Azərbaycan Manatı
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Azərbaycan Manatı, Azərbaycan Respublikasının pul vahididir.
1 Yeni Azərbaycan Manatı (1 AZN) köhnə 5000 manata (5000 AZM) bərabərdir.
- Qəpiklər: 1, 3, 5, 10, 20, 50 qəpik
- Əskinaslar: 1, 5, 10, 20, 50, 100 manat
Yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuşdur. Milli Bankın sifarişi əsasında Vitam Reklam Şirkəti tərəfindən hazırlanan təqdimat mərasimi Excelsior Hoteldə baş tutmuşdur. Təqdimat mərasimində ölkə prezidenti və iri dövlət məmurları ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri də iştirak etmişdir.
[redaktə / تحریر] Əskinaslar
[redaktə / تحریر] 1 manat
Əskinasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin - Tar, Kamança və Dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.
[redaktə / تحریر] 5 manat
Əskinasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey əlifbası, Latın qrafikalı əlifba ilə müasir yazımız çap edilmişdir.
[redaktə / تحریر] 10 manat
Əskinasın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası, Köhnə qala divarlarının fonunda verilmişdir. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.
[redaktə / تحریر] 20 manat
Əskinasın üz tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi “Xarı Bülbül” təsvir olunmuşdur. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.
[redaktə / تحریر] 50 manat
Əskinasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti-pillələr, güc və işıq nişanəsi- günəş, elm rəmzi-kimyəvi və riyazi simvollar təsvir olunmuşdur. Əskinasın arxa tərəfinində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycan xalçalarının ornamentləri çap olunmuşdur.
[redaktə / تحریر] 100 manat
Əskinasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.