Bayerische Motoren Werke AG
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
BMW AG (Bayerische Motoren Werke AG)
BMW - Avtomobil və motosiklet istehsalçısı.
Şirkətin Almanca devizi "Freude am Fahren" kimi səslənir, Azərbaycan dilinə bunu tərcümə etsək təxminən "Sürməkdən həzz all" kimi səslənər.
Mündəricat |
[redaktə / تحریر] Tarixi
BMW şirkəti Münxendə təyyarə mühərriklər zavodu kimi Karl Fridrix Rapp, Kamillo Kastilyon, Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib. İlkin dövrdə qəbul olunmuş və hal-hazırdada istifadə olunan ağ-mavi rəngli emblem fırlanan təyyarə propellerinin təsviri BMW-nin ilkin "təyinat"ının nişanəsidir.
İlkin dövrdə şirkət Avstriya-Macarıstan üçün V12 tipli mühərriklər istehsal etməyə başlayır. Tezliklə Rapp əlavə pula ehtiyac duyur və kompaniyanı tərk edir. Onun yerinə avstriyalı sərmayəçi Frans Cozef Popp firmaya rəhbərlik etməyə başlayır.
I Dünya müharibəsindən məğlub çıxmış Almaniyada hərbi qüvvələrə məhdudiyyət qoyulur. Bundan sonra Almaniyada təyyarə istehsal edilə bilməzdi - beləliklə BMW-nin mühərrik istehsalı Almaniya üçün yaraesız oldu.
1922-ci ildə BMW Münxendə özünün bu günkü əsas binasını tikir (Hal-hazırda həmin bina şəhər Olimpiya Mərkəzi kimi də fəaliyyət göstərir).
1923-cü ildə Münxendə ilk BMW motosikletləri istehsal olunmağa başlayır.
1928-ci ildə BMW Türingiyada avtomobil zavodu alır və öz ilk maşınını istehsal etməyə başlayır - Dixi.
1934-cü ildə Şirkət ayrılır. Təyyarə mühərriklərinin istehsalı müstəqillik qazanır. BMW Flugmotorenbau GmbH bir şirkət olaraq ayrılır.
1936-cı ildə BMW şirkəti 2 litrlik mühərrikli BMW 328 istehsalına başlayıb. Bu maşın o zaman Berlində keçirilmiş Olimpiya yarışlarında Avropada idman avtomobilləri sinifində ən böyük müvəffəqiyyət əldə etmişdir.
1939-cu ildə BMW şirkəti Berlin-Şpandauda yeni Brandenburgische Motorenwerke şirkətini alır və onunla birlikdə Berlin yaxınlığındakı Basdorf və Sülsdorfda xüsusiləşdirilmiş zavodlara sahib olur.
II Dünya Müharibəsi dövründə BMW əsasən Almaniya ordusu üçün reaktiv motorlar istehsal edirdi. 1945-ci ildə müharibədən sonra onun bu fəaliyyəti qalib tərəfin gözündən yayınmadı, BMW-yə 3 illik istehsal moratorisi tədbiq edildi.
Bundan əlavə müharibədən sonra BMW-nin demək olar ki, bütün zavodları bombardmanlar nəticəsində məhv olmuşdu. Hər şeyi yenidən başlamaq lazım idi.....
1948-ci ildən başlayaraq BMW R24, təksilindirli motosiklet və 1951-ci ildə isə BMW müharibədən sonra öz ilk avtomobilini istehsal edir - BMW 501.
1955 - BMW Triebwerk GmbH şöbəsi yenidən fəaliyyətə qayıdır. Şirkət təyyarə mühərriklər üzərində mütəxəssisləşir. Isetta modeli ilə şirkət kiçik avtomobillət klasının tarixini başladır.
1956- İdman avtomobilləri olan 503 və 507-ci modellər istehsala buraxılır.
1959 - BMW şirkəti satışa çıxarılır.
1965 - BMW Triebwerkbau GmbH şöbəsi satılır və sonrakl 25 il ərzində şirkət təyyarə mühərriklərini düzəltməkdən imtina edir.
1974 - BMW ilk dəfə ABS sistemli 3.0 CSL avtomobillərini yarışlara çıxardır.
1980 - ABS sisteminin sənaye istehsalatı və Formula 1 yarışları üçün mühərrikin istehsalatı başlanır. BMW-nin motosiklləri Paris-Dakar rallisini udur. Daha sonra həmin yarışda yenidən üç dəfə qalib gəlir.
[redaktə / تحریر] Model sırası
BMW BMW M MINI Rolls-Royce |
BMW Avtomobilləri, 1960-cı illərdən bu günədək | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tip | Seriya | 1960-cı illər | 1970-ci illər | 1980-cı illər | 1990-cı illər | 2000-ci illər | 2010-cu illər(nəzərdə tutulur) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | |||||||||||||||||||||||||||||||||||||||||
Kompakt | 1-ci seriya | LS/700 | E87 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
3-cü seriya | 1602,2002 | E21 | E30 | E36 | E46 | E90/91/92 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Orta | 5-ci seriya | 1500,1800,2000 | E12 | E28 | E34 | E39 | E60/E61 | F10 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yuxarı s. | 7-ci sinif | E3 | E23 | E32 | E38 | E65/E66 | F01 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kupe | 6-cı seriya | 2000CS | E9 | E24 | E63/E64 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
8-ci seriya | E31 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rodster | Z Seriya | Z1 | Z3 | Z4 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman | M1 | Z8 | Z10 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yolsuzluq üçün | X3 | E83 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
X5 | E53 | E70 |
[redaktə / تحریر] Fəaliyyəti
Hal-hazırda BMW dünyanın ən iri avtomobil istehsal edən şirkətlərindən biridir. MİNİ, Rolce-Royce şirkətlərin səhmlərinə malikdir. Təkcə ötən 2005-ci ildə dünyada 1,3 mln. BMW avtomobilləri satılmışdır. Bunun nəticəsində ümumi gəiliri 55,3 mlrd, xalis gəlir isə 2,7 mlrd. olmuşdur.
Hal-hazırda BMW-də 106 min insan əmək fəaliyyəti ilə məşğuldur.