Peyğəmbər
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Peyğəmbər-İslam dinin ənənsinə görə Allahın rəsulu, digər dinərin ənənlərinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhlərini dindarlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. Qədim yəhudu dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbr deyilirdi. İsrail-Yəhidi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. Peyğəmbərlər insanları aşağı sosial təbəqəyə edilən zülmə qarşı çağırır, müharibələrə son qoymağa, qılıncı döyüb kotan eləyib və bərabər yaşamağa çağırır. Onların dini-siyasi nitqləri, moizələri, vəhləri əvvəlcə şifahi yazılır sonralar məcmuə şəklində toplanır. Peyğəmbərlərin moizələri, kəlam və göstərişləri dinlərin ideologiyasında böyük təsir edib. Orta əsrlərdə baş vermiş xalq hərəkatlarında utopik sosialistlər peyğəmbərlərin ideyalarından istifadə etmişlər. İslama görə Məhəmməd peyğəmbər Allahın göndərdiyi sonuncu peyğəmbər olub və peyğəmbərlərin möhürü sayılır.