Fuad Poladov
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Fuad Poladov
Aktyor: 24.05.1948-ci ildə Bakıda anadan olub. 1967-1974-cü illərdə M.A.Əliyev adına ADİİ-nun aktyorluq fakültəsində təhsil alıb. 1966-cı ildə "İstintaq davam edir" filminə çəkilir. 1969-cu ildə ilk dəfə Azərbaycan Milli Dram teatrı nın səhnəsinə çıxır. "Azərbaycan səhnəsində bu ədada, buqayədə danışan ikinci bir aktyor yadıma gəlmir. Öz səhnə mədəniyyətinə görə Fuad Poladov başqa aktyorlardan fərqlənib...Tamaşa zamanı Fuad rolun psixoloji məqamları üzərində istədiyi kimi "rəqs etməyi" bacaran bir aktyordur..." (A.Talıbov) Azərbaycanin xalq artistidir.
[redaktə / تحریر] Filmoqrafiya
- 1. İstintaq Davam Edir (1966) -Səlim
- 2. Qaynana (1978) -Ayaz
- 3. Ən Vacib Müsahibə (1971) -Qardaşoğlu
- 4. İşarəni Dənizdən Gözləyin (1986) -Ç.İldırım
- 5. Qırmızı Qatar (1993) -Laberc
- 6. Köpək (1993) -Xallı
- 7. "Güllələnmə Təxirə Salınır (2002)"-Xan
- 8. Ovsunçu (2003) - Marat