft maşınqayırması sahəsində keçmiş SSRİ Dövlət mükafatı laureatıdır.