Hacıbaba Əzimov
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
Hacıbaba Əzimov(1938-), Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri. 1938-ci il avqustun 1-də Lənkəran şəhərində anadan olmuşdur. Lənkəran şəhərində orta təhsil almış, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakultəsini bitirmişdir.
- 1961-1970-ci illərdə Elmlər Akademiyası tarix institunda aspirant, elmi-işçi olmuşdur. *1970-1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim, dosent və professsor,
- 1985-1991-ci illərdə yenə orada Siyasi tarix kafedrasının müdiri-professor vəzifəsində calışmışdır.
- 1991-1992-ci illərdə Bakı Dövlət Universiteti Lənkəran filialının direktoru,
- 1992-1997-ci illərdə Lənkəran Dövlət Universitetinin rektoru vəzifələrində işləmişdir.
- 1966-cı ildə namizədlik, 1981-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
- 1982-ci ildən professordur.
- 1990-cı ildə Azərbaycan Respublikasının xalq deputatı seçilmiş,
- 1991-1995-ci illərdə 50 nəfərdən ibarət seçilmiş Azərbaycan parlamentinin - ilk Milli Məclisin deputatı olmuşdur.
- 1992-ci ildən Vahid Azərbaycan Milli Birlik partiyasının sədridir.