Paskal (proqramlaşdırma dili)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
Mündəricat |
[redaktə / تحریر] Pascal dili ilə tanışlıq
Paskal dili 1968-71-ci illərdə Niklaus Virt tərəfindən hazırlanıb. Fransız riyaziyyatçısı və filosofu Blez Paskalın şərəfinə adlandırılmışdır.
[redaktə / تحریر] Dilin xüsusiyyətləri
1. Pascal dilinin sintaksisi çox sadə və asan başadüşüləndir.
2. Sistem və qurğu tələbləri çox azdır. Həm kompilyator, həm də onda yazılan proqramlar üçün.
3. Paskalda istənilən proqramı yazmaq olar.
4. Paskal dili OOP dillər sırasına daxildir.
[redaktə / تحریر] Sintaksisi
program proqram_adı; { dəyişənlərin elan edilməsi } begin { operator hissə } end.
proqram söz ilə proqramın adı elan olunur. Bu Pascal dili üçün çox da əhəmiyyətli deyil. Bu barədə biraz daha sonra. begin sözü ilə proqramın icrasına başlayırıq və end ilə bitiririk. İndi isə sadə bir proqram yazaq.
program MyFirstProgram; var name:string; begin write('Adınızı daxil edin: '); read(name); write('Salam, '+name+'!'); end.
İndi isə izah edək. Artıq sizə aydındır ki, proqram sözü ilə proqramımıza ad veririk. Və sonra dəyişənləri elan edirik. Bizim misalda name dəyişənini elan edirik. Dəyişənlərin elan edilməsi, onların tipi, identifikatorlar haqqında daha geniş məlumat sonra. Deməli name dəyişənini elan edirik. Daha sonra begin sözü ilə proqrama başlayırıq. Və write(); operatoru ilə Adınızı daxil edin: ekranda çap olunur. Bundan sonra read(); operatoru ilə isə ekranda daxil etdiyimiz məlumatları name dəyişəninə mənimsədirik. Daha sonra artıq sizə məlum olan write(); operatoru ilə əvvəlcə Salam, sonra isə name dəyişənində olan məlumat, yəni sizin daxil etdiyiniz məlumat(adınız) çap olunur. Sonra isə ! işarəsi. Bura qədər aydın oldusa, artıq bu sizin Pascaldakı ilk proqramınızdır.
[redaktə / تحریر] Dəyişənlər
[redaktə / تحریر] Dəyişənlərin və onların tipinin elan edilməsi
Pascal dilində dəyişənləri elan etmək üçün var operatorundan istifadə olunur. Və onun tipini də yazırıq.
var i : integer; ch : char;
Pascal dilində dəyişəni elan edərkən mütləq onun tipi də müəyyən olunmalıdır. Bizim misalda i dəyişəni tam tipli, ch isə simvol tiplidir.
Bundan başqa bir neçə eyni tipli dəyişənləri etmək üçün onları vergül ilə də birləşdirmək olar.
var i, j, k : integer; letter, ch : char;
Bu misalda i, j, k dəyişənləri tam tipli, letter, ch isə simvol tipli olur.
Paskal dilində bir çox dəyişən tipi var. Hələ ki bunların hamısını deyil, daha çox lazım olanları barədə yazacağam. Daha sonra hamısı barədə ətraflı məlumat verərəm. Paskalda dəyişənin tipini elan etməyin bir yolunu artıq bilirsiniz.
var x,y,z : integer;
Bunu başqa cür də etmək olar.
type number=integer; var x,y,z : number;
İndi isə Paskalda daha çox işlənən bəzi tiplərə baxaq.