Lətifə (1989)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Ssenari Müəllifi : Rövşən Ağayev, Yefim Abramov, Nizami Musayev
Quruluşçu Rejissor : Yefim Abramov, Nizami Musayev
Quruluşçu Operator : Bağır Rəfiyev
Quruluşçu Rəssam : Kamil Nəcəfzadə, Nazim Hacıyev
Bəstəkar : Cavanşir Quliyev
Səs Operatoru : Nataliya Nuriyeva
Rejissor : Elmira Əliyeva
Montaj edən : Tamara Nərimanbəyova
Operator : Abbas Rzayev, İsrafil Ağayev
Geyim Rəssamı : Tatyana Əmirova
Qrim Rəssamı : V. Kiselyer
Rejissor Assistenti : Rafiq Orucov
Montaj üzrə Assistent : L. Nuriyeva, L. Lotina, N. Əliyeva
Səs Operatoru Assistenti : F. Əfşani
İşıq Ustası : R. Rüstəmov, N. Zeynalov
Əlbəsəçi : N. Çurina
Rekvizit Ustası : N. Şahmuradova
Rəng Quraşdırıcısı : Ə. Cəfərova
Quraşdırılmış Səhnələrin Operatoru : R. Babayev
Quraşdırılmış Səhnələrin Rəssamı : Firəngiz Qurbanova
Redaktor : Ramiz Fətəliyev, Nüsrət Kəsəmənli
İnzibatçı : A. Əliyev, A. Kərimov, T. Babayev
Filmin Direktoru : Aydın İmrani
ROLLARDA :
Rasim Balayev-Rəhimov
Ceyhun Mirzəyev-Məmmədov
Yaşar Nuri-Məmməd
Muxtar Maniyev-Kərimov
Xuraman Hacıyeva-Xəlilova
Yelena Kostina-Alya
Aleksandr Şarovski-Prokuror
Loğman Kərimov-Lal-kar
Lətifə Əliyeva-Ana
Lalə Bağırova-Rimma
Əjdər Həmidov-Əhməd
Rafiq Əliyev-Komsomol başçısı
Akif Kərimov-Murtuzov
Nizami Musayev-Dünyaminov
Sadıq Hüseynov-İstefada olan podpolkovnik
Tərlan Babayev-Rəngsaz
Oqtay Süleymanov-Zavod işçisi
Sahib Quluzadə-Cəmiyyət sədri
Alla Sannikova-Balacaboy qadın
İqor Sannikov-Balacaboy kişi
Alim Aslanov-Polkovnik Nəzərov
Dadaş Kazımov-Liftçi
Faiq Babayev-Zavod direktoru
FİLMİ SƏSLƏNDİRƏNLƏR :
Amaliya Pənahova-Xəlilova (Xuraman Hacıyeva)
Fəxrəddin Manafov-Prokuror (Aleksandr Şarovski)
Nəcibə Hüseynova-Ana (Lətifə Əliyeva)
JANR :
Faciəvi Komediya
DİL :
Azəricə/Rusca
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
Azərbaycanfilm
TİSkino
RƏNG :
Rəngli
VAXT :
136,22 dəq.
FİLM ÇƏKİLƏN YERLƏR :
Bakı
MƏZMUN :
Kinokomediyada təsvir olunan hadisələr real həyatdan götürülmüşdür. Əsərdə üç süjet xətti var və onlar vahid bir məcrada birləşir. İlk süjetdə hadisələr partiya komitəsi katibinin kabinetində, ikincisində katibin qəbul otağında, üçüncüsündə isə liftdə cərəyan edir.
XX əsrin 80-ci illərinin sonu. Partiya məmurlarının fəaliyyətsizliyi, mənasız işlərlə məşğul olmaları, prokurorların satqınlığı, komsomol rəhbərlərinin maymaqlığı-bütün bunlar gündəlik ictimai həyat normasına çevrilmişdir : yeni mikrorayona kanalizasiya çəkilməmişdir, yerli əhali üçün nəzərdə tutulmuş məhsullar yenidən emal olunmuş məqsədilə xaricə göndərilir...
Müəlliflər burada sözləri ilə əməlləri düz gəlməyən adamların iç üzünü açmağa çalışmışlar. Hadisələr gülüşlə müşayiət olunur. Lakin bu gülüşün arxasında ciddi problemlər durur.
ƏLAVƏLƏR :
- Filmin sponsoru "Universal" kommersiya bankı
- Filmin süjeti də, qrotesk çəkiliş üslubu da, ideyası da Azərbaycan kinosu üçün yenidir.
- Bu kinokomediya Ümumittifaq ekranlarına vəsiqə alandan sonra Stavropol diyarında onun nümayişi Sov. İKP Vilayət Komitəsi tərəfindən qadağan olunmuşdur.
TEXNİKİ MƏLUMATLAR :
2 seriya
14 hissə
3727 metr