Stomatologiya
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Stomatologiya dişlərin, dişətinin, diş-çənə sisteminin və ağız boşluğu toxumalarının, üz və boyun toxumalarının anatomiyası, fiziyologiyası, patogenezi, xəstəlikləri, xəstəliklərinin etiyologiyası, xəstəliklərinin profilaktikası və müalicəsi ilə məşgul olan tip sahəsidir. Stomatologiyanın əsas bölümləri:
Mündəricat |
[redaktə / تحریر] Terapevtik stomatologiya
Dişlərdə müxtəlif funksiyonal və anatomik pozgunluqların (deffektlərin) profilaktikası və müalicəsi, əmələ gələn qüsurların bərpası və dişlərin müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir.
[redaktə / تحریر] Endodontiya
Diş pulpasında əmələ gələn xəstəliklərin (pulpit, periodontit v.s.) müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir.
[redaktə / تحریر] Ortopedik stomatologiya
Diş-çənə sisteminin inkişaf anomaliyalarının, qüsurlarının, anatomik vəı funksiyonal pozgunluqlarının xüsusı üsullarla profilaktika və müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir. Müasir ortopedik stomatologiya öz inkişafını ibtidai diş=protez texniukasından götürmüşdür. Ortopedik stomatologiyada tədbiq olunan diş protezləri, diş cərgəsinin qüsurlarının həm anatomikk formasının, həm də onun funksiyasını bərpa edir. Diş protezləri konstruksiyasına görə çıxan və çıxmayan olur.
[redaktə / تحریر] Uşaq stomatologiyası
Süt dişləri və qarışıq dişləm əsnasında əmələ gələn xəstəliklərin profilaktikası və müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir.
[redaktə / تحریر] Ortodontiya
Ortodontiya diş sıralarının anomaliyalarının müalicəsi ilə məşqul olan stomatologiyanın ixtisaslaşmış bölümüdür.
[redaktə / تحریر] Parodontologiya
Dişətrafı toxumalarının və cənə sümüklərinin xəstəliklərin profilaktikası, müalicəsi və bərpası ilə məşgul olan stomatologiya sahəsidir.