Avoqadro qanunu
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
“Avoqadro qanunu” (Avogadro hipotezi) 1811-ci ildə Amedeo Avoqadro tərəfindən kəşf olunan ideal qaz qanunudur. Qanuna əsasən bərabər temperatur və təzyiqdə bərabər qaz həcmləri eyni sayda molekul və ya zərrəcikdən təşkil olunub. Qanuna əsasən hidrogen və azot qazlarının eyni həmcləri eyni sayda molekuldan təşkil olunub.
Qanunun riyazi ifadəsi belədir:
.
-burada:
- V qazın həcmi.
- n qazda olan molların sayını göstərir.
- a sabit ədəddir.
Lakin yuxarıda qeyd olunan bərabərlik əhəmiyyətsizdir; o bütün homogen maddələr (homogen mayelər və bərk maddələrdə daxil olmaqla) üçün doğrudur. Bu bərabərlik Avoqadronun kəşfindən əvvəl də var idi.
Avoqadro qanunun məntiqi nəticəsi belədir: “İdeal qaz sabitinin qiyməti bütün qazlar üçün eynidir.” Riyazi ifadəsi isə:
-dır. Burada:
- p qazın təzyiqidir.
- T isə qazın temperaturudur.
Bir mol ideal qaz standart təzyiq və temperatur şəraitində 22.4 litr (m3) həcmə malik olur. Bu həcm adətən ideal qazın molyar həcmi adlanır.
Bir molda olan molekulların sayı Avoqadro ədədi adlanır: təxminən 6.023×1023-ə bərabərdir.
Avoqadro qanunu, birləşmiş qaz qanunu ilə birgə ideal qaz qanunu yaradır.