Zirzəmi (1990)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Ssenari Müəllifi : Dinarə Seyidova
Quruluşçu Rejissor : Davud İmanov
Quruluşçu Operator : Ələkbər Muradov
Quruluşçu Rəssam : Mayis Ağabəyov
Bəstəkar : Xəyyam Mirzəzadə
Səs Operatoru : Tatyana Kərimova
Quraşdırılmış Səhnələrin Operatoru : Həmzə Əhmədoğlu
Prodüser : Zəmi Hüseynov
ROLLARDA :
Elina İsmayılova-Səbinə
Fərman Abdullayev-Teymur
Rasim Balayev-Ayaz
Elmira Şabanova-Səbinənin anası
Yaşar Nuri-Mağaza müdiri
Svetlana Kurlenko
Olqa Dolinskaya
FİLMİ SƏSLƏNDİRƏNLƏR :
Nəcibə Hüseynova-Səbinə (Elina İsmayılova)
JANR :
Dram
İLK BAXIŞ TARİXİ :
2 Aprel, 1994
DİL :
Rusca
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
Azərbaycanfilm
RƏNG :
Rəngli
VAXT :
94,52 dəq.
FİLM ÇƏKİLƏN YERLƏR :
Bakı
MƏZMUN :
Bu, bugünkü həyatımızın problemləri haqqında film-düşüncədir. Bu, otuz yaşlı nəsil barədə adi ailə filmidir.
Yaşayışımızda və mənəviyyatımızda gedən əsaslı dəyişikliklər müasirlərimizin daxili aləmində öz izini qoyur, insanları keçdikləri ömür yoluna, əməllərinə yeni gözlə baxmağa səsləyir. Filmdə ailə dramı açılıb göstərilir. Ailə başçısı, memar Teymur pul qazanmaq naminə əsl sənət göz yumub adi, zövqsüz "ustaya" çevrilir. Arvadı Səbinə bu darıxdırıcı birgə yaşayışa dözməyib evdən çıxıb gedir.
Bu mənada kinematoqrafçılarımızın filmdə müraciət etdikləri mövzu onun müəlliflərinin dünyagörüşünü, sənətə yeni münasibətini əks etdirir.
TEXNİKİ MƏLUMATLAR :
10 hissə
2586 metr