Manilik
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Manilik zərdüştlüyün, buddizmin, xristianlığın, qnostizmin və digər təlimlərin təsiri altında yaranmış dini fəlsəfi təlimdir. Həmin təlimi mənşəcə iranlı əsilzadı ailənin oğlu Mani III əsrin 40-cı illərində Ktesifonda (Mədain; Mesopotamiya) təbliğ etməyə başlamışdır. Şərqə səfəri zamanı Manı buddizim, brahmanizm və digər yerli kultlarla tanış olmuşdur. 243-cü ildə İran şahənşahı Şapurun tacqoyma mərasimində Manini öz dinin peyğəmbəri kimi qəbul etmişlər. Maniyə görə bu din bütün dinləri birləşdirməli, ən uca-ali din olmalı idi. Mani özünü həqiqət allahının elçisi kimi qələmə verirdi. Maniliyin əsasında dualizm prinsipi-Nur və Zülmət başlanğıclarının prinsipi dururdu. Bu düyada Nur və Zülmət ünsürləri qarışmışdır. Maniyə görə allah dünyada şəri yaratmışdır. Deməli dünyanı allah yaratmışdır. Mani dünyanı-materiyanı şər sayırdı. Maninin dövlətçiliyə qarşı çevrilən, yüksək əxlaqi ideyaları təbliğ edən təlimi hələ onun sağlığında Babilistanda, İranda, Orta Asiyada, Hindistanda geniş yayılmışdır. Sonralar Manilik Misirə, Şərqi Roma imperiyasına, Mərkəzi Asiyaya və Çinə nüfuz etmişdir. Manilik bir müddət digər dinlərlə rəqabət aparmış. Lakin maniliyin antiklarekal, dövlətçiliyə qarşı mövqedə durduğu aydın olanda Sasanilər dövləti ona qarşı mübarizəyə başladı. Mani öldürülmüş və onun təlimi "ən zərərli bidət" adlandırmışdır. Sonralar manilik xristianlığın və islam dinin təqibinə məruz qalmışdır. Manilik bir çox şərq dövlətlərində XIII əsrə qədər mövcud olmuş və yalnız XIII əsrdə dar təriqətçiliyə çevrilmişdir.