Neft və Milyonlar Səltənətində (1915)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Quruluşçu Rejissor : Boris Svetlov
Ssenari Müəllifi : A. D. Panova-Potyomkina
Quruluşçu Operator : Qriqori Lemberq
ROLLARDA :
Hüseyin Ərəblinski-Lütfəli Bəy
V. A. Lenin-Cəlil
K. M. Piontovskaya-Şəfiqə
R. F. Lazareva-Olqa,sirkdə atçapan
Y. P. Muromski-Qurban
Y. S. Orlitskaya-Cəlilin anası
Y. V. İvanovski-Şəfiqənin atası
V. A. Vyazemski-Dükançı Həsən
N. M. Dobrınin-Həkim
Məmməd Əlili-mollaxana şagirdi (debüt)
Cabbar Qaryağdıoğlu-Xanəndə
Qurban Pirimov-Tarzən
Mədətov-rəqqas
JANR :
Sosial Kinodram
İLK BAXIŞ TARİXİ :
1-ci Seriya : 14 May, 1916
2-ci Seriya : 27 May, 1916
DİL :
Səssiz/ Titrlər Azəricə
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
"Filma" səhmdar cəmiyyəti
RƏNG :
Ağ-Qara
FİLM ÇƏKİLƏN YERLƏR :
Tbilisi (Pavilyon epizodları ("Kazino", "Kazinoda Qumar", "Cəlilin Toyu" və.s))
Bakı
Balaxanı
Binəqədi
Zığ
Xəzər dəniz kənarı.
MƏZMUN :
Film neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırmışdır. Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Təsadüf nəticəsində yoxsul və kimsəsiz Cəlilin varlı bir neft sahibkarına çevrilməsi, Lütfəli kimi pozğun və qəddar neft milyonçusu ilə dostluq etməsi onu nəinki müflisləşdirir, hətta məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir.
ƏLAVƏLƏR :
- Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
- Film ilk dəfə H. Z. Tağıyevin pasajında "Fransız elektrobioqrafı" nda (indiki Bakı Universal Mağazası) göstərilmişdir.
- Binəqədidə mədəndə baş verən yanğın da filmə daxil edilmişdir.
- Filmi müşayiət edən yazılar həm Azərbaycan, həm də rus dillərində köhnə psixoloji və salon dram əsərləri ruhunda yazılmışdır.
- Film aktyor Hüseyn Ərəblinskinin kinoda ilk və son işidir.
- Film Məmməd Əlilinin kinoda ilk işidir.
- Film son illərə kimi Azərbaycanda çəkilən ilk film sayılırdı.
- Film "Piron qardaşları" şirkətinə məxsus idi.
- Filmi çəkmək üçün şirkət Peterburqdan rejissor Boris Svetlovu Bakıya dəvət etmişdi.
- Film Bakıdan başqa Zaqafqaziya və Orta Asiyanın bir çox şəhərlərində nümayiş etdirildi.
TEXNİKİ MƏLUMATLAR :
2 Seriya
8 hissə (1-ci seriya 5 hissə, 2 seriya 3 hissə)