Katexçay şəlaləsi
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
Katexçay şəlaləsi, Balakən rayonunda Katexçayın yuxarı axarlarında yerləşir. Şəlalənin yerləşdiyi məkan Zaqatala Qoruğunun ərazisinə düşür.
Qeyd edək ki, Zaqatala Qoruğunun ərazisinin 3/4-ü Balakən rayonunun ərazisinə düşür. Şəlalənin hündürlüyü 18-20 metrdir. Bu Azərbaycanın ən hündür şəlalələrindən biridir. Şəlaləyə getmək üçün Katex kəndində yerləşən kombinatın yaxınlığından keçərək sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır.Kombinatdan şəlaləyə qədər bir-neçə kilometr məsafə vardır. Avtomobil yolu yalnız Zaqatala Qoruğunun Katex satsionarlna qədərdir. Ordan şəlaləyə qədər olan təqribən 500 metrlik yolu (yolun ən çətin hissəsi də məhz buradır) piyada getmək lazımdır. Onu da qeyd edək ki, kombinatdan şəlaləyə doğru demək olar bütün yol boyu hündürlük artan tempdədir. Yolun ən çətin hissəsi isə şəlalə göründükdən sonra başlayır. Belə ki, bundan sonra aşağı enmək lazəm gəlir ki, bu da dolanbaclı və uçurumlu cığırlarla çox çətindir. Ancaq bütün bu çətinliklər şəlalənin buz kimi suyu ilə sərinlədikdən sonra unudulur. Həm də qarşınızda əsrarəngiz bir mənzərə açılır.