Vikipediya:Məqalələrin redaktə qaydaları
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Vikipediya fəlsəfəsinin əsasında hər kəsin redaktə edə biləcəyi azad bir ensiklopediya durur. Azərbaycan vikipediyası da bu fəlsəfədən kənarda deyil. Ona görədə hər bir kəsin vikipediyanı redaktə etməsi və zənginləşdirməsi üçün redaktə qaydaları ilə tanış olması zəruridir. Redaktə qaydaları aşağıdaki kimidir:
Mündəricat |
[redaktə / تحریر] Tanışlıq
Əksər Vikipediya məqalələrini redaktə etmək elə də çətin deyil. Sadəcə məqalələrin yuxarı hissələrində olan "Redaktə" düyməsinə basın. Bu səhifə sizə yeni bir səhifəyə - məqalənin redaktə səhifəsinə istiqamətləndirəcək. Əgər siz sadəcə sınaq yazısı yazmaq istəyirsinizsə, lütfən bunu Qaralama dəftərində edin, məqalələrə isə zərər verməyin. Məsləhətdir ki, redaktədən sonra isə etdiyiniz dəyişikliklərin qısa məzmununu altdakı qutuda yazasınız. Etdiyiniz
dəyişikliklərin yaddaşa düşmədən necə görünəcəyini bilmək istəyirsinizsə Sınaq göstərişindən də istifadə edə bilərsiniz. Həmçinin etdiyiniz dəyişikliklər olan versiyanı və əvvəlki versiyaları müqayisə etmək üçün Dəyişiklikləri göstər düyməsindən istifadə edərək dəyişiklikləri görə bilərsiniz. Bu mərhələləri keçdikdən sonra (bu sizdən asılıdır, istəsəniz dərhal dəyişiklikləri saxlaya bilərsiniz) cəsarətli olun və "Səhifəni qeyd et" düyməsinə basın. Sizin dəyişiklikləriniz ani olaraq qeyd edilir və Vikipediyanın digər istifadəçilərinin istifadəsinə verilir.
Məqalələrin həmçinin müzakirə səhifəsi olur. Müzakirə səhifələrində adətən vikipediyanın digər iştirakçılarının bu məqalə haqqında yazışmaları, mübahisələri öz əksini tapır. Siz də bu yazışmalarda iştirak edə və ya hər hansısa bir məsələni müzakirəyə çıxara bilərsiniz. Bundan ötrü "+" düyməsini basıb yeni sektor yaratmaqla və ya "Redaktə" düyməsini basıb adi məqalə kimi redaktə edə bilərsiniz.
Bir şeyi də bilməniz vacibdir ki, müzakirə, məktublaşma və bəzi bir neçə əlavə viki-proyektlər zamanı imzanızın yazılması (Bunun üçün İmza və Tarix düyməsindən istifadə olunur.) vacibdir. Çünki siz həmin səhifələr də öz şəxsi, subyektiv fikirinizi bildirirsiniz və yazılmış sözün kimə aid olduğunu bilmək digər istifadəçilər üçün vacibdir. Lakin, bu qayda ensiklopedik məqalə səhifələrinə aid edilmir. Edilmiş hər bir dəyişiklik Tarixçə-yə qeyd edilir, başqa sözlə ensiklopedik məqalələrə imza lazım deyil.
[redaktə / تحریر] Kiçik redaktələr
Kiçik redaktələr əsasən bu hallar hesab olunur: mətnin kompyuterə yığımı zamanı edilən səhvlər düzəldilərkən, məzmuna dəyişiklik etmədən mətnin şəklini dəyişərkən və s. Əgər redaktə edən onun etdiyi dəyişikliklərin heç bir zaman müzakirə mövzusu olmayacağına inanırsa demək o kiçik redaktə yazısının qarşısından quş qoya bilərlər.
[redaktə / تحریر] Səhifə izləmə
Əgər yaratdığınız və ya redaktə etdiyiniz məqalələrə edilən dəyişiklik sizi maraqlandırırsa onda Bu səhifəni izlə yazısının qarşısından quş qoyun. İzlədiyiniz səhifələr sizin üçün ayrıca səhifədə göstəriləcək, həmçinin Son dəyişikliklər-də həmin məqalələrin adları qalın yazı ilə yazılacaq.
[redaktə / تحریر] Wiki qeydlər
Keçidlər, İmzalar və Abzaslar
Alınan Nəticə | Yazılan Mətn |
---|---|
Yazını bölümlərə və ya başlıqlara ayırmaq üçün istifadə edilir: Başlıq Alt başlıq Alt alt başlıq |
==Başlıq== ===Alt başlıq=== ====Alt alt başlıq==== |
|
* Siyahıları asanlıqla yarada bilərsiniz * Bunun üçün hər bir sətrin önünə ulduz əlavə edin ** ulduzların sayı siyahıdakı dərinliyi müəyyən edir |
|
# Həmçinin nömrələnmiş siyahılar yarada bilərisiniz ## struktur üçün idealdır ## və asanlıqla yaradılır |
Horizontal bölgü xətti üçün
simvolundan istifadə edin |
Horizontal bölgü xətti üçün ---- simvolundan istifadə edin |
İmzanızı əlavə etmək üçün: Rustam |
İmzanızı əlavə etmək üçün: ~~~ İmza və vaxtı əlavə etmək üçün: ~~~~ Yalnız vaxtı əlavə etmək üçün: ~~~~~ |
Tarix formatları: |
Tarix formatları: # [[Yanvar 20]], [[1990]] # [[20 Yanvar]] [[1990]] |
Azərbaycanın paytaxtı Bakı şəhəridir |
Azərbaycanın paytaxtı [[Bakı]] şəhəridir |
Bakı şəhəri Azərbaycanın paytaxtıdır |
Bakı şəhəri [[Azərbaycan|Azərbaycanın]] paytaxtıdır |
Bir sözün bir neçə yazılış forması ola bilər. O zaman onları bir yerə yönəltmək zəruriyyəti yaranır. “ABŞ” başlıqlı məqaləni “Amerika Birləşmiş Ştatları” başlıqlı məqaləyə yönləndirmək üçün, birincini sağdakı mətn ilə əvəz edin. |
#REDIRECT [[Amerika Birləşmiş Ştatları]] |
Başqa dildə mövcud olan eyni başlıqlı məqaləyə keçid əlavə etmək üçün aşağıdakı keçid növündən istifadə edin: [[dilin kodu:Başlıq]] |
[[ar:باكو]] [[en:Baku]] [[ru:Баку]] |
Məqaləni bu və ya digər kategoriyaya aid etmək üçün sağdakı nümunədən istifədə edin. |
[[Kateqoriya:Azərbaycan]] |
Məqalədə bu və ya digər kategoriyaya keçid əlavə etmək üçün sağdakı nümunədən istifədə edin. |
[[:Kateqoriya:Azərbaycan]] |
Xarici, qeyri-viki keçidlərini əlavə etməyin üç yolu:
|
#Görünən keçid: http://az.wikipedia.org (tərcih olunmur) #Adsız keçid: [http://az.wikipedia.org ] (yalnız mətnin daxilində) #Adlı keçid: [http://az.wikipedia.org Vikipediya] |
[redaktə / تحریر] Şəkillər
[redaktə / تحریر] Yazının formatlaşdırılması
Alınan nəticə | Yazılan mətn |
---|---|
kursiv mətnlər Bu işarələr ikqat və ya üçqat apostroflardır, dırnaq deyildir. |
''kursiv mətnlər''<br /> '''qalın mətnlər'''<br /> '''''qalın mətn və kursiv mətn birlikdə'''''. |
Texniki terminlər üçün eyniölçülü yazılar. |
<tt>Texniki terminlər üçün</tt> eyniölçülü yazılar. |
Siz həmçinin kiçik tekstlərdən başlıqlar üçün istifadə edə bilərsiniz. |
Siz həmçinin <small>kiçik tekstlərdən</small> başlıqlar üçün istifadə edə bilərsiniz. |
Siz |
Siz <strike>silinmiş materialın üzərindən</strike> və ya <u>yeni materialın altından</u> xətt çəkə bilərsiniz. |
Siz həmçinin xüsusi simvollardanda istifadə edə bilərsiniz | Bax Vikipediya:Xüsusi simvollar |
Alt indeks: x2 Üst indeks: x2 və ya x² İkinci üsuldan siz ümumi hallarda istifadə edə bilərsiniz, lakin bəzi hallarda (məsələn, ölçü vahidləri üçün) məhz bu üsuldan istifadə etmək lazımdır ki, bəzi Brauzerlər (Browser) onu oxuya bilsinlər.: ε0 = 8.85 × 10−12 C² / J m. |
Alt indeks: x<sub>2</sub> Üst indeks: x<sup>2</sup> və yax² ε<sub>0</sub> = 8.85 × 10<sup>−12</sup> C² / J m. |
Qəliz formullar:
|
<math>\sum_{n=0}^\infty \frac{x^n}{n!}</math> |
Məqalələrə şərhlərin yazılması: Redaktələr zamanı yazıla bilər. |
<!-- Şərh --> |