Bağlı Qapı (1981)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Ssenari Müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu Rejissor : Rasim Ocaqov
Quruluşçu Operator : Rafiq Qəmbərov
Quruluşçu Rəssam : Fikrət Bağırov
Bəstəkar : Emin Sabitoğlu
Səs Operatoru : Vladimir Savin
Rejissor : Ramiz Əliyev
Operator : Nemət Rzayev
Qrim Rəssamı : Elbrus Vahidov
Montaj edən : Gülşən Səlimova
Mahnıların Mətni : Mənsur Vəkilov
Geyim Rəssamı : A. Məmmədova
Assistent : Q. Səlimov, A. Mustafayev
Dirijor : K. Krimets
Redaktor : Nadejda İsmayılova
Filmin Direktoru : Gennadi Lapşuk
ROLLARDA :
Rodion Naxapetov-Murad
Nəsibə Zeynalova-Zeynəb
Aleksandr Kalyagin-Daşdəmirov
Dadaş Kazımov-Nuru
Hacı İsmayılov-Əli
Larisa Xələfova-Şərqiyyə
Məmməd Məmmədov-Saleh
Svetlana Məmmədova-Gülya
Vaqif İbrahimoğlu-Ənvər
Viktor Dəmirtaş-Fərid
Gülya Salahova-Rəna
Elçin Məmmədov-Aydın
Sadıq Hüseynov-Sahə müvəkkili
Nailə Mahmudova-Roza
L. Axundova
Q. Komarova
A. Zaytsev
Eldəniz Rəsulov
Kənan Məmmədov
V. Ağacanov
N. Zeynalov
Xalidə Qasımova
İ. Məmmədov
JANR :
Dram
FİLMİN DİGƏR ADI :
Bağlı Qapı Arxasında
DİL :
Rusca
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
Azərbaycanfilm
RƏNG :
Rəngli
VAXT :
90,72 dəq.
FİLM ÇƏKİLƏN YERLƏR :
Bakı
FESTİVALLAR VƏ MÜKAFATLAR :
1)1982-ci ildə Tallində XV Ümumittifaq kinofestivalı
- Müasir mövzuda ən yaxşı bədii filmə görə Diplom və Mükafat
MƏZMUN :
Burada başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmin qəhrəmanı möhkəm iradəli, ağıllı bir insandır. O, yaşadığı evin passiv, laqeyd qonşularından fərqlənir. Xeyirxah və namuslu oğlan olan Murad müttəhimlər kürsüsünə öz günahı üzündən əyləşməmişdir. Şərti olaraq vaxtından əvvəl buraxılan gənc başa düşür ki, ehtiyyatsızlıq, ən kiçik bir səhv hərəkət onu yenidən islah əmək koloniyasına qaytara bilər.
Murad doğma evinə qayıdır. Həyət sakinləri onun gəlişinə sevinirlər. Lakin adi həyat axarında həyətin sakitliyini hərdənbir qadın fəryadı pozur. Sən demə, ər öz arvadını incidirmiş. Buna artıq hamı öyrəşib. Fəryad isə hər dəfə köməyə çağırır. Bir gün Murad qarşısına qoyulmuş şərti pozub özünü bağlı qapıya atır... Onu milis şöbəsinə çağıranda, həyət sakinlərinin hamısı Muradı müdafiə etməyi qərara alır...
Müəlliflər bu filmi əxlaqi mahiyyət daşıyan ibrətamiz, bir növ eyhamlı hekayə adlandırmışlar. Film aktual sosial-mənəvi problemlər qaldırır.
ƏLAVƏLƏR :
- Film yazıçı Rüstəm İbrahimbəyovun "Yaşıl Qapı Arxasında Qadın" pyesi əsasında ekranlaşdırılmışdır.
TEXNİKİ MƏLUMATLAR :
9 hissə
2482 metr