O Dünyadan Salam (1992)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Ssenari Müəllifi : Tofiq Tağızadə
Quruluşçu Rejissor : Tofiq Tağızadə
Quruluşçu Operator : Ələkbər Muradov
Quruluşçu Rəssam : Arif Məhərrəmov, Əziz Məmmədov
Geyim Rəssamı : Tamilla Dağıstanlı
Bəstəkar : Xəyyam Mirzəzadə
Səs Operatoru : Marat İsgəndərov
Rejissor : Akif Rüstəmov, A. Əliyev
ROLLARDA :
Məlik Dadaşov-Şeyx Nəsrullah
Leyla Bədirbəyli-Kərbəlayi Fatma
Səyavuş Aslan-Hacı Həsən ağa
Yılmaz Duru-Keyfli İsgəndər
Mərahim Fərzəlibəyov-Şeyx Əhməd
Yaşar Nuri-Məşədi Oruc
Mirzə Babayev-Hacı Kərim
Məmməd Bürcəliyev-Hacı Baxşəli
Qəmər Məmmədova-Zeynəb
Rauf Şahsuvarov-Əli
Nazir Əliyev-Kərbəlayi Vəli
Alim Məmmədov-Əli bəy
Tofiq Hüseynov-Heydər ağa
Arif Quliyev-Hacı Kazım
Səbinə Şərifova-Nazlı
Lətifə Əliyeva-Ana
Hamlet Qurbanov-Mirbağır ağa
Füzuli Hüseynov-Usta Cəlil
Vüqar Abbasov-Cəlal
JANR :
Faciəvi Komediya
FİLMİN DİGƏR ADI :
Ölülər
DİL :
Azəricə
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
"TMT" kino şirkəti
RƏNG :
Rəngli
VAXT :
98,68 dəq.
FESTİVALLAR VƏ MÜKAFATLAR :
1993-cü ildə Aşqabadda I Beynəlxalq "Gümüş Aypara" kinofestivalı
- Filmə Mükafat və Diplom
MƏZMUN :
Kino əsəri cəhalətpərəstliyi, avamlığı, kortəbii fanatizmi, fırıldaqçılığı ifşa edir. Burada söhbət çirkin adamlardan deyil, dövrün çirkin ab-havasından gedir. Filmdə adamların xeyirxahlığı və sadəlövhlüyü ön plana çıxarılmışdır. Sadəlövhlük isə qüsur deyil, təmizlikdir, möcüzəyə inamdır.
Film ümumbəşəri problemlər qaldırır, insanları ayıq olmağa, yaxşını pisdən, xeyri şərdən, həqiqəti yalandan ayırmağa, həyata açıq gözlə baxmağa çağırır.
ƏLAVƏLƏR :
- Film dünya ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin "Ölülər" pyesinin motivləri əsasında çəkilmişdir.
- Film görkəmli ədibin, vətəndaşın anadan olmasının 125 illiyinə ithaf edilmişdir.
- Kinokomediya Respublika "Qayğı" cəmiyyətinin sifarişi ilə lentə alınmışdır.
TEXNİKİ MƏLUMATLAR :
10 hissə
2700 metr