Yunan əlifbası
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Yunan əlifbası- E.ə IX əsrdə bəzi məlumatlara görə XI əsrdə Finikiya əlifbasından yaranmışdır. Yunanlar Finikiyalıların formalaşdırılmış əlifbalarının Avropada yayılmasında geniş vasitəçi oldular. Dövrümüzə gəlib çatmış yunan yazısının erkən nümunələri Finikiya əlifbasının əksər xüsusiyyətini saxlamaqda idi. Arxaik Yunan yazısında Finikiya yazısında olduğu kimi saitlər eləcədə "xi" və "psi" samit hərfləri yox idi. Finikiya yazısında yazı sağdan sola yazılırıdı. Yunanlar finikiyalılardan alınmış yazını tədricən təkmilləşdirdilər və ona əlavələr etdilər. Sait səsləri ifadə edən hərflərin meydana gəlməsi yuanan yazısında böyük nailiyyət idi. Saitləri ifadə edən hərflər əlifbaya gətirməklə yanaşı yunanlar samitlərin tərkibindədə dəyişiklikər etdilər. Yunanlar yazının istiqamətini bir müddət "Bustrofedon" üslubunda, yəni sağadan sola, sətir aşırı isə soldan sağa yazırdılar. E.ə IV əsrdə isə yazı soldan sağa istiqamətlənmiş oldu. Klassik yunan əlifbası e.ə IV əsrdə formalaşmışdır.