Vəfa Sultan
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Vəfa Sultan (ərəbcə: وفاء سلطان), qızlıqda Vəfa Əhməd (d. 1958, Baniyas, Suriya), dünyavi müsəlman fəalı, psixoloq və islam tənqidçisidir.
[redaktə / تحریر] Həyatı
Sultan ənsari ələvi (Türkiyə ələvilərindən fərqlənən bir şiə təriqəti) ailəsində anadan olub və Hələb Universitetinin psixologiya fakültəsini bitirib. "Müsəlman qardaşlığı" terrorçu qrupuna aid olan şəxslər Suriyada zülm törədən zaman (1979-cu ildə Vəfa Sultanın universitet professorunu onun gözü qabağında güllələnib qətlə yetirilməsi həmin zülmün bir nümunəsidir) Vəfa Sultan dindarlığı tərk etmiş, 11 Sentyabr hadisələrindən sonra islam qanunlarını qəzetlərdə və televiziyada açıq şəkildə tənqid etməyə başlamışdır. 1989-cu ildə Vəfa Sultan və həyat yoldaşı David Amerika Birləşmiş Ştatlarına köçdülər. Hazırda Sultan Los-Angelesdə yaşayır.
[redaktə / تحریر] Xarici keçidlər
- Vəfa Sultanın əlcəzairli professor Əhməd bin Məhəmməd ilə mükaliməsi. Youtube.com (ərəb dil., ingilis subt.). Əl-Cəzirə telekanalı. 26 İyul 2005.
- Vəfa Sultanın Əl-Cəzirə telekanalında çıxışı. Youtube.com (ərəb dil., ingilis subt.). Əl-Cəzirə telekanalı. 21 Fevral 2006.