Arşın Mal Alan (1945)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Ssenari Müəllifi : Sabit Rəhman
Quruluşçu Rejissor : Rza Təhmasib, Nikolay Leşşenko
Rejissor : İsmayıl Əfəndiyev
Quruluşçu Operator : Əlisəttar Atakişiyev, Muxtar Dadaşov
Musiqi Redaktoru : Niyazi
Səs Operatoru : Ağahüseyn Kərimov
Quruluşçu Rəssam : Yuri Şvets
Rəssam : Ağamehdi Qumriyev
Geyim Rəssamı : İsmayıl Axundov
Mahnıları rus dilinə tərcümə edən : Tatyana Streşneva
Rejissor Assistenti : Zeynəb Kazımova, Əlisəttar Məlikov, N. Rusanova
Montaj üzrə Assistent : A.Strijeva
Operator Assistenti : K. Həsənov
Filmin Direktoru : Danil Yevdayev, Teymur Hüseynov
ROLLARDA :
Rəşid Behbudov-Əsgər
Leyla Bədirbəyli-Gülçöhrə
Ələkbər Hüseynzadə-Soltan bəy
İsmayıl Əfəndiyev-Süleyman
Münəvvər Kələntərli-Cahan xala
Lütfəli Abdullayev-Vəli
Fatma Mehrəliyeva-Telli
Rəhilə Mustafayeva-Asya
Mirzəağa Əliyev-Məşədi İbad
JANR :
Kinokomediya
Musiqili Film
İLK BAXIŞ TARİXİ :
21 Yanvar,1949, Finlandiya
29 İyul, 1950, ABŞ
DİL :
Azəricə
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
Bakı Kinostudiyası
RƏNG :
Ağ-Qara
VAXT :
99 dəq.
MƏZMUN :
Bakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman onun köməyinə gəlir...
ƏLAVƏLƏR :
- Film Rəşid Behbudovun (aktyor-müğənni) kinoda ilk işidir.
- Film Lütfəli Abdullayevin (aktyor) kinoda ilk işidir.
- Musiqili film dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.
- Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla prokat lideri olmuşdur. ("Domaşnaya Sinematika" bədii filmlərinin kataloqu. Moskava, 1966).
- Film nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti qazandırmışdır.
- 1946-cı ildə bəstəkar Üzeyir Hacıbəyov (ölümündən sonra), rejissor Rza Təhmasib, aktrisalardan Leyla Bədirbəyli, Münəvvər Kələntərli, aktyorlardan Rəşid Behbudov, Lütfəli Abdullayev, Ələkbər Hüseynzadə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.
- Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından "100 Sevimli film" seçilmişdir. Həmin filmlər üç hissəyə-Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş "Arşın Mal Alan" kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl Siyahı" ya daxil edilmişdir. ("Oqonyok" jurnalı, N 2, Yanvar, 1996).
- Film 136 ölkədə nümayiş etdirilmiş, 86 dilə tərcümə edilmişdir.
- Soltan bəy obrazını oynayan Ələkbər Hüseynzadə filmdən əvvəl 600 dəfə səhnədə bu obraza həyat vermişdir.
- Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyilə "Arşın mal alan" filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. 16 May 2006-cı ildə film 60 illiyində ilk dəfə nümayiş etdirilib.
- Filmin çəkilməsi Stalinin göstərişi ilə həyata keçirildiyindən Mir Cəfər Bağırov çəkilişlərə xüsusi nəzarət etmişdir.
- Filmdə gözə dəyən nə varsa hamısı təbiidir. Bu filmdə ümumiyyətlə butafordan istifadə edilməyib. Qızıl, bəzək əşyalarından tutmuş bütün ev əşyalarına qədər hər şey təbii və həqiqətən qiymətli əşyalardır. Rəşid Behbudov xatırlayırdı ki, çəkilişlərdə istifadə olunan qiymətli əşyalar muzeydən və xüsusi elanlarla əhalidən çəkiliş müddətinə götürülmüşdü.
- Leyla Bədirbəyli Gülçöhrə roluna 50 qızın içərisindən seçilmişdi.
TEXNİKİ MƏLUMATLAR :
10 hissə
2715 m.