Mədənçi-Neftçi İstirahətdə və Müalicədə (1924)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Quruluşçu Rejissor : Aleksandr Litvinov
Ssenari Müəllifi : Aleksandr Litvinov, P. Velski
Quruluşçu Operator : V. Lemke
ROLLARDA :
P. Velski
Vladimir Leqoşin
JANR :
Kinokomediya
DİL :
Səssiz
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
AFKİ (Azərbaycan Foto-Kino İdarəsi)
Kino-Mədənçi
RƏNG :
Ağ-Qara
VAXT :
58 dəq.
MƏZMUN :
Film fəhlə-neftçilərin sanatoriya və istirahət evlərindən söhbət açır. Eyni zamanda keçən əsrin 20-ci illərində zəhmətkeşlərin istirahət və müalicəsi ilə bağlı mövcud olan bəzi çatışmazlıqlar tənqid olunur. Filmin qəhrəmanı putyovkaların bölüşdürülməsi ilə məşğul olan sanatoriya-kurort komissiyasının sədridir. Onun əməlləri ilə bağlı gülməli əhvalatlar kinokomediyanın əsas süjet xəttini təşkil edir.
ƏLAVƏLƏR :
- Filmdə xronikal kadrlardan da istifadə edilmişdir.
TEXNİKİ MƏLUMATLAR :
5 Hissə
1607 m.