New Immissions/Updates:
boundless - educate - edutalab - empatico - es-ebooks - es16 - fr16 - fsfiles - hesperian - solidaria - wikipediaforschools
- wikipediaforschoolses - wikipediaforschoolsfr - wikipediaforschoolspt - worldmap -

See also: Liber Liber - Libro Parlato - Liber Musica  - Manuzio -  Liber Liber ISO Files - Alphabetical Order - Multivolume ZIP Complete Archive - PDF Files - OGG Music Files -

PROJECT GUTENBERG HTML: Volume I - Volume II - Volume III - Volume IV - Volume V - Volume VI - Volume VII - Volume VIII - Volume IX

Ascolta ""Volevo solo fare un audiolibro"" su Spreaker.
CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
Privacy Policy Cookie Policy Terms and Conditions
Yaşadığım bu dünya - Vikipediya

Yaşadığım bu dünya

Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا

İbrahim Göyçaylı


Bu zalım zamanın, zalım dünyanın


Bu zalım zamanın,
Zalım dünyanın
Yağışı, yağmuru üzümdən keçir.
Qayası dözməyən,
Dağını bükən
Ağrısı-acısı sözümdən keçir.


Üzü dönük imiş qəlb çəkən yerin,
Gözləri oduymuş, ürəyi sərin.
Tutumlu , siqlətli , üzlü dərdinin
Ağırı, yüngülü dizimdən keçir.


Umulan ümidlə al-yaşıl geyən,
Haylayıb cağırıb
“Yaxın gəl” deyən,
Sevinci gəlməyən ,
Bəxti ləngiyən
Yolağı, yolları gözümdən keçir.


Bu da bir yarınmaq,
Bir ömür deyil,
Yuxulu yol gedən ey dili-qafil.
Odumdan alışır göy də elə bil,
Allahın özü də közümdən keçir.


Yaşıla dönübdü damarımda qan,
Çapır inadıma atını dövran.
Gör ki nı gündəyəm,
A zalım zaman
Səbrim də incəlib dözümdən keçir.


Sağalmır əzabdan min illik yaram,
Ömrümə, günümə bu gün , ay haram.
Daş kimi hoylayıb dərdi atıram,
Qayıdıb yenə də özümdən keçir.


Sən yaşat məni


Doğum ölümümdən bu günə kimi
Həyat yaşamışam,
Ömür sürmüşəm.
Sinəmin altında qövr edən qəmi,
Sinəmin üstündə viran etmişəm.


Mənə həyat verən,
Mənə güc verən,
Sənin qismətinə borcluyam indi.
Yorğun gözlərimə ümid göndərən,
Yaşamaq eşqimə suçluyam indi.


Vəfasız olmadım sənə işimlə,
Nə olsun dünyaya məni gətirdin?
Kamil insan kimi bu gəlişimlə
Dünya nəyi tapdı, nəyi itirdi?!


Ömrüm sinə gərtdi çovğuna, çənə,
Sahibli göyündən ələnən qara.
Beləcə canımı mən verdim sənə,
Sənin o yenilməz ixtiyarına.


Unutdum sehrimi,
Haqqı itirdim.
İşıqdan, sevgidən söz alanmadım,
Yaxın arzulardan kükrədi dərdim,
Od oldum, odlara mən qalanmadım.


Ay ürək, gəl tabla gün axşamında,
Bağrından keçirsin bu həyat məni.
Tale yaşamında,
Bəxt yaşamında,
Yaşada bilirsən, sən yaşat məni.

2003


Dərd məni apardı


Qəmli obaların,
Dərdli ellərin
Payız yağışına düşdüm, islandım.
Mənim hövsələmi göydən göndərin,
Yağışda yanmazlar,
Yağışda yandım.


Üflədim möhnəti,
Qəmi gözümlə,
Dedim, bu qəm ki var, dözümlə sına.
Aparmaq istədim dərdi özümlə,
Dərd məni apardı öz dünyasına.


Məni ümidimə yağı kəsdilər,
Aldatdım ömrümlə olub keçəni.
Həyatım həyatdan mənə səs dilər,
Düşməntək sözümdən asdılar məni.


Göz yaşım gözümdən səpilən həya,
Bu həya günəştək bir damla işıq.
Günlərin dərdi çox ,
Üz tutdum aya,
Günlərin, ayların ipi dolaşıq.


Üflədim möhnəti,
Qəmi gözümlə,
Dedim, bu qəm ki var, dözümlə sına.
Aparmaq istədim dərdi özümlə,
Dərd məni apardı öz dünyasına.



Silahlı ruhum


Bu necə Vətəndi,
Allah, bilmirəm.
Qarabağ ürəyim – yolları bağlı.
Bəlkə də ölmüşəm,
Vallah, bilmirəm,
Qaynar idrakımın yolları bağlı.


Günüm həşəm oldu,
İl vağamladı,
O intiqam günüm gəlmir hələ ki.
Bu həsrtədən yerim,
Göyüm ağladı,
Üzü torpağımiın gülmür hələ ki.


Gözümün şövqüdü bu yurd, bu diyar,
Əyilmə əyilməz ruhum, vüqarım,
Sevinci mən olam azad, bəxtiyar,
Torpaqdan torpağa uçan quşların.


Bölünüb aranı,
Dağı, şəhəri,
Bu oba qənimim,
Bu yurd qənimim.
Hər günü gecikib gələn səhərim,
Bölünən torpaqlar məzarım mənim.


Alovtək dolanmaz damarımda qan,
Çəkilər göylərə,
Çəkilər yuxum.
Qoruya bilməsəm eli yağıdan,
Qoy yerə gömülsün silahlı ruhum.

2003



Fikrimin sabahı


Günəş boy göstərir öz orbitindən,
Sabahı gətirir parlaq dan yeri.
Bir azın işıqlı həqiqətiynən
Alacaq qoynuna ilhamla yeri.


Səpəcək aləmə min bir rəngini,
Min bir dərd çıxacaq eynimdən bəlkə.
Bu yurda səs salan sabah zəngini
Yığacaq içinə bu yazıq ölkə.


Yarpaqlar çiməcək nur dənizində,
Dünya da özünü tanımayacaq.
Çiçək simasından,
Gül bənizindən
Sevinc ələnəcək,
Gülüş yağacaq.


Nurani, ilahi sabahdan çıxan
Bu od paltarından köz geyəcəyəm.
Bu Leyli dünyada qəlbimi yaxan,
Sabahı mən yenə gözləyəcəyəm.


Ömrümə nə verdi bu gələn sabah?
Bir ucuz qəm verdi,
Bir ucuz ağı.
Ömrümü oxşayan baharda Allah
Verdi ruh köynəyi,
Verdi göz dağı.


Talandı taleyim,
Talandı ahım.
Əzabım soyuldu,səbrim soyuldu.
Ümidlə gözlədim gələn sabahı,
Yol çəkən gözümlə üfürdüm odu.


Durnalar səmadan aydınlıq içir,
Zamanın əliylə ələnir ələk.
Xəyallar içində bir kimsə bilmir,
İnsanın sabahı nə vaxt gələcək.

2001


Yazılan yazı


Yalanlar içində itib batmışıq,
Yalan süd gölünün içindən keçir.
Biz fil qulağında elə yatmışıq,
Elə bil bu millət bal, şərbət içir.


Simasız od olub qalxıb ayağa,
Kəramət yerini tapa da bilmir.
Şərəf boynun büküb,
Enib torpağa,
Allah da köməyə gəlmir ki, gəlmir.


Mərdlər namərdlərə xidmət edəndə,
Gözlərim alnımdan boylanır mənim.
Pislik yaxşılığa doğru gedəndə,
Əhdi qıran dünya,
Nədən, nə üçün
Pisliklər yaxşıya kəsilib qənim?


İçimdə nar kimi sıxılır ürək,
Ondan qəm sızılır,
Kədər tökülür.
Bir dəli adamın hönkürtüsü tək
Hönkürmək istədim,
Bəxt mənə güldü.


Bu alqı-satqıya neylər göz yaşı,
Mənə yazılanlar yaxşı görünmür.
Yanır qəlbim kimi torpağım, daşım,
Bu kədər içində Vətən bölünür.


Tanrı da tablamaz bu dərdə, inan,
Bu yara dağlayır oğulu, qızı.
Bütün olmuşlara gətirər iman,
Doğular ruhlara yazılan yazı.

1999


Füzuli dərdi


Yaşaya bilmədik bir anını da ,
Ey ulu möcüzə,
Sehrli aləm.
Hər sözün, hər sevgin uca Tanrıdan,
Hər sözün, hər sevgin sehrli məlhəm.


Arzular içində ruhun yanıbdı,
Yanıbdı oduna bu yerin mərdi.
Dünyada ən böyük dərd yaranıbdı,
Füzuli ömrünün əbədi dərdi.


Sıxdın ürəyinə acı kədəri,
Böyüdü bu kədər,
Yoxladı səni.
Elə bil bu kədər yaralı yerdi,
Ovcunda su kimi saxladı səni.


Qəlbini ayə tək Aya söylədin,
Səndən alınmadı Allah salamı.
Sözüsə ən lətif nəğmə elədin,
Yaşatdı şeirini Allah kəlamı.


Kiçik sevgilərə gözucu baxdın,
Böyük sevgilərdə Günəşi gördün.
Dünyanın qəminin dan üzü vaxtı
Ümidi qala tək ömrünə hördün.


Keçirtdin içindən bir namus kimi,
Keçirtdin Məcnunu,
Qızın Leylini.
Yarandı dünyanın məhəbbət himni,
Sonra bu ölümə çəkdin əlini.


Kiçik sevgilərə gözucu baxdın,
Böyük sevgilərdə Günəşi gördün.
Dünyanın qəminin dan üzü vaxtı
Ümidi qala tək ömrünə hördün.


Keçirtdin içindən bir namus kimi,
Keçirtdin Məcnunu,
Qızın Leylini.
Yarandı dünyanın məhəbbət himni,
Sonra bu ölümə çəkdin əlini.


Taleyin Günəş tək hökmü sönmədi,
Dildən-dilə düşdü tər qəzəllərin.
Oxudu oğullar,
Artdı qeyrəti,
Heyran kəsildilər Şərq gözəlləri.


Arzular içində ruhun yanıbdı,
Yanıbdı oduna bu yurdun mərdi.
Dünyada ən böyük dərd yaranıbdı,
Füzuli ömrünün əbədi dərdi.

2003




Müqəddəs taleyim


Duya bilmədikcə torpaqdan incə,
Bu yurdun daşı da hörmətsiz olur.
Boğazdan yuxarı Vətən dedikcə,
Vətən ucuzlaşır,
Qiymətsiz olur.


Ey Vətən, alışdım könül ahından,
Hər dağın, hər daşın bir ah qoparır.
İllərin səfindən,
Yurd savaşından,
Bizi bir qeyrətsiz günah aparır.


Torpağın şirəsi duru qan kimi
Qəlbimdən , sinəmdən axıb keçməsə,
Sevgidən xəbərsiz bu dövran kimi,
Etibar eləməz, şəksiz heç kəsə.


Mənim həyatımda göz yaşım ölkəm,
Sənsiz gözlərimin işığı gedər.
Bir söz tanımıram,
Bir söz bilmirəm,
Göydə günəş qədər işığı olsun,
“Vətən” kəlməsinin işığı qədər.


İlahi yurd dedim sənin adına,
Vətən, qəlbimdədi odun, məşəlin.
“Azərbaycan” sözün ölüm anında
Üç dəfə dediyi gəlir yadıma
Böyük öndərimiz Məmməd Əminin.


Vətən – Kürüm mənim,
Arazım mənim,
Vətən – Zəngəzurum,
Dərbəndim mənim,
Vətəndi Borçalım,
Təbrizim mənim,
Onlarsız mənə su, bu hava qənim.


Müqəddəs taleyim bildim mən səni,
Çörəyin təmizdi,
Göy havan təmiz.
Satdılar, a torpaq,
Ay Vətən, səni,
Övladın olmadıq ürəyincə biz.

1998



ARDI VAR


[[Kateqoriya: ]]

Static Wikipedia (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -

Static Wikipedia 2007 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -

Static Wikipedia 2006 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu

Static Wikipedia February 2008 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu