Ramil Səfərov
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Ramil Səfərov Azərbaycanın gözəl guşələrindən biri olan Cəbrayılda dünyaya göz açıb. O hələ körpə olarkən erməni vəhşiliklərini öz gözləri ilə görmüş və onlara əbədi nifrət etmişdir. Ermənilər uşaqları, qocaları qətlə yetirərkən Ramilin ürəyində bir kitab yazılırdi. Elə bir kitab ki, bu kitabın hər bir səhifəsi ermənilərə nifrətlə dolu idi. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili vətən keşikçisi etdi. Əvvəlcə hərbi litseyə daxil olmuş, sonra isə təhsilini Türkiyə hərb universitetində davam etdirdi. Vətənə qayıtdıqdan sonra isə prezidentin fərmanı ilə Macarıstana hərbi kursa getmişdir. Burada da hamıdan seçilən, ağlı ilə çoxlarını heyran qoyan Ramil vətənpərvərliyi ilə də çoxlarına örnək oldu. Azərbaycan xalqının şərəf və ləyaqətinə toxunan erməni zabitini öldürməklə Ramil xalqımızın qəlbində bir qala ucaltdı. Elə bir qala ki, Macarıstandan baxanda Azərbaycan görünür. Lakin azərbaycan xalqı öz qəhrəman oğlunu layiqincə müdafiə edə bilmir. Bir zabitimizi müdafiə edə bilmiriksə onda kimik biz? Qəhrəmanlığı ilə fəxr etdiyimiz Attilanınmı, Babəkinmi, Qara Yusifinmi, Əmir Teymurunmu, Cahanşahınmı, Şah İsmayıl Xətaininmi övladıyıq biz? Ortaya çıxan suallara cavab tapmaq mümkün olmadığı halda bir həqiqət də var. Bizlər ayağa qalxmalı və Ramilin bəraət qazanmasını təmin etməliyik.