Novruz
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Novruz bayramı, Bahar bayramı- qədim xalq bayramı. (farsca-نو روز — Nou ruz, Özbək türkcəsi Navruz, Türkmən türkcəsi Nowruz, Qazax türkcəsi Naurız, Qırğız türkcəsi Nooruz, Türkiyə türkcəsi Nevruz, Kürdcə Neuroz, Krım türkcəsi Navrez)
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (Martın 20, 21, 22 də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətinin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılarda baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimi üzrə ilin ilk günüdür.
Mündəricat |
Novruzun mənşəyi və tarixi
Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz yaxın şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayr-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (Əfsanəvi İran şahları Kəyumərs (Avestada Qaye Mərdan) Cəmşid və başqaları) aıd ilə bağlamağa çalışmışlar. İslam dini və yaxın şərq və orta asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət ənələrinin bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar o cümlədən azərbaycanlılar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar. Orta əsr müəllifləri şərq ölkələrində İslam dini yazıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk (XI əsr) “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirlən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik şərq o cümlədən, Azərbaycan poeziyasında geniş yayılmış “bahariyyə” adlı lirik şerlərdə də təsvir və tərənnüm edilir.
Novruz dünya xalqlarının bayramı kimi
Hər bir xalq bu bayramla bağlı etnik, yerli milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum nəğmələri, mərasim nəğmələri yaratmışdır.
Ümumilikdə Novruz İranda, Qafqazda və Mərkəzi Asiyada çox təntənəli şəkildə qeyd edilir. İran və Azərbaycandan əlavə Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda bu bayram xüsusi təntənə ilə qeyd edilir. Albaniyada Sultan Nevruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçılar tərəfindən qeyd edilir.
Ümumiyyətlə Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Ancels, Toronto, Londonu saymaq olar. Los-Ancels şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Hətta buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən İranlılar və Azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə ocaq qalayırlar.
Novruzu kürdlər İraqda və Türkiyə ərazisində qeyd etdikləri kimi Parslarda Hindistanda və Pakistanda qeyd edirlər.
Novruz Azərbaycanda
Azərbaycanda adətə görə Novruiz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
Novruz bayramı qabağı adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şiriniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında “haxışta”, “bənövşə”, “kos-kosa” oynayırlar.
Xarici Keçidlər
Mənbə
- ASE
- en:Norouz