Natalia Oreiro
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Natalia Oreiro, (19 may 1977, Montevideo-...). Uruqvaylı aktrisa və müğənni.
Natalia hələ uşaq olarkən Coca-Cola, Pepsi və Johnson & Johnson kimi dünayada məşhur olan iri firmaların reklamlarında cəkilməyə başlayıb. 16 yaşında Uruqvaydan Argentinaya köçmüş və karyerasını burada davam etdirmişdir. 1995-ci ildə Dulce Ana adlı kinoda çəkilir. 1995-ci ildən kinolara çəkilməyə başlayan Natalia onu Argentina ve bir çox ölkədə tanınmasını təmin edən Ricos y famosos (1997) kinosuna Valeria rolunu oynamaış və bununlada məşhurlaşmışdı. Növbəti il o, əsəbi, şöhrətlənmək istəyən bir gənc rolunda Un Argentino en New York (1998) kinosunda tamaşaçının qarşısına çıxmışdı. Bundan sonra öz adını daşıyan 'Natalia Oreiro' albomunu buraxır. Onun bu albomundan olan "Cambio dolor" mahnısı Argentina və Avropa ölkələrində hər gün efirə verilən Muñeca Brava (1998-1999) adlı filmin musiqisi olmuşdur. Natalia Oreironun ilk albomu bir çox ölkələrdə ən çox satılan albomlardan biri olur. Muñeca Brava filmindəki rolu ilə 1998 ve 1999-ci illərində iki dəfə Martín Fierro Mükafatları'nda "Ən yaxşı qadın aktrisa" olaraq mükafatlandırıldı. 2000-ci ilin yanvarında E! Entertainment Television tərəfındən "İlin ən məhşur aktrisası" seçildi.
Natalia, ikinci albomu olan Tu Veneno ilə musiqi kariyerasına davam edib ve albomunu "Gala de la Hispanidad", "Gala de Murcia" "Festival de la Calle 8" adlı festivallarda məşhurlaşdırıb. Don Francisco tərəfindən təqdim olunan, reytinqli latın tv show proqramı olan Sabado Gigante Internacionalda albomunu başarılı bir şekilde tanıtır. 2000-ci ildə Şilidə keçirilən Viña del Mar Festivalında "İlin kraliçəsi" seçilir.
Üçüncü albomu olan Turmalina, 2002-ci ildə təqdim olunur. Super qəhrəman dizaynı ilə dinləyicilərin qarşısına keçən Natalia, ilk dəfə bu albomunda söz və bəstə edib.
2006-ci ildə Facundo Arana ilə baş rolu bölüşdürdüyü hər axşam Argentinanın Channel 13 kanalında efirə çıxan Sos Mi Vida adlı filimdə də baş rolu oynayıb.
2001-ci ildə Argentina rok qrupu "Divididos"un solisti Ricardo Mollo ilə Fernando de Noronha adasında evlənmişdir.
Mündəricat |
[redaktə / تحریر] Albomarı
1De Tu Amor (3:56) |
1Tu Veneno (3:00) |
[redaktə / تحریر] Aktrisalıq kariyerası
[redaktə / تحریر] Tv filimləri
- Botines (2005) , Renée rolu ilə
- V ritme tango (2006) , Natalia Pasarella de Ortega rolu ilə
[redaktə / تحریر] Kino filimləri
- Un argentino en New York (1998), Verónica 'Vero' De Ricci rolu ilə
- Cleopatra (2003) , Sandra rolu ilə
- La guerra de los gimnasios (2004)
- Las vidas posibles (2005), Marcia rolu ilə
[redaktə / تحریر] Türkiyədə yayınlanan filimləri
- Vahşi Güzel (2001-2002,Kanal D)
- Aşk Meleği (2002,Kanal D)
- Kaçak Kız (2003,Kanal D)
- Aşk Meleğim (2007,Kanal D)
[redaktə / تحریر] Xarici keçidləri
- Natalia Oreiro Official
- Natalia Oreironun Türkçə Fanat Kulubu
- Simplemente Natalia Lithuania - Lithuanian Fan Club of Natalia Oreiro
- Natalia Oreiro Bioqrafiya, Şəkilləri
- Natalia Oreiro Internet Movie Database Səhifəsi
- Natalia Oreiro MusicBrainz Səhifəsi
- Natalia Oreiro cinenacional.com
- Natalia Oreiro İspaniya Fanat Kulubu
- Natalia In Quebec
- [1]