Yaramaz (1988)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Ssenari Müəllifi : Ramiz Fətəliyev, Vaqif Mustafayev
Quruluşçu Rejissor : Vaqif Mustafayev
Quruluşçu Operator : Aleksandr İlxovski
Quruluşçu Rəssam : Rafiq Nəsirov, Nazim Hacıyev
Bəstəkar : Emin Sabitoğlu
Səs Operatoru : Əsəd Əsədov
Rejissor : N. Əzməmmədov, Nizami Musayev
Operator : R. Quliyev
Montaj edən : Nelli Dadaşova, R. Novikova
Geyim Rəssamı : Y. Kirşner
Qrim Rəssamı : Elbrus Vahidov, Çingiz Paşayev
Quraşdırılmış Səhnələrin Operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış Səhnələrin Rəssamı : Eduard Abdullayev
Rejissor Assistenti : Elman Şeydayev, N. Məmmədov, İ. Kutsubova, R. Orucov
Operator Assistenti : M. Xarçenko, R. Fətullayev
Montaj üzrə Assistent : A. Haqverdiyeva, L. Lotina
İşıq Ustası : R. Rüstəmov
Fotoqraf-Rəssam : N. İbrahimov
İnzibatçı : A. Kərimov, M. İsmayılov, N. Usubəliyev, A. Hüseynov
Redaktor : Q. Juravlyova
Dirijor : K. Krimets
Kaskadyor : Nizami Musayev
Filmin Direktoru : Nadir Əliyev
ROLLARDA :
Mamuka Kikaleşvili-Hətəm
Həsənağa Turabov-Qəzənfər
Yaşar Nuri-Maşalla
Larisa Borodina-İradə
Ağahüseyn Kərimov-Mirzə baba
Hamlet Xanızadə-Ələsgər
Məlik Dadaşov-Hətəmin iş yoldaşı
Zərnigar Ağakişiyeva-Qaynana
Hacı İsmayılov-Hacı
B. Cəfərova
Rasim Balayev-Nazir köməkçisi
Səidə Quliyeva-Hətəmin arvadı
Muxtar Maniyev-Oğru
Eldəniz Zeynalov-Hətəmin iş yoldaşı
Z. Şirinova
Nazim Ağayev-Muxtar
Lalə Bağırova-Katibə
Əli Musayev
Brilyant Dadaşova-Qonşu
N. Usubəliyev
M. Mədətov
A. Babayev
Mənsur Məmmədov
Arif Quliyev-Keçəl işçi
Hamlet Qurbanov-Fotoqraf
Ü. Quliyeva
Tələt Rəhmanov-Artist Balayan
Cahangir Aslanoğlu-Bəhram
Arif Kərimov-Sahə müvəkkili
Y. Koloskova
V. Suetin
K. Səfərov
Rafiq Nəsirov-Papiros satan
Çingiz Mustafayev-Avara
Nuriyyə Əhmədova-Satıcı
Ramiz Məlikov-Rəqs edən
Bahadur Əliyev-Yas yerindəki adam
Ələsgər Məmmədoğlu-Ələsgərin işçisi
Hüseyn Muradov-Nazir
Mübariz Əlixanoğlu-Satıcı
Fikrət Məmmədov-Sürücü
Bəsti Cəfərova
FİLMİ SƏSLƏNDİRƏNLƏR :
Həsən Əbluc-Hətəm (Mamuka Kikaleşvili)
Əliabbas Qədirov-Molla
JANR :
Faciəvi Komediya
DİL :
Azəricə/Rusca
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
Azərbaycanfilm
RƏNG :
Rəngli
VAXT :
96,97 dəq.
FİLM ÇƏKİLƏN YERLƏR :
Bakı (Əhmədli)
Bakı
FESTİVALLAR VƏ MÜKAFATLAR :
1)1989-cu ildə Odessada "Qızıl Dyuk" Beynəlxalq kinofestivalı
- Filmə Odessa centlmenlərinin pPrizi
- Hətəm rolunun ifasına görə aktyor Mamuka Kikaleşviliyə Priz
2)1989-cu ildə Qabrovoda komediya filmlərinin festivalı
- Filmə "Çaplinin Qızıl Əl Ağacı" Prizi
3)1989-cu ildə
- "Sovetskaya Kultura" qəzetinin Prizi
4)1989-cu ildə Kalinində sovet kinosu aktyorlarının "Ulduzlar-89" I Ümumittifaq festivalı
- Aktyor Mamuka Kikaleşviliyə debütə görə Priz
5)1991-ci ildə
- Quruluşçu rejissor Vaqif Mustafayevə Azərbaycan Republikasının Dövlət Mükafatı
- Quruluşçu operator Aleksandr İlxovskiyə Azərbaycan Republikasının Dövlət Mükafatı
- Səs Operatoru Əsəd Əsədova Azərbaycan Republikasının Dövlət Mükafatı
- Aktyor Mamuka Kikaleşviliyə Azərbaycan Republikasının Dövlət Mükafatı
- Aktyor Yaşar Nuriyə Azərbaycan Republikasının Dövlət Mükafatı
MƏZMUN :
Hətəm kimi cavan oğlanı həyatda işi düz gətirməyən adam adlandırırlar. Sadəlövhlüyü ucbatından belələri "işgüzar" adamlar tərəfindən lağa qoyulur. Hər tərəfdə alver gedir, oğurluq edilir, sövdələşmə aparılır. İş icraçısı yeni tikilən evin materiallarını satır, nazirin sürücüsü şəxsi işi üçün onun adından istifadə edir. Hətəm onunla edilən şit zarafatlardan təngə gəlib, "ağıllanmağı" qərara alır. Və çox qısa müddət ərzində ağlasığmaz müvəffəqiyyətlər qazanır. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir. Eyni zamanda "işgüzar" adamlara xas olan keyfiyyətlərə yiyələnir. Yalançılıq, amansızlıq, satqınlıq onun iliyinə işləyir. Nəticədə...Hətəm dünyanın sahibi olur. Bu hakimiyyəti ona pul verir, pul da onun qəlbinin təmizliyini əlindən alır.
Faciəvi komediyaya yaxın olan filmdə yaxşı adamın pis adama necə çevrilməsindən danışılır. Dövrün bəlaları çılpaqlığı ilə üzə çıxarılır, insan şəxsiyyətinin deformasiyasının, mənəvi düşkünlüyunun səbəbləri tədqiq olunur.
ƏLAVƏLƏR :
- Amerikan tənqidçisi R. Hollouey "Faynənşl Tayms" (Finacial Times) qəzetində "Yaramaz" filmini yenidənqurmanın ab-havasını göstərən ən yaxşı ekran əsəri hesab etmiş, kinolenti sovet kinosunda yeni dalğanın ilk uğurlu müjdəçisi adlandırmışdır.
TEXNİKİ MƏLUMATLAR :
10 hissə
2653 metr