Qafqaz Rəqsi (1898)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Filmin Üzərində İşləyənlər:
Rejissor : A.M.Mişon
Ssenari Müəllifi : A.M.Mişon
Operator : A.M.Mişon
Janr : Film-konsert,Qısametrajlı
Filmin Digər Adı : Kavkazskaya Plyaska
İlk Baxış Tarixi : 02 Avqust 1898
Dil: Səssiz
Ölkə : Azərbaycan
Rəng : Ağ-Qara
Məzmun: Əyninə milli paltar geymiş rəqqas Qafqaz rəqsini ifa edir.Onun ağzında, əllərində və belində xəncərlər var. O,hər dəfə rəqs edə-edə səhnənin ortasına çatanda başı üzərindən xəncəri arxaya tullayır və xəncər taxta döşəməyə sancılır. Bu minvalla rəqqas xəncərlərin hamısını yerə sancıb qurtarana kimi rəqs edir.
Əlavələr : Kinosüjet film-konsert janrında çəkilmiş ilk Azərbaycan filmidir.Bu kinosüjet əvvəlcə Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində, 1900-cü ildə isə Ümumdünya Paris Sərgisində nümayiş etdirilmişdir.