New Immissions/Updates:
boundless - educate - edutalab - empatico - es-ebooks - es16 - fr16 - fsfiles - hesperian - solidaria - wikipediaforschools
- wikipediaforschoolses - wikipediaforschoolsfr - wikipediaforschoolspt - worldmap -

See also: Liber Liber - Libro Parlato - Liber Musica  - Manuzio -  Liber Liber ISO Files - Alphabetical Order - Multivolume ZIP Complete Archive - PDF Files - OGG Music Files -

PROJECT GUTENBERG HTML: Volume I - Volume II - Volume III - Volume IV - Volume V - Volume VI - Volume VII - Volume VIII - Volume IX

Ascolta ""Volevo solo fare un audiolibro"" su Spreaker.
CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
Privacy Policy Cookie Policy Terms and Conditions
Qədim dinlər - Vikipediya

Qədim dinlər

Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا


Bu məqalə hələlik qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین


Lütfən bu şablonu daha dəqiqləri ilə əvəz edin


Fəsil 1.Qədim Türklərdə Şamanizm,Totem inancları Şamanizm, ata ruhlarına, təbiət varlıqlarına inanmaya əsaslanan qədim bir Asiya dinidir. Şaman- lığın nə zaman ortaya çıxtığı, nə kimi dəyişikliklər keçirdiyi dəqiq olaraq bilinməməkdədir. Ancaq, ən qədim Çin qaynaqlarından əldə edilən bilgilərə görə, Şamanlığın daha əvvəl Orta Asya Türkləri arasında ortaya çıxtığı, sonradan digər Türk boyları arasında yayıldığı və zaman içinde önəmli bir Türk dini əhəmiyyəti qazandığı qəbul edilməkdədir. Tarix və dini anlamı baxımından, Şamanizmin doğuşu və qaynağı kimi, “şaman” sözünün də haradan gəldiyi, necə bir anlam daşıdığı dəqiq olaraq tətqiq olunmamışdır. Bu baxımdan üç fərqli görüş irəli sürülməkdədir ; 1. Şaman termini, Hindistan’daki Pali dilinde “ruhlardan bilgilənən kişi” mənasına gələn samana sözlüyündən meydana gəlmişdir, 2. Şaman termininin qaynağı, Sanskritcə’də “buddahacı rahip” anlamına gələn samana sözlüğüdür, 3. Şaman termini, Mançu dilində “oynayan tullanan, bir iş görərkən daima olaraq hərəkət edən” mənasındakı saman terminologiyasından irəli gəlir. İlk olaraq XIII. əsrdə də istifadə olunmaqda olan şaman sözlüyünün qədim Türklər tərəfindən istifadə edilmədiyini ilk əvvəl qeyd etmək gərəkdir. Qədim Türklərdə şaman sözlüyü yerinə “kam” sözlüyü istifadə edilmişdir. Qədim Türklərin məbədlərində dini mərasimləri idarə edən xüsusi şəxsə “kam” deyildiyi, qədim Çin qaynaqlarından anlaşılmaqdadır. Qədim Türk topluluqları arasında Şamanlığa bənzər bir inancın varlığını təsdiqləyəcək bir mənbə tapılmamışdır. Altay Türklərinin günümüzdə “şaman” mənasında istifadə etdikləri “kam” sözlüyü, tətqiqatçılara görə ən az 5-ci əsr-dən buyana yaşamaqdadır. Uygurlarda (8. – 11.əsrlərdə.) da bu mövzuda bir dəlilə rastlanmamışdır. Uygur dilində “kam” sözlüyü “din adamı”anlamında deyil, falçı, sehirbaz mənasında istifadə edildiyi bilinməkdədir.Türklərin qədim dövrlərdən bəri “Şamanlıq”dininə inandıqlarını qəbul etmək zəruriyyətindəyik.Qədim Çin qaynaqlarında yazılanlara əsasən Hunlar sehirbazlarına “kam”adını verməkdə idilər. Bu Hun şamanlarının xidmətindən çinlilərdə faydalanmaqda idilər.” “To-Ba”dövlətinin ilk zamanlarında,qadın şamanlar ümumiyyətlə dövlətin bütün dini tədbirlərində yaxından iştirak edirdi lər. Məsələn: 399-cu ildə bir qurban vermə mərasimində şamanlar əllərində dini ayin üçün lazım olan qavallarla iştirak etmişlər.(1.1)” Uygur dilində “şaman”, “xəstəlikləri sağaldan, acıları sakitləşdirən, dəlilikləri, saraları yatızdıran, xəstələrə dərman düzəldən kimsə” mənasında, “otacı” diyə anılmışdır. Çin qaynaqlarına göre, Qırğızlar’da şamanın adı gan’dır. Altaylılar ve Uranhalar şamana kam, kamların idarə etdikləri mərasimlərə də kamlama demişlərdir. Mongolcadan şamanın qarşılığı ise böge’dir. “Orxan” yazılı abidələrində və ələ keçən Göy türkcə yazılı mətnlərdə nə “din adamı” mənasında, nə də “şaman” mənasında kam sözlüyünə rastlanmadığı kimi, heçbir mənbədə şamanlıqla əlaqədar açıqlamalara rastlanmamıştır. Bütün bunlarla birlikdə, bozqırlar məkanındaki dinsəl inançların samanlığa bağlanması bir ənənə (alışqanlıq) halına gəlmiş və qədim Türk dininin təməl strukturu oluşturduğunda bir həmfikir (görüş birliyi) formalaşmışdır. Bu haqda, “xıx” əsrin ikinci yarısında özəlliklə Rus tətqiqatçılarının Sibirdə yaşayan Türk kökənli xalqlar arasında apardıqları tətqiqi incələmələrdir. Gerçək şamanlığın qədim Türk topluluqlarında görülən tanrılarla və yer-su inanclarıyla marağı olmadığı görülməkdədir. Bəzi Rus və Türk tətqiqatçıları ( bu arada Ziya Gökalp,Bahaeddin Ögəl,İ İvanov,V Radlov ) şamanlığı, Türklərin İslam dinindən öncə bağlı olduqları din saymışlardır. Onlara görə günümüzdəki Yakutlar arasında varlığını sürdürən şamanlıq qədim türklərin də diniydi. Lakin daha yeni tətqiqatlar şamanlığın türklərə özgü olmayıb bütün Asiyaya yayıldığını ( Samoyedlərdən İndoneziya adalarına qədər ) və Amerika qızıldərili mədəniyyətlərində də bənzərlərinə rastlanan bir sehir sistemi olduğunu göstərməkdədir. Əlimizdəki tarixi mənbələrə görə birçox Asiya xalqında görülən şamanlıq Mongol istilasından sonra Türklər arasında yayılmışdır. Bundan önceki mənbələdə Türk tarixində şamanlıqla əlaqədar bir mənbə tapılmamaqdadır. Bu üzdən Göy türklərin dini amanlıq deyil, bənzərinə Çində və Yaponyada rastlanan ikici və uyumlu bir Göy-Yer dinidir. Şamanlığın qədim Türk topluluqlarının diniylə bir əlaqəsi olmamasına baxmayaraq, arada çaşdırıcı bənzərliklər tapılması təbii sayılmalıdır. Şamanlığın təməl özəlliyi, yayıldığı bölgələrdəki xalqın ruh dünyasına asanca uyğunlaşdıra bilməsidir. Şamanlıqdaki vəcd (özündən getmə), ruhun tanrılarla əlaqə qurması mövzusunda qədim Türk topluluqlarında,tə-biətdə varsaydıqları gizəmli gücləri adamağıllı istismar etmiştir. Bu vəziyyət, özəlliklə atalar kültünün, qartal inancının, dəmirçiliyin və at qurban etmənin şamanlığa məxsusi bir nitəliq daşımasında görülür. Beləcə şamanlıq qədim türklərin inanclar sisteminə yavaş-yavaş işləməyə bacarmış, zaman içinde bir “din” sağlamlığına çatmışdır. Tarixçi və yazar Enver Behnan Şapolyo, ‘Tarih Boyunca Türk Tefekkürü Şamanizm Tefekkürü” adlı kitabını Şamanizm və Türk təfəkkürünə ayırmış və Şamanizm ilə Türk inanc sistemini bərabər qəbul edərək, bu inanc sisteminin səmavi dinlərdəki ( Musəvilik, Xiristianlıq, İslam ) günümüzə qədər gələn mövcüyat və təsirlərini incələmişdir . Şamanizm ; dünyanın yaradılış düşüncəsidir. Bu ilk düşüncələr Orta Asiyadaki qədim Türklər tərəfindən ələ alınaraq yaradılış sirlərini açılmasına çalışılmışdır. Sonunda bütün varlıqların, dünyanı qapayan bir nur olduğu, bu nurun da “Hüsn-ü Mutlak” (mutlak gözəllik) olduğu inancına varılmışdır. Kainat (aləm) hələ yaradılmadığı zamanda, yuxarıda göy, aşağıda yer və canlı məxluq da yoxdu. Kainatı yaradan Hüsn-ü Mutlak bu gözelliyi təcəlli ettirməyi düşündü, bu gözəllikdən bütün varlıqlar bir anda nasil oldu. Bunlar arasından insan, aləmin özvarlığını düşündü, bunun Nur-u Ziya olduğu sonulğuna çatdı. Göy aləmini saran “yaradıcı və yaşadıcı”, nur-u ziyayi dünyaya həyat vermək üzərə Günəşi bəxşetdi, ayı da ona bərabər olarak yaratdı. Günəşə inananlar “Şamanizm” inanc sistemini yaratdılar. Beləcə Şamanizm Türk təfəkkürü olaraq ortaya çıxdı. Şamanizmde günəşə gün ana deyilməkdə və göyü və yeri aydınlatmakdadır. Ay isə ay atadır. Bunlar nur-u ziya varlığının müqəddəsləridir. Şamanizmdə gözəlliyin timsalə günəş olduğu üçün müqəddəsdir, dan yeri ağararkən ona ibadət edilir. Türklərə görə cahanda bütün varlıqlar dörd bərabər parçaya bölünmüşdür. Dörddə mənəvi cövhər vardır: dörd istiqamətdə də dörd rəng də ( göy - qızıl - ağ - qara ) müqəddəsdir. Şamanizmin din adamlarına “şaman” vəya “kam” deyilir. Şamanın ayin yönəltməklə bərabər, sehirle əlaqəli bəzı cavabdehlikləri də vardır. Şaman qırmızı külah geydiyindən “qızılbaş” “diyə də anılır, qopuz, dəf, qaval çalar, rəqs edər. Sibirdə Yakutiyada və Altayda şamanizmə inam çox qədim dövrlərdən mövcuddur.”Şamanlıq“ inancı üzərində ən dərin tətqiqat aparan M,Eliada ,bütün Orta və Şimali Asiya türk topluluqlarında dini sehri həyatın daha ziyadə “şaman”ətrafında mərkəzləşdiyini , lakin “şamanın”dini fəaliyyətlərinin hamısında icraçı vəziyyətində olmadığını , bir çox mərasimlərdə , Məsələn:Tanrıya qurban verilmə- sində şamanların qatılmadığını,ayrıca sehri dini həyat şamanlıqdan ibarət olmadığından hər sehirba-zın da “şaman”sayılmadığını və şamanlıqda xəstələrə şəfa vericilik əsas ünsürlərdən olmaqla bərabər , hər şəfa verici kişinin şamanlıqla əlaqələndirilməmişdir.Şaman hər şeydən əvvəl , özünün şəxsi üsulları vasitəsilə qazandığı “özündən getmə” halı içində ruhunun göylərə yüksəlmək vəya yer altına enmək və oralarda gəzib dolaşmaq üzərə ,bədənindən ayrıldığını hiss edən bir inancın ustasıdır . Bu əsnada bir alət vəziyyətinə düşməkdən uzaq , əksinə özü ruhları hökmü altına alaraq ölülərlə ,şeytanlarla,cin və pərilərlə əlaqə ,ünsiyyət qurmağa müvəffəq olur. Xəstələrin “ruhları oğurlanan kimsələrə şəfa verməsi ,ölülərin istəklərini yerinə yetirərək zərərlərini önləməsi ,insanların dərd və diləklərini ərz etmək üzərə göydə ki və yer altındaki tanrıların yanına gedərək ünsiyyət qura bilməsi mümkün olmaqdadır .*Türklərin dini inanclarını tətqiq edən ibrahim Qəfəsoğlunun fikrincə türklərin yaradılış dastanlarında dini etiqadlar haqqında təsəvvürlər vardır.”O,qeyd edir ki,Şaman dini göydəki nur aləminə ,yer üzünə, yerin altındaki qaranlıqlar aləminə inanır.Şamanizmdə göy aləmi 17 təbəqə halında olan bir nur aləmidir , burada gözəlliklər , yaxşılıqlar və yaxşı ruhlar vardır .”böyük türk xaqanları daima şamanların məsləhətlərinə qulaq vermişdir,bu əsasən köç zamanı və hərbi yürüşlər ərəfəsində şamanların uzaq görənliyindən irəli gəlirdi. Türklərin uzun illər boyunca Avropaya, Misirə,və digər ərazilərə köçü zamanı türklərlə birgə şamanizm inancı həmin xalqların dini,mənəvi , mədəni həyatına təsir etmişdir.Bəlli olduğu kimi avropalıların “Allahın Qamçısı”adlandırdıqları böyük Hun hökmdarı Attila yürüş ərəfəsində əzünün şəxsi şamanının uzaq görən məsləhətlərini dinlədiyini bilirik.Sonralar şamanizm inancı Avropada kök salmış Bulqar türklərinin də əsas dini etiqadlarından biri olmuşdur. Qədim Skiflərin tarixini tətqiq edən tarixçi tətqiqatçılardan V.S.İvanov və b.Skiflərdə də şamanizm inancına etiqadın olduğunu , onun Altay , Sibir şamanizmdən çox az fərqləndiyini qeyd etmişlərdir.M,Eliada Şamanizmi tətqiq eləyərkən , şamanlığın ən böyük özəlliyi nüfuz etdiyi bölgə xalqının ruh aləminə bürünmə qabiliyyətidir . Şamanlıq ruhun gezib dolaşması , Tanrılarla bağlantı qurması şəraitində , qədim Türk xalqının mənəvi aləmində mühüm yer tutub. Şamanizmi tətqiq edən M,Eroz . M,Eliada , Schlegec , Banzarov , Bartold türklərdə şamanlığı geniş tətqiq etməyə və onun necə yaranması və ya hardan gəlməsi haqqında bir sıra fərziyyələr irəli sürmüşlər. Türklərdə şamanizm inancını tətqiq etməyə çalışan professor Abdulkadir İnana görə “Şaman “ sözü Türklər və Monqollara yaddır . Onun açıqlamalarına görə : “Avropa elm dünyasında xvıı əsrin sonlarına doğru qəbul olunmuş “Şaman “ termini Rusların şimalı Sibirdə yaşayan Tunquzlardan öyrəndikləri kəlmədir “*Bu terminin etimologiyası son zamanlara qədər elm xadimləri arasında mübahisə mövzusu olmuşdur . Schlegele görə bu sözün hərfi mənası “Pali”dilində mövcud olan “samna” olduğunu , sanskritcədə “rahib , zahit “ mənasına gələn “çramana” ilə eyni kökdən gəldiyini irəli sürmüşdür . Məlumdur ki , qədim Hunlar şamanlara “ Kam “ deyirdilər . Araştırmalarda şaman Qırğızlarda “ Baksi “ deyilirdi. M, Kaşğarlının divanında Şaman Kahin kimi qeyd edilmiş , Altay Şamanistləri “ Kam” sözündən istifadə etdikləri haqqında qeyd etmişdir.” Tərqiqatçılar Şamanların adət-ənələri haqqında geniş araştırmalar aparmışlar. Tətqiqatlara görə , Şamanlıq “Kamlıq” sənəti öyrənməklə əldə edilməz . Şaman olmaq üçün , müəyyən bir şaman nəslindən olmaq lazımdır . Heç bir şəxs şaman olmaq istəmirdi buda ondan irəli gəlirdi ki, türklərdə hərb sənətinə olan maraq , daima at belində , döyüşlərdə iştirak etmək hər şeydən üstün tutulurdu,bundan əlavə Türklərdə Göy Tanrı inancı daha qüvvətli idi. Tarixçilərə görə Türklərlə Ərəb İslam ordularının ilk qarşılaşmaları Qafqazya üzərindən Xəzər Türkləri, Xorasan üzərindən də Göytürklərlə olmuşdur. Müsəlman Ərəb ordularının Orta Asiyaya yayılmaq və hakimiyət qurmaq üçün giriştikləri savaşlar çox qanlı olmuşdur. Ərəb orduları içindəki “bədəvilərə”, fəthedilən yerlərdə vəd edilən gənimət, Türk yurdlarında tarixin nadir rastlaşdığı vəhşətə və toplu qətllərə yol açmışdır. O tarixlərdə Türklər arasında ən yaygın din anlayışının başında Göy-Tanrı inancı, Şamanizm, budizm yer almaqtaydı. Bəzi bölgələrdə və Türk topluluqlarında isə Xiristiyanlıq, Musəviliq, çintuizm və birçox fərqli inanc da höküm sürməkdəydi. Şamanların qazancı çox az olur , çoxu zaman ayinləri qarşılıqsız edər . Qazanclarının az olması onların hərbi qənimətlərdən kənarda qalması , və onun yatağan bir kütlə kimi baxılmasından irəli gəlirdi . Qədim Sibir türklərində Şaman namizədi bu məsləyə girməyə qərar verirsə , yaşlı və təcrübəli bir şamanın tərbiyyəsi altına verilir . Altay türklərində şaman olmağa hazırlanan gəncə “mürüd” ona bunu öyrədənə “mürşüd” deyilirdi . “ M.Eliada şamanların “kam”-ları ,mutasavviflərə , Xristian əzizlərinə bənzədir . Bu seçkin və mistik bir yaşayış içində olan “şaman “ , camaatın sadəcə dini yaşayışını idarə etməklə qalmaz ,onun canını , mənaviyyatını da müdafiə edir. Şaman insan ruhu üzərində böyük ixtisas sahibidir . ” Ruhun ani taleyi , ölüm kimi hallar və fəlakətlər , böyük qurban ayinləri gərəkdirən özündən keçmə təcrübəsi olmayan vəziyyətlərdə , şamanın orda olması mühüm əhəmiyyət kəsb etmir . Bu səbəbdən dini həyatın böyük bir qismi onsuz keçirilir . Bahaəddin Ögəlin araştırmalarına görə iki yoldan şaman olmaq olar .”1Şamanlıq məsləyinin soy kökdən gəlməsi “dəvət vəya seçim “yolu ilə. 2:Arzu istəklə vəya soy kökün istəyi və tələbi ilə. Lakin bu halda bu şamanların etibarı bir o qədər çox deyil . Sibir şamanları ,2 növ öyrənmə mərhələsindən keçincəyə qədər , şaman kimi tanınmazlar. 1: Özündın getmə “yuxular,vəchlər”, 2: Ənənəyə dayanma “Şamanlıq texnikası, ruhların adları və özəllikləri , soyun əfsanə və mənsəbi , gizli dil “və.s. Ruhlar və yaşlı usta Şamanlar tərəfindən verilən bu iki qatlı təlimat , məsləyə qəbul edilmək deməkdir.”*Vəch halıyla vəya öyrənmək yoluyla məsləyə giriş , ruhən sarsaq olan bir tipdən , cəmiyyət tərəfindən tanınan və sayılan bir şaman halına gəlməyi təsdiqləyər . Texnik və onun təməlini təşkil edən teori , girdikdən sonra öyrədilir . Çox zaman Sibir şamanları öz uşaqları arasından ən qabiliyyətli olanını seçər, yetişdirər və ənənəyə söykənən gizli sirləri ona öyrədər . Övladı yoxdursa , şamanlığı bir mürüdinə baxş edər .Yakutlarda “Emeget” adı verilən qoruyucu ruh ,şamanın ölümündən sonrada yox olmaz və eyni həmin ailənin bir üzvündə ortaya çıxmağa çalışar “* Şaman olması gərəkənlər insanlardan qaçaraq meşələrə gedər , çılğınlıq əlamətləri göstərər oda və suya dalar . Bunun üzərinə ailəsi , yaşlı bir şamana müraciət edər . Yaşlı Şaman ,ağlı başından getmiş gəncə , müxtəlif ruhları çağırıb hökm edəcəyini öyrədər. “Buryatlara görə , bu dəlicəsinə hallar əsnasında gəncin taleyi “ağ” şaman olmaqsa gündoğan istiqamətinə aparılar,”qara” şaman olacaqsa günbatan istiqamətinə ruhlar onu aparar .”* Yakutlarda şamanlığın soy kökdən irsi olmasada ,Altaylarda şamanlıq irsidir.Bir kimsə özünün şəxsi istəyi ilə iradəsiylə şaman olursa , onun səviyyəsi və etibarı çox zəif olur. Bu da ondan irəli gəlir ki, türklərdə at belində qəhrəmanlıq göstərmək böyük hünər , igidlik sayılırsa , bundan qaçan şəxslərə aşağı gözlə baxırlar,onları özlərindən kənarlaşdırırlar.Qazaxlarda və Qırğızlarda şamanlıq “baksalık”atadan oğula keçər, bundan əlavə yetim uşaqlarada bu məsləyi öyrətməyə çalışarlar . Qazaxlara görə , şamanlar öz xəstəliklərini və başqalarının xəstəliklərini sağaldan şəfa verən, yaxşılaşdıran insanlardır.”Rus zadəganlarının bir çoxu xəstələndiklərində,müalicə üçün Yakut və digər Türk boylarının şamanlarına müraciət etmişlər.Bu haqda rus etnoloqları geniş qeyd etmişlər.”Vogul şamanını təsvir edən bir tətqiqatçı qeyd edirki,kəskin bir zəka, mükəmməl,qıvraq bir vücud, əldə edilməz bir enerji ..Gələcəkdəki işi üçün yaxşıca hazırlanması,vücudun qüvvətlənməsinə və ağlı mələklərin mükəmməl hala gəlməsi üçün yal açar. “*Belə yolla şamanlar özlərinin gücləri ilə ətrafındakıları öz təsiri altına alır. Lev Qumilyov öz əsərində türklərin şamanizmə olan münasibəti və şamanlar haqqında müəyyən nöqtələrə toxunmuşdur. “Şamanizm özü əbədi mövcud və təbiətdə heç bir əlaqəsi olmayan tos-ruhlarla ünsiyyət “ehtirahsız, təzim xarakterli ünsiyyət,istisnasız olaraq praktiki xarakter daşıyan, psixoloji və seksual ekzaltasiya yolu ilə əldə edilən ünsiyyət”haradadır.? Qaval zərbələri ilə əbədi ruhları mərhumların ruhları ilə mübarizəyə çağıran şamanlar haradadır.? Təsvir etdiyimiz sistemlərin heç birində köməkçi ruhlara təsadüf olunmur . Onlarsız isə şamanın mövcudluğu qeyri-mümkün idi.Onlarsız kültün əsasını təşkil edən şamanlıqda mümkün deyildi”* Şamanların həyatında ruhların ölümsüzlüyü mühüm əhəmiyyət kəsb edir.Yuxarıda qeyd etdiyim kimi türklərdə şamanların seçimi irsən olmalıdır. Özünü doğrultmuş şaman Xaqan ordusu ilə birlikdə döyüşlərə gedir.Onlara məsləhət verir düşmənlərini ruhların köməkliyi ilə qorxutmağa çalışır. Müharibə zamanı sağlamlığını itirmişlərə şəfa verməyə çalışır. Məsələn: Yueban ilə bağlı hekayədə soyuq və yağış çağıra bilən cadugər haqqında danışılır.Jujanlarla müharibə zamanı Yueban cadugərləri qar fırtınası çağırmış və onu düşmənin üzərinə yönəltmişlər.Jujanlardan o qədər adamı don vurmuşdu ki,onlar hərbi yürüşü yarımçıq qoyub evə qayıtmağa məcbur olmuşlar”* Tətqiqatçılar şamanların təbiət qüvvələrinə təsiri ilə yanaşı onların bunlardan hərbi döyüşlər zamanı geniş istifadə edildiyini göstərmişlər.Şamanların geyim və həyat tərzini qeyd edən M.Eliada, Radlov şamanların qeyimlərində də təbiət qüvvələrinin ruhların əksi olduğunu qeyd etmişlər. “Şamanlıq dinində ,şaman”kam”paltarı ,bu yolun ana ünsürlərindən biri sayılır .M ,Eliada qeyd edir ki, həm dini , həm də bu geyim kosmoqrafik mahiyyət daşıyır . Bu üzdən onların geyimində kosmik , kainatın əsli ilə əlaqədar , onların geyimlərində bu simvollar təzahür edər Radlova görə, Altaylı şamanlar ayin əsnasında , dəridən hazırlanmış qurşağı olan açıq “cüpp” və qırmızı geyim geyinərlər . Altayın şimal ərazilərində yaşayan Karaorman Türkləri ilə şor və Teleüt şamanlarının müəyyən bir xüsusi geyimi yoxdur,bunlar ayinləri adi bir geyimləriylə icra edərlər. Lakin meşədə yaşayan Tunquzların və Şərqi Sibirdə yaşayan digər kiçik türk xalqlarının şaman geyimlərində,arxa,sinə və qol nahiyyələrində heyvan şəkilləri ilə bərabər bir çox dəmir parçaları vardır. Şamanlar ayinlər zamanı əsadan istifadə etməklə yanaşı ən əsas ayin alətlərindən biri qaval idi. Orta Asiya Türkləri , hərbi yürüşlər zamanı şamanların xeyir duasını , alqışını almağa çalışırdılar.Bununlada onlar bu yürüşün ,uğurla ,böyük müvəffəqiyyətlə qurtaracağına inanır, gənc döyüşçülər isə igidlik qazanıb ad qazanmağa səy göstərirdilər. “Mavənnəhr ərazisində yaşayan türklərin inanclarına görə şamanların qüdrəti ilahidir , göylərdən Göy Tanrı tərəfindən verilmişdir. Bu qüdrət , şamanın başı üzərinə bulud olaraq gəlir: Əbə kəməri şəklinə girərək başını vücudunu doldurur .Bunun üçündür ki, hər şamanın qavalında “əbə qurşağı “-nın şəkli olur . Mənsub olduğu boy və qövm ona qoruyucu deyə baxar . Hər kəs onun alqışını , xeyir duasını almağa çalışır. Hələ ayin zamanı birinin verdiyi su vəya tütündən məmnun olaraq dua edərsə bu duanın ruhlar tərəfindən qəbul ediləcəyinə inanarlar.Şaman “ekstraz” halında ikən birinə alqış edərsə bunu “Tanrı yarğısı”Tanrının hökmü sayarlar “dediklərin olsun şaman ata deyərlər”*.Qədim Türklərin şamanlara inamı onların cəmiyyətdə xüsusi bir mövqe tutmasına onlara ehtiram və hörmətlə özünü göstərir. Bu özünü şaman kimi təsdiqləmiş irsi şamanlara daha çox aid edilirdi.Şamanların adətlərindən bir olan qurban kəsmə şamanlıqda müəyyən bir əhəmiyyətli rol oynamışdır . Buryatlarda qurban sümükləri , iri saman parçaları ilə qarışdırılaraq sarılır və ayin üçün hazırlanmış olan doqquz qayın ağacına asılır. Şamanizmdə , sümüyün mənası böyükdür. Ovcu topluluqlarda ,həm insan ,həm heyvan sümükləri ,həyatın sonuncu qaynağını təşkil edərlər. Qədim Skif tayfaları haqqında tətqiqat aparan alimlər,onlarda şamanizmə olan inancın yer tutmasından, o şamanların üzərlərində sümüklərin olması ,başlarına heyvan kəllə sümüklərinin qoyulmasından məlumat verirlər. Bununlada istər Skif , istər Sibir,istərsədə Asiya Türk şamanlarının həyatında belə sümüklərin mühüm əhəmiyyət ,məna kəsb etdiyinigörürük. Bunlarda , ov heyvanının sümükləri qırılmaz adətə görə , bir araya gətirilərək , ya torpağa basdırılır,yada torpağın üzərinə və ya ağaca buraxılır,yaxud dənizə atılır. Heyvanın və insanın canının sümükləri içində saxlandığını ,sümükləri qırmaqla həyatın yenidən başlanacağına inanırlar. Qaqauzların əfsanələrinin birində : “Adəmin oğullarına həyat yoldaşı tapmaq üçün , heyvan sümüklərini bir araya topladığı və onlara can verməsi üçün Tanrıya yalvardığı bildirilir”*”Vosyugan Ostyak şamanı , xəstənin ruhunu axtarmaq üçün , o biri dünyaya ,heyvan sümüyündən düzəldilmiş qayıq içində səyahət etdiyi deyilir. Qədim Türk rəvayətlərinin birində :”Skif tayfa başçısının oğlunun ruhunu axtarmaq üçün şaman onun itini qurban kesərək , itin sinə sümüklərindən hazırlanmış qayıqla yer altı dünyasına enmiş və orda həmin ruhu axtarıb tapdığı haqda deyilir” Şamanlar qurbanın qəbul edilib edilmədiyini də sümük vasitəsi ilə anlayarlar. Radlov türklərdə qurban kəsimi mərasimini qeyd edir ki, şaman,bişən ətin bir parçasını alaraq, atalara qoruyucu ruhlara verər,qalanını paylar.Bütün bunlarda sümüklərin zədələnməməsinə diqqət edilər. Şamanlıq dinində olanlar qurban olaraq at,qoyun,sığır,dəvə,keçi kəsirlərdi. Altay türkləri qurbanlıq heyvanın canına “pura”deyirlər.Şamanlar xalqın təkcə dini ayin mərasimlərində iştirakından əlavə , ziyafətlərdə,toylarda da iştirak etmişlər.Oğuz Xaqan ,Dədə Qorqud,Yaradılış və s türk dastanlarına baxdıqda onların xalqın ictimai həyatında da yaxından iştirak etdiyini də görərik.”Oqtay Xaqan atasının ölümü üzərinə,toplanan qurultayda xan seçildikdən sonra , şamanların “bilgələrin” uyğun gördüyü uğurlu bir gündə şənlik qurdurdu və üç gün davam edən böyük bir ziyafət verildi.” Səma , Rəqs,Musiqi şaman ayinlərinin vazkeçilməz ünsürlərindən idi. Çinlilər Qədim Türklər haqqında yazdıqlarından öyrəndiyimizə görə , Hunlar,Göy-türklər,və digər türk boyları “sema””samah”oyunları oynayar,rəqs edərdilər.Bu rəqslərdən birinin adı “Arslan rəqsi”idi.Bu əsasən şamanların əllərində qavallarla ruhları çağırarkən rəqs etməsi və özlərindən getməsi idi.”Çində hökm sürən, türk soyundan gələn Tabqaçlar şamanlıq ayinləri etdirərdilər.Hökmdar və soydaşları ,Çində bilinməyən və xoş görülməyən bir tərzdə ,göy ayini sırasında rəqs edirlərdi.Ayinin sonunda qadın şamanlar qavallar çalarkən , Tabqaçlar Şərq istiqamətində yüksələn qurban daşına doğru səcdə etməkdə idilər.” “569-cu ildə Qərb Türk Xaqanının yanına Bizans elçisi olaraq gələn Zemarkhos Səmərqənddə Göy Türk şamanlarının qaval və çınqıraqlar çalaraq , atəş ətrafında döndükləri haqqında yazaraq qeyd etmişdir. Bununla yanaşı türklərdə ata-babaya və onların ruhlarına böyük ehtiram və hörmət var idi və bu özünü şamanizmdə daha çox biruzə vermişdi.Atalar ruhu və ocaq şamanlıq dinində ,dünyada yaşamaqda olan insanla ,ölmüş olan ataları arasında çox yaxın bir münasibətin var olduğuna inanılır.Yaşayanla ölmüş olan atası arasında ki,bu əlaqənin gücü, atalara ardı arası kəsilməyən bir hörməti,sevgiyi gərəkli edər.İşıq dünyasında bir Tanrı kimi yaşayan ataları, ilahi qüvvətlərə sahibdirlər və insana sıxışıq anlarında yardım edə bilərlər.Bu vəziyyət qarşısında,ancaq özünün atalarıyla sıx bir əlaqə qura bilən bir kimsə,şaman ola bilər deməkdir.Qədim Türklərin şamanizm inanclarına olan inancları və şamanların özlərinin inandıqlarına görə onlar yer altı,yer üstü ruhlara inanmışlar.Bir sıra türk birliklərində bu ruhların adları fərqli olsa belə onlar eyni mahiyyət kəsb edirdilər.”Kalmık türklərinin inanclarına görə insanın sağ çiynində “Yayuçi“-“yaxşılıq mələyi “,sol çiynində isə “Körmös”-“pislik”mələyi vardır.Onların bu inamlarına görə həyatda pislik etmiş şəxsin sol çiyni aşağıya doğru əyilir və o cəhənnəm odunda “Tamu”yanacaqlar.Bu ondan irəli gəlirki,məlumdur ki,qədim türklərdə habelə prototürklərdədə dünyada cəhənnəm”Tamu”,və cənnətin “Uçmağ” var olduğuna inanmışlar.Qədim türklərin məlum olduğu kimi obaları bir bəlaya düçar olduqda və yuxarıda qeyd etdiyimiz kimi yürüş zamanı el-obanın pis ruhlardan,bəd nəzərdən qorunması üçün şamanların köməyindən istifadə edilirdi .Lakin bəzi türk qövmlərində bu işi şaman deyil bilgə kişilər həyata keçirirdilər.”Məlumdur ki,Kitabi Dədə Qorqud kitabələrində ,Dədə Qorqud el-obanın mədəni,dini,məişət mərasimlərində yaxından iştirak etmiş xeyir dua vermişdir.”Göründüyü kimi şamanla,bilgə adam arasında çox az fərq olmuşdur,müəyyən qədər eyni mahiyyət daşımışlar.Qədim Türklərdə şamanların təbiət qüvvələrinə təsirindən çox istifadə etməyə çalışmışdırlar.Qədim Skiflər haqqında mənbələrdə “Fars hökmdarı Daranın Skiflərə qarşı böyük bir qüvvə ilə hücuma keçməsi haqqında rəvayətdə qeyd edilir ki, Skiflər Daranın ordusunu susuz,ucsuz-bucaqsız çöllüklərə çəkərək məğlub edilməsində”Skif cadugəri haqqında qeyd olunaraq göstərilmişdir ki,Skif cadugəri su mənbələrini qurutmuş,tufan qoparmış və Fars qoşunlarının parçalanaraq məğlub olmasına səbəb olmuşdur.”*Yuxarıda da qeyd etdiyimiz kimi,biz burda da görürük ki,şamanların təbiət qüvvələrinə təsir göstərə bilmələri,ruhları idarə,zəbt edə bildiklərini,onlardan öz mənafeləri üçün istifadə etdiklərini görürük.Qədim Türk inanclarına görə şamanların bir daha da görürük ki, şamanlar,insanlarla,ruhlar və təbiət qüvvələri arasında vasitəçi rolunu oynadığını görürük. Şərqi Avropa ərazisinə yayılmış türk qövmlərində,istər Sibir,istərsədə Altay türklərinin şamanizm inanclarında, şamanların və xalqın dünya görüşündə ,dini mərasimlərində şamanların oynadıqları rol bir-birindən əhəmiyyətli dərəcədə, belə heç cür fərqlənmir.Bu fərqlənmələr yalnız şamanların geyimlərində,cəmiyyətdə,el-obalarında tutduqları mövqedən aslıdır.Prototürklərlə ,müasir türklər arasında şamanizm inanclarının mövqelərinin,onlara olan inamların eyniliyi arasında nəzərə çarpacaq dərəcədə fərq olmadığını görürük.Qədim Skiflərdə də,Hunlarda da, Göy-türklərdə də şamanist baxışların eyniliyi buna sübutdur.Onuda qeyd etmək lazımdır ki,Sibir türkləriylə, Asiya ,Altay,Avropa türkləri arasında şamanizm inancı,şaman mövqeyi müəyyən qədər fərqlənir bu özünü həmin ərazidə yaşayan türklərin inanclarında,dünya görüşlərində özünü biruzə edir.Sibir Türklərinə nisbətən Altay türkləri daima müharibələrdə iştirak etməsi,onların şamanizmə o qədərdə meyl oyatmamışdır.




1.2 Totem inancı Şamanizm inancında və şamanların həyatında totemçilik ünsürləri geniş yer tutmuşdur.Məlumdur ki,Dünya Türklərində bir çox heyvanlar müqəddəs hesab edilmişdir.Bilindiyi kimi bu özünü şamanların geyimlərində də,onların ibadətində özünü təzahür etmişdir.Bu sahədə S.A.Tokarev qeydinə əsasən görərik ki,Şaman öz mərasimini yerinə yetirərkən adətən müxtəlif heyvan və quşların səslərini çıxararaq,təqlid edərək qışqırırdı.”* Beləliklə şamanizmin mahiyyətində mühüm yer tutan totemçilik baxışlarının çox geniş yer tutduğunu görürük. Bundan savayı Qədim Türklərdə bir çox heyvanlar və quşlar müqəddəs hesab olunmuşdur ki,bu da totemçiliyin Qədim Türklərdə mühüm dini əhəmiyyət kəsb etdiyini görərik.Qədim türklərin təfəkküründə mövcud olub dövrümüzə qədər gəlib çatmış müxtəlif baxışlar sistemi arasında totemçilik təsəvvürlərin,baxışların yaranması və formalaşması qədim türk xalqlarının təbiət hadisələri və proseslərini,ətraf aləmi dərk etmək arzusu ilə sıx bağlıdır.Xalqların dünya görüşündə dərin kök salmış belə bir fikir vardır ki,təbiətin bir hissəsi sayılan insanlar heyvanlardan və yaxud heyvanlar insanlardan törənmişdir.Türk xalqlarının zoomorfik baxışları qədim insanların ovçuluq və balıqçılığın meydana gəlməsi və yayılması ilə əlaqədardır.Türk xalqlarının folklor ədəbiyyatının zənginliyi cəmiyyətin ilkin inkişaf mərhələsində bu xalqın totemçilik inanclarının təşəkkülü barədə dolğun təsəvvür yaradır.Bu Totemik inam qədim türk xalqlarının dünya görüşündə də özünə möhkəm yer tapmışdır.Ayrı-Ayrı folklor nümunələrində biz totemçilik inanclarının şahidi oluruq. Hətta bu günün özündə belə bəzi türk xalqlarında totezmin müəyyən qalıqlarına rast gəlirik. “Qədim Türklərdə totemçiliyin mövcud olduğu irəli sürülmüş,dəlil sübut olaraq da, Qurdun ata kimi tanınması, bu heyvana qarşı hörmətin olması göstərilmişdir.”* “Rəşidəddinin “Cami Ət-Təvarix” adlı əsərində, 24 Oğuz boyunu sıralayarkən, hər dörd boy üçün bir quşu “Ongon”olaraq qeyd etmişdir.”* Tətqiqatçı L.P.Potapov qeyd edir ki, Altayda yaşayan bəzi türk xalqlarının hər birinin müəyyən totemi mövcuddur. Teleut türkləri Qu quşunu özlərinə totem kimi seçmişdilər.Teleutlarda geniş yayılmış adətə görə,əgər dayı qızına nişan qoyularsa, bu zaman dayıya vurulmuş Qu quşu aparılmalıdır.Qu quşu həmçinin Telengitlərində totemi hesab olunur.Göründüyü kimi qədim türklərdə totemçilik inancı geniş yer tutmuşdur. Bu ondan irəli gəlir ki, bu heyvanlar türklərin həyatında mühüm əhəmiyyətli simvolik xarakter daşımışdır. Bu totem inancından olan Qu quşu haqqında təsəvvürlər və rəvayətlər təkcə Teleutlarda olmamışdır.Bundan əlavə bu haqda bir sıra türk boylarında bunu görürük. Qədim Türklərdə göründüyü kimi ,Qu quşuna olan dərin inam onu qədim zamanlardan etibarən totem kimi qəbul etmək təsəvvürü ilə bağlıdır. Türk xalqlarının dünya görüşündə Qu quşu ilə, ümumiyyətlə müxtəlif quşlar ilə əlaqədar xeyli əfsanə və rəvayətlər mövcuddur. Elə bu əfsanələrin mətni aydın göstərirki, bu gün Sibirdə və Altayda yaşayan türk xalqlarının təfəkküründə Qu quşlarının bir totem kimi götürülüb onlara sitayiş edilməsinin çox dərin sosial-fəlsəfi əsası vardır. Altay türklərinin mifik təsəvvüründə Qu quşu Tanrıya yaxın olmuş torpağın , dağların yaranmasına səbəb olmuşdur. Türk xalqları arasında qədim vaxtlardan başlayaraq müxtəlif quşların bir totem kimi götürülməsi izlərinə biz 24 Oğuz boylarında rast gələ bilərik. Türk mifologiyasının tətqiqatçılarından biri olan B.Ögəl qeyd edir ki, “hətta qədim çağlarda ilk türk dərvişləri belə zaman-zaman bir quşun donuna girirdilər”*.Burdan görünür ki, türklər hələ qədim zamanlardan etibarən müəyyən quşlara sitayiş edir, onları özlərinə totem kimi götürürdülər. Tarixin qədim mərhələsində türklərin bu cür quşları və heyvanları özlərinə “onqon” seçmələri təsadüfü olmayıb. Buna görədə “Oğuz dastanlarının hər bir boyunda bir quş simvolu , rəmzi öz əksini tapmışdır. Başqa sözlə desək, qədim türk qəbilələri, tayfaları “onqon” totem hesab etdikləri quş və heyvana hörmət , rəğbət edir. Bütün məişətlərinin məhz ondan başladıqlarına inanırdılar.”* Yuxarıda da qeyd etdiyimiz kimi, Türk xalqları arasında geniş yayılmış şamançılıqda da həmçinin quşların və heyvanların müxtəlif atributlarından istifadə etdiklərini qeyd etmişdik. Xüsusilə şamanın ömürlük istifadə elədiyi qavalında, geyimində bu atributlara rast gəlindiyini qeyd etmişdik. Xüsusilə şamanın ömürlük istifadə elədiyi alətlərdə bu haqda rast gəlindiyini qeyd etmişdim. Yakut-Saxa türkləri arasında da Quş toteminin geniş yayıldığını qeyd edən B.Ögəl: qeyd edir ki, onların inamlarına görə “onqon” totem saydıqları quşların qanadlarını tapdıqda onlarda həmin quş tək uça biləcəkləri haqqında düşüncələri haqqında mənbələrə rast gəlirik.”*Əlbəttə bu ərazidə yaşayan türklər arasında yayılmış bu inam, müqəddəs saydıqları, qartal, qu, göyərçinə olan inamdan irəli gəlmişdir. Qədim Türklərdə Qu quşu totemindən başqa geniş yayılan totem quşlardan biridə göyərçindir. Altay və Sibir türklərinə nisbətən Azərbaycan türklərinin mifik, totem baxışlarında göyərçin ilə bağlı müxtəlif məzmunlu əfsanə və rəvayətlər daha geniş yayılmışdır. Göyərçinin xeyirxah, müqəddəs, pak bir quş kimi göstərilməsi , daim insanlara öz kömək əlini uzatması, xalqın dünya görüşündə bu quşun tarixən totemə çevrilməsi ilə əlaqədardır. Göyərçin çox qədim zamanlardan başlayaraq insanlığın, haqqın, ədalətin keşiyində duran, insanlara xidmət edən bir quş hesab olunur. Göyərçin haqqında rəvayətlərə görə: Nuh peyğəmbərin quru torpaq tapmasında göyərçinin nəcibliyi haqda geniş təsəvvürlər , əfsanələr yaranmışdır. Qədim Türklərin totem inanclarına görə, oba ən çətin anlarda belə “onqon” totem hesab etdikləri quşun göyərçinin insana yaxından kömək edə bilməsinə inanırlar. Müqəddəs varlıq kimi götürülən quşlar, ümumiyyətlə totemizmin bir qolunu təşkil edirlər. Oğuz tayfalarının adlarında da biz bunun şahidi oluruq. Beləki: Şunqar okun, Quynq, Qubeksarı, Turmtay, Qırğu, Qızıl qarcğay, Qucğın itəlgu, Humay kimi adların qədim mənbələrdə adlarına rast gəlirik. Türk xalqlarının mifik dünya görüşündə quş ilə bağlı inamların mövcudluğu konkret təbiət hadisələrinin təzahürü ilə bağlıdır. Bu mühüm xətt demək olar bütün əfsanə,rəvayət ,nağıl və dastanlarımızda öz əksini tapmışdır. Qədim Türklər quş totemi ilə yanaşı digər heyvanlarada totem ongon kimi qəbul etmişlər.Qədim vaxtlardan başlayaraq bəzi türk xalqları arasında ayıya sitayiş haqda məlumatlara rast gəlirik. Xüsusilə Sibir və Altay türklərində bu mifik təsəvvür geniş yayılmışdır. L.P.Potapovun tətqiqatlarından aydın olur ki, Altay türkləri ayını öz ulu əcdadları hesab etmişlər. Sibirdə yaşayan türk xalqlarının erkən dini formalarını tədqiq edib öyrənən N.A.Alekseyev Sibir türkləri arasında geniş yayılmış bu təsəvvürü,yəni ayıya sitayişlə bağlı mifik inamın çox mürəkkəb bir təkamül dövrü keçdiyini göstərir. Yakutlar ayını baba adlandırırdılar.Onların dünyagörüşündə belə bir inam möhkəm kök salıbmış ki,ayı haqqında ümumiyyətlə pis danışmaq olmaz.Çünki ayı hər bir sözü eşidir. Altay və Sibir Türklərinin hər birinin dünyagörüşündə heyvanlarla bağlı mifik inamlar və təsəvvürlər bir-birinə oxşasalar belə, qeyd etməliyik ki, onlar arasında müəyyən fərqlər mövcuddur.Hətta onlar meşədə ayıya təsadüfən rast gəldikləri zaman ona deyirdilər.”Möhtərəm,ayı,öz yoluna get”.Guya ayı da ona qulaq asıb yolunu davam edirmiş.Tuvinlərin inamına görə ayı istəmədiyi adama zorla ərə verilmiş qadından yaranmışdır. Türk xalqlarının ayı ilə bağlı inamlarının müqayisəli təhlilindən aydın olur ki, türk dilli əhali arasında ayıya inam fərqlənmişdir.Zoomorfik təsəvvürə görə yolçular dua etdikləri üçün yolda ayı basqınına məruz qalmırdılar. Göründüyü kimi,Altay türkləri arasında yayılmış bu mifik inamın həm də dərin sosial-fəlsəfi mənası vardır. Qədim vaxtlardan başlayaraq insanda vəhşi heyvanlara,o cümlədən ayıya qarşı qorxmazlıq hissi aşılayan bu mifik inam, təsəvvür insanların öz qəbilə və tayfalarını lazımı ət,qida məhsulları ilə təmin etmək sahəsində çox böyük əhəmiyyət kəsb etmişdir.Altaylıların inamlarına görə ayının da insan kimi ruhu vardır. Sibir və Altay türklərində qədim vaxtlardan etibarən ayı ilə bağlı yayılmış mifik inamlar arasında ayının müəyyən bədən üzvlərinin sehrkar gücə malik olmasına inanırdılar.Bundan əlavə,uşağı qalmayan, tələf olan ailələrdə uşağın salamat qalması üçün onun ayı dərisinə bükülməsi tövsiyyə edilirdi.Beləliklə, Sibir və Altay türkləri arasında ayının müqəddəs, əcdad hesab edilməsi və onunla əlaqədar mövcud olan müxtəlif məzmunlu mifik inamların, təsəvvürlərin sosial-fəlsəfi mahiyyəti bu xalqların nə qədər zəngin və qədim mənəvi mədəniyyətə, çoxtərəfli dünyagörüşünə malik olduğunu göstərir. Tarixən bir onqon kimi türk xalqlarının dünyagörüşündə mühüm yer tutan ayı kültü, heç də təsadüfü deyildir ki,”Oğuznamə”də də öz əksini tapmışdır.Oğuzun sinəsi ayı sinəsinə bənzədilmişdir. Türk mifologiyasında və ongonlarında ilan kültü də mühüm yer tutur. Azərbaycan Türklərindədə ilanla bağlı xeyli əfsanə və rəvayətlər vardır. İnamlarına görə hər bir ocağın öz ilanı vardır ki, həmin yurdun bərəkətini qoruyur. Türk xalqlarının mifologiyasında ilan totemi ilə əlaqədar xeyli rəvayətlər mövcuddur. Beləliklə, ilk dini təsəvvürləri özündə cəmləşdirən totemizm mərhələsində dünya xalqlarının, eləcə də türk xalqlarının mifologiyasındakı zoomorfik təsəvvürlərdə dialektik inkişaf qanunauyğunluqları aydın nəzərə çarpır. Türk xalqlarının dünyagörüşündə at ilə bağlı totemizm təsəvvürləri də mühüm yer tutur. Atın fövqəltəbii bir qüvvəyə malik olması və Tanrı tərəfindən insanlara xidmət etmək üçün göndərilməsi qədim dövrlərdən başlayaraq türk xalqları tərəfindən qəbul edilmişdir. Yəqin elə buna görədir ki,ata sitayiş, atı müqəddəs bir totem kimi qəbul etmək türk xalqlarının dünya görüşündə mühüm yer tutur. Qədim dövrlərdən başlayaraq atçılığın xüsusilə türkdilli əhalinin məskunlaşdığı ərazilərdə belə geniş yayılması, şübhəsiz ki, onunla əlaqədar olaraq böyük inam və etiqadların yaranmasına səbəb olmuşdur.Təsadüfü deyildir ki. Sibir və Altayda, Orta Asiyada,eləcədə Qafqazda,o cümlədən Azərbaycan ərazisində at qəbirlərinin aşkar edilməsi bu ərazilərdə yaşayan türkdilli əhalinin dünyagörüşündə bu heyvanın nə qədər müqəddəs yer tutmasını aydın göstərir . Azərbaycan ərazisində tapılan müxtəif at fiqurları,habelə qəbrüstü abidələr qədim türklərin atı çox müqəddəs tutduqlarını aydın göstərir.İ.M.Dyakonov qeyd edir ki, Assurlar, midiyalılardan demək olar əsasən at alırdılar.Atın əsas minik növü kimi, xüsusən döyüş üçün çox yararlı bir heyvan olması qədim dövrdə çox yüksək qiymətləndirilirdi.Böyük Hun imperatoru Mete xaqan bir döyüşə 400 min süvari çıxarırdı.* Qədim türk tayfalarının dünyagörüşündə mühüm yer tutan bu inam nəticəsində vəfat etmiş şəxsin atını da məzarın yanına gətirir, onu orada öldürür və dəfn edirdilər.Atın bir nəqliyyat vasitəsi olması haqqında məlumatla biz qırğızların Manas dastanında da qarşılaşırıq. Dastanda at öldürülmış Almambeti öz yəhərində evə gətirir. Qədim türk inamına görə bu dastanda atı öldürüb Almambetlə bərabər dəfn edirlər.* Qədim Türk tayfalarında atın öldürülüb dəfn olunması mərasimidə diqqəti cəlb edir. Belə ki,inama görə dəfn mərasimi keçirilərkən məzar yaxınlığında at yarışı keçirilərdi.Belə yarışlar mərhumun qırxında,ilində keçirilərdi.Aydındır ki, bu yarışda at başlıca rol oynayırdı.Yarışda qalib çıxan süvari vəfat edən şəxsin alaçığına yaxınlaşıb torpağa basdırılmış ağacı götürüb sındırar və tonqala atardı.Bununla da mərhumun qohumları və ailə üzvləri yasdan çıxmış hesab olunurdular.Qədim Türk tayfalarının dəfn mərasimində atın insanla bərabər dəfn olunması faktı L.R.Kızlasov, S.İ.Vaynşteyn,L.N.Qumilyov, L.P.Potapov və bir çox başqaları tərəfindən təsdiqlənmişdir.Qeyd etmək lazımdır ki,türk tayfalarında at ilə dəfn olunma mərasiminin tədqiqindən aydın olur ki,müxtəlif dövrlərdə müxtəlif türk tayfaları bu mərasimi eyni qaydada yerinə yetirməmişlər. Qədim türklərin totemik təsəvvüründə mühüm yer tutan atın öz sahibi ilə birgə dəfnolunma mərasimində bir cəhəti də qeyd etmək vacibdir. Qədim türk tayfalarının dünyagörüşündə sitayiş etdikləri bu və ya digər kulta qurban kəsmə mərasimi də özünə məxsus yer tutur.Tarixin müxtəlif mərhələlərində türk tayfaları belə mərasimlərin yerinə yetirilməsində atdan geniş istifadə etmişlər.At türk xalqlarının,eləcə də Azərbaycan türklərinin qədim vaxtlardan bəri sevib bəslədiyi,ehtiram göstərdiyi,əzizlədiyi müqəddəs bir heyvan olmuşdur.Xalq arasında at ilə bağlı nə qədər maraqlı rəvayətlər,adət və ənənələr,inamlar mövcuddur.Atın müqəddəslik zirvəsinə qaldırılması,vətənlə,namusla,qardaş və dostla bərabər tutulmasına aid neçə-neçə rəvayət və əfsanələr,tarixi həqiqətlər dövrümüzə qədər gəlib çatmışdır.Hələ 2300 il bundan əvvəl Böyük Hun imperatoru Mete xaqan vətəndə sülhün saxlanmasını əsas tutaraq yüecilərin tələb etdiyi ən yaxşı atını onlara vermişdir.O,atı verməklə, vətənini,xalqını təcavüzdən xilas etməyi düşünmüşdü.Qədim dövrlərdən başlayaraq türk xalqlarının dünyagörüşündə atın rənglərinin fərqləndirilməsi xüsusi yer tuturdu. Məsələn,qədim türk sərkərdələrinin əksəryətinin atının rəngi ağ olub.Qədim türk inamına görə ağ at qələbə rəmzidir.Ağ at belinə qalxan türk sərkərdəsi qələbəni qabaqcadan təmin edəcəyinə əmin olurdu,bu inam onu qələbəyə ruhlandırırdı.Buna görədə türk xaqanlarına,sərkərdələrinə bağışlanan atların böyük əksəriyyəti ağ rəngdə olurdu.Mete xaqanın, Atillanın, Kül-Tiginin,Alp Arslanın və başqa türk sərkərdələrinin atlarının ağ rəngdə olması tarixdə məlumdur.Qədim türkdilli əhali təbiətdə baş verən bir çox hadisələrin, o cümlədən zəlzələnin olacağını vaxtı atın xarici görkəmində,hərəkətlərində müəyyən dəyişikliklərin olması ilə izah edilirdi.Qədim türk xalqlarıda başqa qədim xalqlar kimi təbiəti dərk etmək,onun üstünlüklərindən öz məqsədləri üçün istifadə etməkdən ötrü öz totemik təsəvvürlərində mühüm yer tutan,müxtəlif heyvanları totem,ulu əcdad kimi götürüb onlara sitayiş etməklə yanaşı atı da müqəddəsləşdirib,onun insanın daimi yol yoldaşı,arxası,ən ağır günlərinin etibarlı həmdəmi hesab olunmuşdur.Əlbəttə, türk xalqlarının dünya görüşündə başqa heyvanlarda özünə məxsus yer tutur . Təbiətin tərkib hissəsi kimi qavranılan bütün heyvanlar qədim insanların , eləcə də qədim türk soylu əhalinin dünya görüşünün formalaşmasında müəyyən rol oynamışdır. Amma qeyd etməliyik ki, türkdilli xalqlarda geyik , maral , öküz zoomorfik onqon kimi əsrlər boyu yaşamış və nəsildən-nəsilə ötürülərək əfsanə və rəvayətlərimizin mövzusuna çevrilmişdir. M.Seyidov qeyd edir ki, bir çox türk dilli xalqlar ilk ovla , ilk təsərrüfatla, ilk yaşayış tərzi ilə bağlı olaraq geyiki, maralı ilahiləşdirmişlər. Türk mifologiyasında qoyunun totem kimi qəbul edilməsi barədə çox yazılmışdır. Hətta bir Türküstan əfsanəsində göstərilir. Göy Türklərin bəzi qollarında keçi onqon sayılırdı. Qədim Türklərin müxtəlif qəbilə birləşmələrində zoomorfik obraz kimi ilahiləşdirilən, müqəddəs tutulan bu heyvanlar insanların yaşayış şəraitinin öyrənilməsi sahəsində bizə yaxından kömək göstərir. Aparılan tədqiqatlar göstərir ki, bir çox xalqlarda , xüsusilə türkdilli xalqlarda öküz totem olmuşdur. Uyğur versiyasına görə Oğuzun atasının Öküz kimi, anasının isə Ay Kağan kimi verilməsi heç də təsadüfü deyildir . Bu versiyada öküzün bir totem kimi göstərilməsi onun qədim türkdilli xalqın dünya görüşündə məhz bu cür yer tutduğunu , başqa sözlə desək, onun mifik. Ilahiləşdirilmiş zoomorf obraz simasında verilməsi həmin xalqın təbiətə dərin inamından, insanın özünü təbiətin bir hissəsi kimi hiss etməsindən irəli gəlir. Türk xalqlarının zoomorfik təsəvvüründə qurd totemi xüsusi yer tutur. Şərqdə qədim türklərin dünya görüşündə qurd daha çox sitayiş olunan başlıca totem olmuşdur. Türk xalqlarının dünya görüşündə qurd toteminin başqa totemlərə nisbətən daha mühüm yer tutmasının sosial – fəlsəfi kökləri vardır. S.A.Tokarevin fikrincə, totemizm dini forma kimi artıq etnoqrafik və ümumi ədəbiyyatda vətəndaşlıq hüququ qazanmışdır.Totemizm termini adı altında qadın yaxud kişi xətti üzrə qohumluq əlaqəsində olan tayfanın qruplara bölünməsi nəzərdə tutulur , bu qrupların hər biri bu və ya digər maddi predmetlə , daha çox heyvan və bitki növləri ilə sirli, müəmmalı qohumluqlarına inanırdılar. Totemə bağlılıq adətən insanları onları öldürməkdən və ondan qida məhsulu kimi istifadə etməkdən çəkindirir, insanlar totem bildikləri heyvandan törəndiklərinə , habelə onun sehrkar bir qüvvəyə malik olduqlarına inam bəsləyirlər.

Static Wikipedia (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -

Static Wikipedia 2007 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -

Static Wikipedia 2006 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu

Static Wikipedia February 2008 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu