İslam təqvimi
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
İslam və ya Müsəlman təqvimi- vaxtın sırf qəməri hesablanmasını təmsil edir. Onun əsasında qədim ərəb qəməri təqvimi durur. Hələ I minillikdə Ərəbistan yarımadasının əhalisi qəməri tarixi yaradıb onu təkmiləşdirmişdi. I minillikdə Ərəbistan əhalisi qəməri təqvimdən qəməri-şəmsi təqvimə keçmişdir. Qəməri ili şəmsi ilinə uyğunlaşdırmaq üçün nasi adlandırılan 13-cü əlavə ay artılırdı. Qəməri şəmsi təqvimin təkmilləşdirilməsi islamın zühuru və yayılması ilə bağlı dayandı. Həzrəti Məhəmmədin göstərişi ilə Ay səhifələrin əsasında ölçülməsi prinsipinin pozulaması qadağan olundu. Nəticədə ərəblər yenidən klassik qəməri təqvimə qayıtdılar. Müsəlman qəməri ili 29-30 gün olmaqla 12 aydan ibarət idi. Aylar aşagıdakı ardıcıllığa malik idi.
No | Aylar | Günlərin sayı | Əlavə şərh |
---|---|---|---|
1 | Məhərrəm | 30 | Müqəddəs hesab olunan bu ildə müharibə etmək qadağan idi |
2 | Səfər | 29 | Sarı ay mənasını verir |
3 | Rəbiyül-əvvəl | 30 | Baharın əvvəli mənasını bildirir |
4 | Rəbiyül-axır | 29 | Baharın axırı deməkdir |
5 | Cəmadiyül-əvvəl | 30 | Mənası soyumaq deməkdir |
6 | Cəmadiyül-axır | 29 | Soyuqların sonu mənasını verir |
7 | Rəcəb | 30 | |
8 | Şəban | 29 | mənası getmək, dağılışmaq deməkdir |
9 | Ramazan | 30 | Orucluq ayıdır |
10 | Şəvval | 29 | |
11 | Zülqə'də | 30 | Tərcüməsi "Evdə otur" deməkdir |
12 | Zülhiccə | 29 və ya 30 | Mənası "həcc ayı" "ziyarət" ayı deməkdir |
Bütövlükdə il ərzində 354 gün alınırdı. Bu astroomik qəməri ildən 8 saat 12 dəqiqə 36 saniyə qısadır. Bu qüsuru aradan qaldırmaq üçün təqvimin son Zülhicə ayına "Türk dövrəsi" ilə 8 ildə 3 dəfə və ya "Ərəb dövrəsi" üzrə 30 ildə 11 dəfə bir gün artırılırdı. Hicri-qəməri təqvim Günəş ilindən 11 gün qısa idi. Bu fərq 33 ildə 1 ilə bərabər idi. Nəticədə 33 qəməri ili 32 şəmsi ilinə uyğun gəliri. Qəməri təqvim ilin fəsilləri ilə uzlaşmırdı. Qəməri ili Günəş ilindən 11 gün qısa olduğu üçün fəsillər sürüşürdü. Buna müvafiq olaraq Qəməri təqvimi Yuli və ya Qriqori təqviminə çevrildikdə hicri ilin başlanğıcı və ayları dəyişkən olur. Müsəlman təqvimi ilə illərin hesablanmasında başlanğıc anı kimi Həzrəti Məhəmmədin və eləcədə ilk müsəlman icmalarının üzvlərinin Məkkə şəhərindən Mədinəyə köçmə tarixindən başlanır. Onların Mədinəyə gəlməsi miladi təqvimlə 622-ci il 24 sentyabrda baş verdi. 638-ci ildə Ömərin təklifi ilə müsəlman təqvimində illərin hesablanması hicrətdən başlandı. Lakin müsəlman təviminin hesablanması Məhəmməd peyğəmbərin Mədinəyə köçməsi ilə deyil, həmin ilin ilk ayının-məhərrəm ayının ilk günündən-16 iyul 622-ci ildən başladı. İran, Əfqanıstan və digər ölkələrdə işlədilən şəmsi-qəməri təqvimin hesablanması 622-ci il martın 21-də başladı.