Muğam
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
Muğam, Azərbaycan və bir neçə ətraf xalqların musiqi janrıdır. Muğam sözü ərəb sözü "Məqam"-dan yaranmışdır. Məqam sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (Mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqisi olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi xalqlara uyğun parçalanmışdır. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi. Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Hümayun", Köməkçilər isə "Şahnaz", "Sarənc" və "2-ci növ Çahargah"-dır.
Klassik şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər Əbu Nəsr Farabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və başqaları olmuşlar. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin bəstəkarı Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və Muğamın nəzəriyyəsində əsas fikir sahiblərindən biri kimi tanınır.