Azərbaycan Tibb Universiteti
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
Azərbaycan Tibb Universiteti, Azərbaycanın ali təhsil mərkəzlərindən biridir.
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN TARİXİ Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır.
Artıq 1919-cu ilin may ayında tanınmış cərrah professor İ.Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir.
Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ.Şirokoqorov, S.Davidenkov, F.İlyin, L.Levin, N.Uşinski, K.Malinovski, P.Rostovsev, M.Çlenov və başqalarının böyük rolu olmuşdur.
Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: sonralar elmlər doktoru, professor adı alan Adilə xanım Şaxtaxtinskaya və məşhur həkim Ceyran xanım Sultanova.
Bu illərdə sonralar Azərbaycan tibb elmini dünyaya tanıtmış ilk milli elmi-pedaqoji kadrlar: M.Mirqasımov, M.Topçubaşov, M.Əfəndiyev, K.Balakişiyev, Ə.Əliyev, İ.İsmayılzadə, M.Kajlayev, A.Atayev, H.Tahirbəyov, D.Nuriyev, Z.Məmmədov və başqaları elmdə ilk addımlarmı atırdılar.
1991-ci il fevralın 4-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ATİ-yə Universitet statusu verilmişdir, o vaxtdan etibarən institut N.Nərimanov adına Azərbaycan Tibb Universiteti adlanır.