Şur (1967)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Ssenari Müəllifi : Arif Qazıyev
Quruluşçu Rejissor : Arif Qazıyev
Quruluşçu Operator : Rasim Ocaqov
Quruluşçu Rəssam : Cəbrayıl Əzimov
Səs Rejissoru : Tofiq Mirzəyev
Rejissor Assistenti : N. Tağıyev
Operator Assistenti : B. Zamçinski, F. Hadıyev
Montaj üzrə Assistent : L. Sidorova
Filmin Direktoru : P. Mejlumbekov
Filmdə Çıxış edirlər : Əhməd Bakıxanovun idarəsi ilə Xalq Çalğı Alətləri Ansamblı, Əbülfət Əliyev, Əlibaba Məmmədov, İslam Rzayev, Arif Babayev
Konsertmeyster : Q. Bayramov
Rəqs Qrupu : Z. Camalova, Q. Qurbanov, T. Əliyev, V. Əsədov, R. Əzizov
JANR :
Sənədli
Qısametrajlı
Film-Konsert
DİL :
Rusca
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
Azərbaycan Televiziyası (Bakı Televiziya Studiyası)
RƏNG :
Ağ-Qara
VAXT :
28 dəq. (montaj versiyası)
FESTİVALLAR VƏ MÜKAFATLAR :
- 1968-ci ildə Tbilisidə keçirilən "Prometey-68" kinofestivalı
1)Mövzunun orijinal həllinə görə xüsusi diplom
MƏZMUN :
Azərbaycan musiqisində yeddi əsas muğam vardır.Şur onların arasında əsas yerlərdən birini tutur. Şur xalq tərəfindən yüz illər əvvəl yaradılan Azərbaycan muğamıdır. Qəmgin, poetik və sadə melodiyaları ilk olaraq çobanlar tütək sədaları altında oxuyardılar. XX əsrdə SSRİ xalq artisti, məşhur bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd ovşarı" simfonik muğamlarında xalqın bu gözəl yaradıcılıq nümunəsini yeni bir məna ilə səsləndirmişdir. Bəstəkarın bu əsərləri dünyanın ən gözəl orkestrlərində, Leopold Stakovski, Niyazi, Nikolay Anosov, Çarl Münş, German Abendrot, Xeşmet Sençeri kimi dirijorların idarəsi ilə səslənərək, Azərbaycan xalqının qədim melodiyalarını aləmə yaymışdır. "Şur" improvizə xüsusiyyəti daşıdığı üçün televiziya filmində respublikanın ən yaxşı xanəndələri çıxış edir. Onlar qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışırlar.
TEXNİKİ MƏLUMATLAR :
5 h.