Qurbanqulu Berdıməhəmmədov
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Qurbanqlu Məlikqulu oğlu Berdıməhəmmədov (türkm. Gurbanguly Berdimuhammedow) — türkmən dövlət xadimi, 2007-ci ildən etibarən Türkmənistanın ikinci prezidenti.
1957-ci ildə Türmən SSR-in Aşqabat vilayətinin Göytəpə rayonunun Babarap kəndində anadan olub.
1979-cu ildə Türkmən Dövlət Tibb İnstitutunun ilk öncə "Stomatologiya" fakültəsini, sonradan isə aspiranturasını bitirmişdir. Tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlamışdır.
1990—1995 illər — "Terpapevtik stomatologoya" kafedrasının assistenti, dosent, Türkmən Dövlət Tibb İnstitutunun "Stomatologiya" fakültəsinin dekanı.
1995—1997 illər — Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri.
1997-ci ildən etibarən — Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri.
2001-ci ildən etibarən — Türkmənistanın Nazirlər Komitəsinin sədrinin müavini. 2006-cı ilin noyabrında Minskdə keçirilmiş MDB sammitində Türkmənistanı təmsil edib.
Türkmənistanın birinci prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dəfnetmə komissiyasına başçılıq etmiş və Dövlət Şurasının qərarı ilə prezidentin səlahiyyətlərini icra etmişdir.
26 dekabr 2006 il tarixində Xalq Şurasının 2507 nəfər nümayəndəsinin yekdil dəstəyi ilə Türkmənistanın prezidentliyinə namizədliyini irəli sürüb.
11 fevral 2007 il tarixində keçirilmiş prezident seçkilərində 89,23% səsləri toplayaraq qalib gəlib.
Qurbanqulu Berdıməhəmmədovun inauqurasiya mərasimi 14 fevral 2007-ci il tarixində baş verib.