Mənim Ağ Şəhərim (1994)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Ssenari Müəllifi : Akif Həsənoğlu
Quruluşçu Rejissor : Mərahim Fərzəlibəyov
Quruluşçu Operator : Ələkbər Muradov
Quruluşçu Rəssam : Rauf Dadaşov
Bəstəkar : Xəyyam Mirzəzadə
Səs Operatoru : Marat İsgəndərov
Quraşdırılmış Səhnələrin Operatoru : Həmzə Əhmədoğlu
Rejissor : Akif Rüstəmov
Prodüser : Akif Zeynalov
ROLLARDA :
Səyavuş Aslan-Murad Musayeviç
Yaşar Nuri-Mirzəbala
Arif Quliyev-Piri
Amaliya Pənahova-Direktorun arvadı
Həsən Məmmədov-Mahmud dayı
Eldar Quliyev-Mafiya başçısı
Kəmalə Məstanova-Lalə
Kazım Həsənquliyev-Rövşən
Kübra Əliyeva-Kübuş xanım
Firəngiz Mütəllimova-Gülnarə
Rəfael Dadaşov-Mühəndis Aydın
Ehtiram Fərzəlibəyov-Musa
Almaz Əmənova-Nərgiz
Fidan Fərzəlibəyova-Fidan
Elmira Həşimzadə
Zemfira Əliyeva
Səmayə Sadıqova
Naibə Allahverdiyeva
Hacı İsmayılov
Kamal Xudaverdiyev
JANR :
Dram
İLK BAXIŞ TARİXİ :
9 Aprel, 1994
DİL :
Azəricə
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
Azərbaycanfilm
RƏNG :
Rəngli
VAXT :
84 dəq.
FİLM ÇƏKİLƏN YERLƏR :
Sumqayıt
Bakı
MƏZMUN :
Ekologiya problemi həm də insan talelərinin problemidir. Çünki ekologiya tək təbiətin çirklənməsi deyil, həm də insan talelərinin məhvidir. İnsanla təbiət ayrılmazdır. Ona görə də insan ətraf mühitin çirklənməsinin qarşısını almalıdır. Filmin leytmotivi belədir.
Filmin mərkəzində iki sevən gəncin faciəli taleyi durur. Sumqayıtın ekoloji mühiti filmdə öz əksini tapmışdır.
TEXNİKİ MƏLUMATLAR :
9 hissə
2300 metr