Sumqayıt
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Sumqayıt, Azərbaycanda Bakıdan sonra Xəzər yaxasının ikinci ən böyük əhəridir.
Bir zamanlar ona gənclik şəhəri deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye şəhəri, kimyaçılar şəhəri, inşaatçılar şəhəri. İndi isə Sumqayıtın azad iqtisadi zonaya çevrilməsi üçün yollar araşdırılır.
Sumqayıt Azərbaycan şəhərlərinin içində ən fəlakətli ətraf mühitə malikdir. Orta hesabla hər il havaya 96,5 min ton zərərli maddələr buraxılır. Aliminium zavodu şəhərin 2 km-də yerləşir və bu zəhərli maddələrin çox bir “payı” bu zavoda düşür. Bundan başqa Sumqayıt şəhərinin ekologiyasının pozulmasında “Kimyasənaye” İstehsal Birliyinin də çox böyük “əməyi” var. Sumqayıt yeganə şəhərdir ki, 3 müəsisəsi xlor buraxır. Nazirlər sovetinin 18 İyul 1991-ci il 567 N-li Qərarına əsasən Sumqayıtda heş bir kimyəvi müəssisə tikilməməli idi. Buna baxmayaraq, həmin vaxtdan bəri “Sintezkauçuk” birliyində “EP-300”, “Üzvisintez” birliyində “Polimer-120” və başqa müəsisülür tikilib, istifadəyə verilmişdir. Bunlardan başqa şəhərin girəcəyində asfalt zavodu tikilib, istifadəyə verilmişdir. Təəsüflər olsun ki, bu və ya digər müəssisələr müvafiq orqanların (sanepidemistansiya, təbiətin mühafizə komitəsi və s.) icazəsi olmadan inşa olunmuşlar. Həmdə bu müəssisələrin tikildiyi zamanı layihələrdə böyük nöqsanlara yol verilmişdir. Havaya atılan zərərli maddələr külək vasitəsilə bütün şəhəri bürüyür. Bu baxışdan “İnşaatçılar” və “Kimyatikinti” yaşayış qəsəbələri daha pis vəziyyətə məruz qalırlar.
Sumqayıt şəhərinin Adı “Sum qayıt” əfsanəsi ilə bağlıdır. Əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir.Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salmışdır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:
- Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam!
Sum karvandan aralanıb gedir. Lakin sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır:
- Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!
[redaktə / تحریر] Xarici keçidlər
Azərbaycanın rayon və şəhərləri | |
---|---|
Rayonlar: Abşeron | Ağdam | Ağdaş | Ağcabədi | Ağstafa | Ağsu | Astara | Babək* | Balakən | Bərdə | Beyləqan | Biləsuvar | Daşkəsən | Dəvəçi | Füzuli | Gədəbəy | Goranboy | Göyçay | Hacıqabul | İmişli | İsmayıllı | Cəbrayıl | Cəlilabad | Culfa* | Kəlbəcər | Kəngərli* | Xaçmaz | Xanlar | Xızı | Xocalı | Xocavənd | Kürdəmir | Laçın | Lənkəran | Lerik | Masallı | Neftçala | Oğuz | Ordubad* | Qəbələ | Qax | Qazax | Qobustan | Quba | Qubadlı | Qusar | Saatlı | Sabirabad | Sədərək* | Salyan | Samux | Şahbuz* | Şəki | Şamaxı | Şəmkir | Şərur* | Şuşa | Siyəzən | Tərtər | Tovuz | Ucar | Yardımlı | Yevlax | Zəngilan | Zaqatala | Zərdab Şəhərlər: Əli Bayramlı | Bakı | Gəncə | Xankəndi | Lənkəran | Mingəçevir | Naftalan | Naxçıvan* | Şəki | Sumqayıt | Şuşa | Yevlax Ulduz şəkilli mətbəə nişanı olan (*) Naxçıvan Muxtar Respublikası |