Nisbilik nəzəriyyəsi
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
Nisbilik nəzəriyyəsi Albert Eynşteyn tərəfindən 1905-ci ildə (xüsusi nisbilik nəzəriyyəsi) və 1916-ci ildə (ümumi nisbilik nəzəriyyəsi)formulə edilmiş məkan və zaman haqqında fiziki nəzəriyyədir. Xüsusi nisbilik nəzəriyyəsinə görə zamanın gedişi sistemin hərəkətindən asılıdır və zaman intervalları (və məkan intervaları) elə şəkildə dəyişir ki, hər hansı hesablanma sistemində işığın sürəti daimidir. Bu nəzəriyyəyə əsasən bir çox "relyativist" nəzəriyyələr qəbul olunmuşdur. Ümumi nisbilik nəzəriyyəsinə görə isə cazibə qüvvələrinin fəaliyyət göstərdiyi dördölçülü məkan-zaman qeyri-Evklid həndsəsinin nisbətlərinə tabedir
[redaktə / تحریر] Qaliley-Nyuton nisbilik prinsipi
Bu prinsipə görə mexaniki proseslər biri-birinə düzxətli və bərabərsürətli hərəkət edən sistemlərdə eyni tərzdə baş verir.