Mavi Dənizin Sahilində (1935)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Ssenari Müəllifi : Klimenti Mints
Quruluşçu Rejissor : Boris Barnet
Rejissor : Səməd Mərdanov
Quruluşçu Operator : Mixail Kirillov
Operator : Mirzə Mustafayev
Bəstəkar : Sergey İ. Pototski
Quruluşçu Rəssam : Vikror B. Aden
Səs Operatoru : A. Qornşteyn
Rejissor Assistenti : Məmməd Əlili, K. Pavlidi
Operator Assistenti : S. Antipov
Quraşdırılmış Səhnələrin Operatoru : Mirzə Mustafayev
ROLLARDA :
Yelena Aleksandrovna Kuzmina-Mariya
Lev Naumoviç Sverdlin-Yusif
Nikolay Afansyeviç Kryuçkov-Alyoşa
Mirzəağa Əliyev
İsmayıl Əfəndiyev
Semyon Andreeviç Svaşenko
Lyalya Sateyeva
Aleksndr Jukov
Andrey Dolinin
Sergey Komarov
Boris Barnet
JANR :
Kinokomediya
İLK BAXIŞ TARİXİ :
1 Aprel, 1936, Rusiya
DİL :
Səsli/Rusca
ÖLKƏ :
Azərbaycan
Rusiya
İSTEHSALÇI KOMPANİYA :
Azərfilm
Mejrabpomfilm
RƏNG :
Ağ-Qara
VAXT :
71 dəq.
FİLM ÇƏKİLƏN YERLƏR :
Xəzər dənizi sahili
Sara adası
MƏZMUN :
Film iki dost-Yusif və Alyoşanın başına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşür, onların qayığını şahə qalxmış dalğalar bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır, hətta bir-birilərinə rəqib olurlar. Nəticədə məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.
ƏLAVƏLƏR :
- Film həm operator kimi, həm də Quraşdırılmış səhnələrin operatoru kimi Mirzə Mustafayevin kinoda ilk işidir.
- İlk Azərbaycan səsli filmidir. Həmçinin, film ilk səsli Sovet filmidir. Səs rus alimi və ixtiraçısı, mühəndis Pavel Tagerin sistemi üzrə yazılmışdır.
- Dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən bu film dünya kinosunun ən yaxşı on əsəri siyahısına daxil edilmişdir. ("Kinovedçeskiye Zametki", 1995, N 27). Eyni zamanda bu film keçirilən sorğularla bağlı ən yaxşı kino əsəri kimi Bernar Ayzenşits (Fransa) və Naum Kleymanın (Rusiya) siyahılarına düşüb.
TEXNİKİ MƏLUMATLAR :
8 hissə
1955 m.