Əlaqə (1989)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Ssenari Müəllifi : Anar
Quruluşçu Rejissor : Cahangir Zeynallı
Quruluşçu Operator : Kənan Məmmədov
Quruluşçu Rəssam : Kamran Zeynallı
Bəstəkar : Firəngiz Əlizadə
Səs Operatoru : Akif Nuriyev
ROLLARDA :
İlqar Həsənov-Tələbə
Rafiq Əliyev-Psixiatr
Fikrət Məmmədov-Dazbaş
Aliyə Əliyeva
T. Babayeva
R. Axundova
Q. Süleymanov
Niyazi Bədəlov
JANR :
Fantastika
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
Azərbaycanfilm
RƏNG :
Rəngli
VAXT :
91,48 dəq.
MƏZMUN :
"Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?.." Personajların birinin verdiyi bu sual filmin müəlliflərini düşündürür və onlar belə bir bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik.
Filmdə amansızlığın necə hərc-mərcliyə, zorakılığa, planetdə bütün varlığın məhvinə gətirib çıxardığı göstərilmişdir. Burada adamlara bir daha xatırladılır ki, əlaqələrin olmaması dəhşətli bəladır, qlobal qəzalar doğurur. Amma film ümid hissilə sona çatır. Müsəlman və xristian dini mahnıları oxunur və yeni həyat başlanır.
ƏLAVƏLƏR :
- Film yazıçı Anarın "Əlaqə" povesti əsasında ekranlaşdırılmışdır.
TEXNİKİ MƏLUMATLAR :
9 hissə
2503 metr