Asif, Vasif, Ağasif (1983)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Ssenari Müəllifi : Nadejda İsmayılova
Quruluşçu Rejissor : Rasim İsmayılov
Quruluşçu Operator : Aleksandr Melkumov
Quruluşçu Rəssam : Məmməd Hüseynov
Bəstəkar : Ruhəngiz Qasımova
Səs Operatoru : Kamal Seyidov
Rejissor : Elmira Əliyeva
Operator : R. Rzayev
Montaj edən : N. Hacıyeva
Geyim Rəssamı : M. Manuvaxova
Qrim Rəssamı : V. Arapov
Rejissor Assistenti : N. Əzməmmədov, M. Məlikov, Fərid Hümbətov
Operator Assistenti : N. Zəkiyev
Montaj üzrə Assistent : X. Cəfərova
Quraşdırılmış Səhnələrin Operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış Səhnələrin Rəssamı : Eduard Abdullayev
Musiqi Redaktoru : Mobil Babayev
Mahnıların Mətni : R. Səfa
Redaktor : D. Tahirova
Dirijor : K. Krimets, Elşad Bağırov
Filmin Direktoru : Arif Səfərov
ROLLARDA :
Məmməd Məmmədov-Riyad
Şükufə Yusifova-Dilarə
Leyla Bədirbəyli-Nənə
Nəzri Babayeva-Lalə
Ramiq Həsənov-Nadir
Yulya Kokoplina-Nana
Nərgiz Cəfərli-Nərgiz
Zaur Mənsurov-Zaur
Təranə Həşimova-Elmira
Pərvanə Həşimova-Esmira
Xalidə Qasımova-Sona müəllimə
Ramiz Əzizbəyli-Milis nəfəri
H. İsmayılov
Zemfira Sadıqova-Bağça müdirəsi
Ruhəngiz Qasımova-Kinozal müdirəsi
Nahidə Orucova-Musiqi müəlliməsi
Ömür Nağıyev-Riyadın tanışı
Yusif Qasımov
Böyükağa Qasımov
Ləman Babayeva
Bəxtiyar Əliağayev
Sevinc Səfərova
Fərid Əliyev
Namiq Acalov
Hökümə Cəlilova-Ağasif
Emil Pənahov-Asif
Ramin Aslanov-Vasif
A. Məmmədzadə
Gümrah Rəhimov-Satıcı
Cahangir Aslanoğlu-Xəstə
Nəcibə Hüseynova-Müəllimə
FİLMİ SƏSLƏNDİRƏNLƏR :
Nəcibə Hüseynova-Bağça müəlliməsi (Xalidə Qasımova)
JANR :
Komediya
Musiqili film
DİL :
Rusca
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
Azərbaycanfilm
RƏNG :
Rəngli
VAXT :
97 dəq.
FİLM ÇƏKİLƏN YERLƏR :
Bakı
MƏZMUN :
Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif, Vasif və Ağasif adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir : uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər. Nənənin hərdən eşidilən etirazı evdə ancaq qanqaralığa səbəb olur. Atalarının gəlişi isə uşaqlar üçün əsl toy-bayrama çevrilir.
Filmdəki hadisələr də məhz Asif, Vasif, Ağasifin ataları ilə gəzintiyə çıxdıqları zaman baş verən "sərgüzəştlər", daha doğrusu, ortancıl qardaşın "əyləncələri" ətrafında cərəyan edir...
ƏLAVƏLƏR :
- Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
- Filmin əsas qəhrəmanları uşaqlardır. Onlardan ən böyüyünün beş, kiçiyinin isə üç yaşı vardır. Çəkilişdə iştirak edən digər qırx uşaqdan isə yardımçı heyətdə istifadə olunmuşdur.
TEXNİKİ MƏLUMATLAR :
7 hissə
1831 metr