Hakerin manifesti
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Hakerin manifesti (ingiliscə The Conscience of a Hacker)- 1986-cı il yanvarın 8-də daha çox The mentor kimi tanınmış (Azərbaycanca mürəbbi, müəllim) Amerikalı haker Lloyd Blenkenşip tərəfindən yazılmışdır. Bu zaman hakerin 11 yaşı vardı və o FTB (FBI) agentləri tərəfindən həbs edildikdən sonra yazmışdır. Mətnin yazılmasında çox keçməmiş Prack elektron jurnalında nəşr olunmuşdur. Çox qısa zamanda bu sənəd bütün dünya hakerlərinin proqramına çevrildi və haker etikasının əsasında duran sənədlərdən olmuşdur.
Müəllif çox məharətlə haker mədəniyyətinin əsaslarını öz yazısında əks etdirmişdir: dəri rənginin, milliyyətin və dinin fəqsizliyi.
1995-ci ildə manifestdən çıxarış məşhur "Hakerlər" filmində oxunmuşdur; bu çıxarış heç də orijinal olmayan versiyadan götürülmüşdü. Həmçinin bu manifest Uplink oyununun kompakt-disklərinə də yazılmışdır.