Davamlı inkişaf konsepsiyası
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
Davamlı inkişaf konsepsiyası, yeni sosial- iqtisadi paradiqmadır.
«Davamlı inkişaf» termini ətraf mühit və inkişafa dair Beynəlxalq Komissiya (Bruntland komissiyası) tərəfindən 1987-ci ildən işlədilməyə başlanmışdır. Davamlı inkişaf hazırki dövrdə bütün tələbatları ödəməklə yanaşı gələcək nəsillərin də öz tələbatlarını ödəmək qabiliyyəti və istəyini də təhlükə altında qoymur.
BMT-nin Rio-92 konfransında qəbul edilmiş və Davamlı Inkişaf üzrə öz milli strategiyasını hazırlamaq üçün «XXI əsrin gündəliyi» adlanan bu sənəd XXI əsr üçün dünya ölkələrinin iqtisadi, sosial və ekoloji aspektləri əhatə edən Davamlı Inkişaf konsepsiyasını hazırlamaq üçün ümumi fəaliyyət proqramıdır.
Davamlı inkişaf bir- birilə sıx bağlı olan iki mühüm anlayışı özünə daxil edir.
- 1) Tələbat anlayışını, o cümlədən əsas tələbat anlayışı (bu isə əhalinin yoxsul təbəqəsinin mövcudluğu üçün olduqca zəruridir).
- 2) Məhdudlaşdırma anlayışı (bu texnologiyanın vəziyyəti və cəmiyyətin təşkili ilə şərtlənir) eyni zamanda ətraf mühitin indiki və gələcək nəsillərinin tələbatını ödəyə bilmək qabiliyyəti ilə əlaqələndirilir. Davamlı inkişafın əsas vəzifəsi insanın tələbat və istəklərinin ödənilməsi ilə ifadə olunur.
Qeyd etmək lazımdır ki, davamlı inkişaf bütün insanların bərabər səviyyədə ən zəruri tələbatlarının ödənilməsini tələb edir.
Davamlı inkişaf konsepsiyası beş əsas prinsipə əsaslanır.
- 1.Bəşəriyyət həqiqətən inkişafa davamlı və uzunmüddət mövcud olmaq xarakteri verə bilər. Bununla da o hazırda mövcud olan nəslin tələbatlarına cavab verər və eyni zamanda gələcək nəsillərin öz tələbatlarını ödəmək imkanları qorunub saxlanıla bilər.
2. Təbii resursların istismarı sahəsindəki məhdudlaşmalar nisbi xarakterlidir. Onlar texnika və sosial təşkilin müasir səviyyəsi ilə, eyni zamanda biosferin insan fəaliyyətinin nəticələrini aradan qaldırmaq qəbiliyyəti ilə əlaqədardır. 3. Bütün insanların adi tələbatlarını ödəmək və hamının gələcək yaxşı həyata olan ümidinin reallaşdırılmasına şərait yaradılması zərurət olmalıdır. Bunsuz uzunmüddətli və davamlı inkişaf sadəcə olaraq qeyri-mümkündür. Ekoloji və digər katastrofların yaranmasının başlıca səbəblərindən biri- dünyada adi hadisəyə çevrilmiş səfillikdir. 4. Böyük vasitələrə (kapital və maddi) malik olanların həyat tərzini planetin ekoloji imkanları ilə, xüsusilə enerji istehlakı ilə uzlaşdırmaq lazımdır. 5. Əhali artımının sayı və tempi Yerin qlobal ekosisteminin dəyişməyə meylli istehsal potensialı ilə uzlaşdırılmalıdır. Davamlı inkişafın dinamik xarakteri xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, davamlı inkişaf konsersiyasına mövcud olan yanaşmanın tarixi Roma klubunun yaranması dövründən (1968) başlanır. Roma klubunun işlərində «dinamik artım» konsepsiyası «üzvi artım» konsepsiyası və «dinamik tarazlıq» konsepsiyaları mühüm yer tutmuşdur. Bu istiqamətdə daha böyük səs-küy «Artım həddi» əsəri qlobal ekoloji problemlərə diqqəti artırmaqla yaratmışdır. Nə Klassik iqtisad elmində, nə də marksist iqtisadiyyatda iqtisadi inkişafda ekoloji məhdudlaşdırılma məsələlərinə diqqət yetirilməmişdir. XX əsrin 70-ci illərindən başlayaraq ekoloji problemlər kəskin sürətdə gərginləşdi. Nəticədə ona diqqət artmağa başladı. Mahiyyətcə davamlı inkişaf konsepsiyası mövcud problemlərə keyfiyyətcə yeni yanaşmadır. R.Kostansa və K.Folke üç bir-birilə iyerarxik qarşılıqlı əlaqədə olan problemi ayırır ki, onların həlli də davamlı inkişafla əlaqədardır.
- 1) iqtisadiyyatın davamlı miqyası həyat təminatının ekoloji sisteminə müvafiq olmalıdır.
- 2) resursların və imkanların təkcə adamların indiki nəsli üçün deyil, həmçinin indiki və gələcək nəsillər arasında, həmçinin insanla digər bioloji növlər arasında ədalətli bölgüsü (distribution) aparılmalıdır.
- 3) Təbii kapitalı adekvat olaraq nəzərə alan resursların zamanda effektiv bölgüsü (allocation) keçirilməlidir.
Bəziləri problemin siyasi həllini, digəri isə iqtisadi həllini effektli hesab edirlər. Əslində isə davamlı inkişaf konsepsiyası üç əsas baxışın birləşməsi nəticəsində yaranmışdır. Bunlar iqtisadi, sosial və ekoloji baxışlardır. Buna müvafiq olaraq davamlı inkişafın üç əsas məqsədi haqqında danışırlar: ekoloji tamlıq, ekoeffektlilik və ekoədalətlilik. Davamlı inkişaf konsepsiyası üzərində işin başa çatdığını qeyd etmək hələ tezdir. Hələ bu günə qədər davamlı inkişaf konsepsiyasının hamı tərəfindən qəbul edilmiş bitkin tipləri hələ də yoxdur. Xüsusilə davamlı inkişaf konsepsiyasının praktiki tətbiqinin mürəkkəbliyi xüsusi qeyd edilir. Artıq dünyanın əksər ölkələrinin davamlı inkişaf proqramları olsa da bu sahədə işlər davam etdirilməkdədir.