Şəmkir
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Şəmkir, Azərbaycanda bir rayon.
Mündəricat |
[redaktə / تحریر] Şəhərlərin və iri qəsəbələrin adları
Şəhərlər | İri qəsəbələr |
---|---|
Şəmkir şəhəri | Çinarlı qəsəbəsi |
Dəllər qəsəbəsi | |
Zəyəm qəsəbəsi | |
Kür qəsəbəsi |
[redaktə / تحریر] Sərhəd rayonların, ölkələrin adları
Xanlar, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəddir.
[redaktə / تحریر] Bələdiyyələr haqqında
Bələdiyyələr ilk dəfə 1999-cu ildə yaranmışdır. Rayonun 64 yaşayış məntəqəsində 57 bələdiyyə fəaliyyət göstərir.
[redaktə / تحریر] Tarixi və memarlıq abidələri
Rayon ərazisində IX-XI əsrlərə aid Şəmkir şəhər xarabalıqları, IX-XI əsrlərə aid Şəmkir körpüsü, Şəmkir qalası (Muxtariyyə kəndi), XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları (Bayramlı kəndi), XI-XII əsrlərə aid Qız qalası (Seyfəli kəndi), XVI-XVII əsrlərə aid məscid (Abbaslı kəndi), XI əsrə aid Qız qalası (Tatarlı kəndi), XVI-XVII əsrlərə aid körpü (Təhnəli kəndi), XVII əsrə aid Divan bürcü (Yeni həyat kəndi), XVI-XVII əsrlərə aid Koroğlu qalası (Şəmkir şəhəri), dəmir dövrünə aid Qalaboynu qalacası (Atabəy kəndi), erkən orta əsrlərə aid Pir (Alman abidəsi) (Dağ-Daşbulaq), 1909-cu ildə tikilmiş Alman kilsəsi (Şəmkir şəhəri), XI-XII əsrlərə aid uğuz qəbiristanlığı (Yeni Seyfəli kəndi), XVI-XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) mövcuddur.
[redaktə / تحریر] Rayonun tanınmış şəxsiyyətləri
[redaktə / تحریر] Rayonda fəaliyyət göstərən firma və təşkilatlar
[redaktə / تحریر] "Şəmkir Regional Enerji Təchizat" MMC
Bu regional Cəmiyyət 2006-ci ilin İyul ayından fəaliyyətə başlamışdır. Cəmiyyət 5 rayon- Şəmkir, Qazax, Ağstafa, Tovuz və Gədəbəy Paylayıcı Elektrik Şəbəkələrinin mərkəzi idarəetmə orqanıdır. Cəmiyyət yarandıqdan sonra regionda enerji təchizatı xeyli dərəcədə yaxşılaşmışdır.Belə ki istehlakçı qruplar arasında elektrik enerjisindən istifadə qaydaları haqqında kütləvi şəkildə maarifləndirmə işi aparılmış, həmin qaydaları pozan şəxslər barəsində ciddi tədbirlər görülmüş, ümumilikdə, elektrik enerjisindən qənaətli və səmərəli istifadə edilməsi üçün kompleks tədbirlər görülmüşdür. "Şəmkir Regional Enerji Təchizat" MMC-də bir-biri ilə qarşılıqlı iş prosesində olan şöbələr- Hüquq şöbəsi, Debitorlarla iş üzrə şöbə, Enerji Satış şöbəsi, Audit şöbəsi, ÖCQ və OON şöbəsi, Xidmətlər - RM və ATS xidməti, Rejim xidməti və digər struktur bölmələri fəaliyyət göstərir. "Şəmkir RET" MMC-nin direktoru- Məmmədov Elşad Şurəddin oğlunun rəhbərliyi altında Cəmiyyət fəaliyyətə başladığı gündən Respublikada Enerji Satış və Enerji Təchizat üzrə Regional Cəmiyyətlər arasında lider olaraq qalmaqdadır. Cəmiyyətdə İstehlakçıların təklif, ərizə və şikatələrinə baxılması və problemlərin həll edilməsi istiqamətində fəaliyyət göstərən Hüquq şöbəsi abonentlərlə sıx əlaqədədir.
Hüquq şöbəsinin rəisi- Musayev Ramil Məhəmməd oğlu, Aparıcı hüquq məsləhətçisi - Hümbətov Bəkir Çoban oğlu, KİV üzrə mütəxəssis - Kazımov Sənan Aqil oğlu, Texnik - Əliyev Cavanşir Əhməd oğlu, Cəmiyyətin Hüquq şöbəsi əhalinin problemlərinə həssaslıqla yanaşır, onların problemlərini həll edilməsi istiqamətində işlər görür
Ünvan: Şəmkir rayon 20 Yanvar küç 1 Tel/Faks 0 241 23087, 23009
[redaktə / تحریر] Fotogalereya
[redaktə / تحریر] Xarici keçidlər
[redaktə / تحریر] Mənbə
Azərbaycanın rayon və şəhərləri | |
---|---|
Rayonlar: Abşeron | Ağdam | Ağdaş | Ağcabədi | Ağstafa | Ağsu | Astara | Babək* | Balakən | Bərdə | Beyləqan | Biləsuvar | Daşkəsən | Dəvəçi | Füzuli | Gədəbəy | Goranboy | Göyçay | Hacıqabul | İmişli | İsmayıllı | Cəbrayıl | Cəlilabad | Culfa* | Kəlbəcər | Kəngərli* | Xaçmaz | Xanlar | Xızı | Xocalı | Xocavənd | Kürdəmir | Laçın | Lənkəran | Lerik | Masallı | Neftçala | Oğuz | Ordubad* | Qəbələ | Qax | Qazax | Qobustan | Quba | Qubadlı | Qusar | Saatlı | Sabirabad | Sədərək* | Salyan | Samux | Şahbuz* | Şəki | Şamaxı | Şəmkir | Şərur* | Şuşa | Siyəzən | Tərtər | Tovuz | Ucar | Yardımlı | Yevlax | Zəngilan | Zaqatala | Zərdab Şəhərlər: Əli Bayramlı | Bakı | Gəncə | Xankəndi | Lənkəran | Mingəçevir | Naftalan | Naxçıvan* | Şəki | Sumqayıt | Şuşa | Yevlax Ulduz şəkilli mətbəə nişanı olan (*) Naxçıvan Muxtar Respublikası |