Kölgədə 40 Dərəcə İsti (1987)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Ssenari Müəllifi : Eldəniz Quliyev
Quruluşçu Rejissor : Leyla Səfərova
Quruluşçu Operator : Kənan Məmmədov
Quruluşçu Rəssam : Firəngiz Qurbanova
Bəstəkar : Aqşin Əlizadə
Səs Operatoru : Akif Nuriyev
Rejissor : Süleyman Əhmədov
ROLLARDA :
Telman Adıgözəlov-Əlibaba
Süleyman Əhmədov-Mirpaşa
Süleyman Ələsgərov-Mirəli
Nuriyyə Əhmədova-Suğra
Davud İmanov-Ziya
Bəxtiyar Kərimov-Rəhman
Fikrət Məmmədov-Rafiq
Mayak Kərimov-Hüseyn
Liya Seyidova-Gənc qız
JANR :
Komediya
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
Azərbaycanfilm
RƏNG :
Rəngli
VAXT :
69,45 dəq.
FİLM ÇƏKİLƏN YERLƏR :
Abşeron
MƏZMUN :
Komediya janrında yaradılmış bu film Abşeron qəsəbələrindən birinin adamları haqqındadır. Burada təsvir olunan hadisələr bir gün ərzində cərəyan edir. Və bu qısa müddət ərzində biz öz ənənələrinə, öz həyat tərzinə malik dənizkənarı qəsəbənin adamları ilə tanış oluruq. Bu, milis nəfəri Mirpaşa, klub müdiri Ziya, qoca Mirəli, gənc Əlibaba və başqa sakinlərdir. Filmdə doğma torpağa sədaqət, prinsipial həyat mövqeyi, düzlük, doğruçuluq kimi məsələlərə toxunulur.
ƏLAVƏLƏR :
- Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
TEXNİKİ MƏLUMATLAR :
7 hissə
1900 metr