Cavanşir
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Məşhur Mehranilər sülaləsinin ən qüdrətli nümayəndəsi idi. O, 637-ci ildən 681-ci ilədək Alban dövlətini idarə etmiş, öz ölkəsinin qüdrət və nüfuzunu qaldırmağa müvəffəq olmuşdur. VII yüzilliyin birinci yarısında ərəbistan yarımadasında böyük dəyişikliklər baş verdi. Bu dəyişikliklər ətraf ölkələri, az sonra isə uzaq Avropanı da titrətdi: saysız-hesabsız ərəb qoşunları yenicə yaranmış Islam dininin bayrağı altında Şimala və Qərbə tərəf yürüşlər etməyə başladılar. Elə ilk yürüşlər ərəblərin ən yaxın qonşusu - nəhəng Iran dövləti lərzəyə saldı. Beləliklə, Şərqin şöhrət çələnginin qoca, üzgün sahibi Iran hələ təzə-təzə dirçələn ərəbistanla vuruşa başladı.
Həmin vaxt Cənubi Azərbaycan indi olduğu tək, Iranın tərkibində idi, Şimali Azərbaycan - Albaniya isə onun vassalı idi. Bu təbii ki, Albaniya da bu müharibəyə Iran tərəfdən girişdi. Alban qoşunları Cavanşirin başlığı altında düz yeddi il ərəblərə qarşı vuruşmalı oldu. Nəhayət, Cavanşir üç min nəfərlik qoşunu ilə son dəfə İran tərəfdən döyüşə girdi. Bu döyüşdən sonra ona aydın oldu ki, Sasani dövləti artıq süquta uğramışdır və öz keçmiş şöhrətini daha qaytara bilməyəcəkdir. Buna görə də Cavanşir öz ölkəsinə qayıtmağı qərara aldı. Ərəblərə qarşı döyüşlərdə Cavanşir igid sərkərdə kimi ad-san qazanmışdı. İran hökmdarı III Yezdəgird onunla hamıdan çox hesablaşırdı, onu dəfələrlə yüksək mükafatlarla təltif etmişdir, başına qızıl tac qoymuşdu. Cavanşirin mərdliyi onu hətta düşmənlər içərisində də xeyli məşhurlaşdırmışdı.
Albaniya dörd nəhəng dövlətin - ərəf Xilafətinin və İranın, Bizansın və Xəzər Imperiyasının yolları üstündə kəsişmə nöqtəsi idi. Bir-biri ilə daim çəkişən bu nəhənglərin arasında ox atıb qılınc çaxmaqla baş saxlamaq mümkün deyildi, indi ölkənin təhlükəsizliyini təmin etmək üçün bir qılınc hünəri lazım idisə, beş də ağıl kəsəri gərək idi. Ona görə də Cavanşir siyasət yoluna keçdi. Ən əvvəl o, Iberiya hökmdarı Atrnersexle müqavilə bağlayıb İrana Albaniyanın müstəqilliyiniqəbul etdirdi. Az sonra iranlılar Cavanşirin atasını həbs edib yeni vuruşa başlasar da, məğlub edildilər və birdəfəlik Albaniyadan qovuldular. Bundan sonra Cavanşir Bizans imperatoru Konstantin ilə yaxımlıq etməyə başladı. Bizans imperatoru bu təşəbbüsə həvəslə qoşuldu. Bu yaxınlaşmada Cavanşirin məqsədi ərəblərə qarşı duruş gətirə bilmək üçün güçlü müttəffiq əldə etmək, Konstantinin məqsədi isə Bizansı şərq sərhədlərini ərəblərin birbaşa hücumlarından qorumaq idi.
Lakin təhlükə başqa tərəfdən üz verdi. Milad tarixili ilə 662-ci ildə Xəzər qoşunları Dərbənddən şimalda ərəbləri məğlub edib cənuba qovdular və özləri Albaniyanın ərazisinə soxuldular. Cavanşir ordu toplayıb Kür çayının üstündə xəzərlərlə döyüşə girdi və onları məğlub etdi. Düz iki il Albaniya ərazisində Xəzər qoşunları görünmədi. 664-cü ildə onlar böyük qüvvə ilə yenidən Albaniyaya hücum etdilər. Bu dəfə xəzərlər daha irəli gedərək bir necə vilayəti talan etdilər. Cavanşit başa düşdü ki, xəzərlərlə müharibə etmək ona heç bir uğur gətirməyəcəkŞ düşmən çox güclü idi. Odur ki, o, Xəzər xaqanı ilə sülh bağladı, qərət edilmiş var-dövləti geri aldı və xəzər xalqının qızı ilə evləndi. Şimaldan Xəzər təhlükəsibeləcə aradan qaldırıldı. Artıq Albaniya həm Bizansla, həm də xəzərlərlə möhkəm dostluq əlaqələri yaratmış, dinclik əldə edə bilmişdi. Amma bu dinclik də çox çəkmədi.
Tezliklə cənubdan ərəblərin yeni hücumları başladı. Cavanşir gördü ki, Bizans imperatorundan ona bir kömək olmayacaq. >şünki imperator öz torpaqlarını güçlə qoruyurdu. Eyni zamanda Bizansın üzərinə hücuma keçmiş ərəblər az qala ölkənin paytaxtı Konstantinopola (İstanbul) çatmışdılar. Buna görə də Cavanşir fikirləşdi ki, artıq Bizansa əhəmiyyət verməyə də bilər. ərəblərə yaxınlaşmaqla isə ölkəsini yeni qırğınlardan və talanlardan xilas edə bilər. Bu məqsədlə o, 667-ci ildə Dəməşq (Şam) şəhərinə Xəlifə I Müaviyənin görüşünə yollandı. Cavanşir Xəlifədən xahiş etdi ki, onu vassalığa qəbul etsin. Xəlifə, əlbəttə, bu təklifə böyük məmnuniyyətlə razı oldu. Albaniya daha bir müddətə qan və qırğından xilas oldu. Üç il sonra Xəlifə Cavanşiri öz hüzuruna dəvət etdi. Bu dəfə o, Sünik knyazlığının Cavanşirə tabe edilməsi haqqında fərman verdi. Cvanşir Xilafətin Albaniyadan aldığı vergi və xəracının miqdarını üçqat azaltmağa müvəffəq oldu.
Bəs Xəlifənin Cavanşirə olan böyük rəğbətinin səbəbi nə idi? Yalnız onun igidliyi və cəsurluğumu? Düzdür, ərəblər Cavanşirin bu keyfiyyətlərini yüksək qiymətləndirildilər. Amma əsas səbəb başqa idi. ərəbləri Albaniyaya aşiq edən bu ölkənin hərbi baxımından son dərəcə əlverişli coğrafi mövqeyi idi. VII əsrin ikinci yarısında ərəblər ildırım sürətili suvariləri ilə məşhur olan Türküstan qoşunlarından çox ehtiyat edirdilər. Buna görə də Xəzər türklərinin qənşərində siəpr kimi dayanan Albaniyanın yerli hakimiyyətini ləğv etmək onlar üçün sərfəli deyildi. ərəblər bu dövləti özlərinə tabe etmaklə kifayətlənməni üstün tutular. Xəlifə Cavanşirlə ikinci görüşündə ona bütünlüklə Atrapatakan (Azərbaycan) üzərində hakimliyi təklif etsə də, Cavanşir razılaşmadı.
Cavanşirin Xilafətlə yaxınalşması, onun Xəlifə yanında böyük hörmətə malik olması Albaniyanın vəziyyətini xeyli yüngülləşdirdi. Lakin xristian albanların bəzi iri feodalları Cavanşirin müsəlman hökmdarı ilə yaxınlığını və Bizansla əlaqələrini zəifliyini görüb, ona qarşı sui-qəsd təşkil etdilər.
681-ci ildə Cavanşir öldürüldü.
[redaktə / تحریر] Mənbə
"Turan" nəşriyyatının "Sənin baban kim olub" adlı kitabından alınıb. Müəlliflər: Rafiq İsmayılov və Mikayıl Heydərov. Mətni hazırlayan İradə Zeynalova (Qafarova).